ƏŞRƏF HÜSEYNLİ: M Ü H A R İ B Ə
Qarabağda gedən ədalətsiz, işğalçı və quzğun siyasətli müharibə 35 mindən çox cavanlarımızın nakam ömrünə, arzu və istəklərinə son qoydu. Otuz beş min Azərbaycan gözəli öz gələcək həyat bahadırlarını itirib gözləri yolda, ürəkləri həsrətdə qaldı. Həmin qəhramanlar bizim xalqımızın genefondu və gələcək nəslimizin yaradıcıları idilər.
Yaşı qədim tarixin dərinliklərinə gedib çıxan XOCALI şəhəri bir gecənin içərisində xain, iblis düşmənlərin, sinələrində ürək əvəzinə daş yaşadan erməni quldurlarının qurbanı oldu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalını işğal edərkən günahsız insanlara qarşı tarixdə analoqu görünməyən vəhşiliklər törətdilər. Sözün qısa mənasında Xocalı hadisəsi müasir dövr tarixində əsl soyqırım idi. Bu soyqırım nəticəsində 613 Xocalı sakini millətçi ermənilərin güllələri ağzında qətliamın qurbanı oldu. Onlrdan 63-ü uşaq, 106-nəfəri qadın, 70 nəfəri qoca və qarı idi. 487 nəfər ağır yaraNanların arasında 76-sı yenə uşaqlar və körpələr idi. Həmin gecənin kütləvi soyqırımında ermənilər 1275 Xocalı sakinini əsir götürdülər, 150 nəfər isə tamamilə itgin düşdü.
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 50.000. insan əlil olmuş, Işğal olunmuş ərazilərimizdən 760.000. nəfər köklü əhali dədə-baba yurdlarından didərgin düşmüşlər. Aramsız müharibələr nəticəsində 150.000. xüsusi evlər, 7.000. ictimai binalar, 693 məktəb, 855 uşaq bağçaları, 695 tibb müəssisələri, 927 kitabxana, 9 məscid, 44 kilsə, 9 tarixi saraylar, 464 tarixi abidələr və muzeylər, 40.000.muzey eksponatları, 6.000 sənaye və kənd təsərrüfatı müəssisələri, 800 avtomobil yolları, 160 körpü, 2.300 km.su kommunikasiyaları, 2.000 km. Qaz kommunikasiyaları, 15.000 km. Elektrik xətləri, 280.000 hektar meşə əraziləri, 1.000.000. hektar kənd təsərrüfatı üçün əkin torpaqları, 1.200 km. Irriqasiya sistemləri, 890 yaşayış məntəqələri dağıdılıb viranəyə çevrilmişdir.
Bəli, budur müharibələrin insan nəslinə verdiyi “töhfələr”. . .
Tarixçilərin verdiyi məlumata görə yer üzündə indiyə kimi 14514-dən çox irili-Xirdalı müharibələr olmuşdur. Onların ən dəhşətlisi və ağlasığmazı ikinci dünya müharibəsi ( 1941-1945) Idi. Baş vermiş həmin dağıdıcı müharibələr insan nəslini qanına qəltan etməklə bərabər, yer üzündə bəşəriyyətə sayı-hesabı olmayan qəbristanlıqlar yadigar qoymuşdur.Yüz milyonlarla günahsız körpələr yetim qalmış, yemək istəyəndə analar bir uzun nağıl söyləmişlər.
Müharibə əsl fəlakətdir! Müharibə hətta cəhənnəmdən betərdir. Müharibə rəhmsiz Bir cəllad, insan qanına həris, acgöz bir qatildir. Müharibə sülhün, əmin-amanlığın, o cümlədən nər cür sevginin, məhəbbətin, tanrının ürəklərimizə bəxş etdiyi çılğın, pak eşqin əbədi düşmənidir. Tarix müharibələrə təkan verən Exnaton, Xeops, Sulla, Kaliqul, Sinaxreb, 1 Ursa, Mussolini, Adolf Hitler və s. kimi zülmkar və insan qanına həris hökmdarlara yox, Mosart, Bethoven, Bax, Paqanini, Pikasso, Ömər Xəyyam, Firdovsi, Sokrat, Əbu Əli ibn-Sina, Nizami Gəncəvi, Mövlana Məhəmməd Füzuli, Üzeyr Bəy Hacıbəyov və Hüseyn Cavid kimi dahilərə heykəl ucaldır və onları yaşadır.
Müharibə nəinki bəşəriyyətin, həm də təbiətin düşmənidir. Təbiətin də dili, gözü və hissiyyatı vardır. Eşqdən, məhəbbətdən, sevgidən dil açan, çiçəklənən, cana gələn və gülən təbiət, müHaribənin vurduğu yaralardan solur, ölür və xarabazarlığa dönür. Bülbüllər susur, quşlar özgə qitələrə köçüb gedir, meşələr və çəmənlər öz füsunkarlığını itirir, bir sözlə həyat lal olur.
Düşünürəm, əgər belədirsə müharibə bəşəriyyətin nəyinə gərəkdir? Əgər müharibə ləzzət, zövqü-səfa, sevinc və fərəhin əksi, ölümün, aclığın, və dilənçiliyin, kədər və qəm- qüssənin, yalançılığın və talançılığın, bədbəxtlik və fəlakətin, iblisin və məkrin qan qardaşıdırsa fironlar, krallar, Şahlar və hökmdarlar onun yer üzündə yaşaması üçün nədən hökm verirlər ? . .
İnsan öz eynini, öz ürəkparəsini, öz nəslini və öz gələcəyini nədən kəsməyə belə Nəvəslidir?
Yer üzündə olan bombalar, ağır tırtıllı tanklar, qırıcı təyyarələr və ölüm gətirən, Həyat söndürən güllələr olmasaydı həyat və indiki zəmanəmiz görəsən necə olardı? Bütün qitələrdə yer Altında ağır nəfəs alan, ölüm gətirən bombalar, raketlər, dəmir dişli tanklar və qırıcı-bombardımançı təyyarələrə sərf olunan trilyonları bir körpə gülüşünə, bir nazənin gözəlin baxışlarına, bir bülbülün öz qönçəsi üçün oxuduğu avaza, bir lalənin dağ döşündə çəmənlərə verdiyi zövqü-səfayə, bir ananın hərbə yola saldığı övladına olan sonsuz məhəbbətinə və istəyinə dəyərmi?
Əlbəttə yox! Musiqi, şeiriyyət, sevgi, eşq , məhəbbət, təbiət və həyat müharibənin düşmənidir. Həyat yer üzünə Əflatun, Diogen, Aristotel, Hippokrat, Lionardo do Vinçi, Mikalencelo, Rafaello, Bernard Şou, Çarlz Darvin , Vilyam Şekspir, Volter, Onore De Balzak, Hegel, Henrix Heyne, Drayzer, Aleksandr Düma, Albert Eynşteyn, Nils Bor, İbn Həldun, Bəhmənyar, Nəsirəddin Tusi, M.Ə. Sabir, M.S. Ordubadi və Hüseyn Cavid kimi elm və Ürfan sahiblərini töhfə veribsə, müharibələr isə bəşəriyyətin həyatına yalnız ölüm, fəryad, nalə, Insan qırğınları və bayquşlar üçün xərabəliklər yadigar qoymuşdur.
Yer üzündən müharibəni musiqi və şeiriyyət, sevgi və məhəbbət, elm və ürfan, Tanrıya olan inam və iman əbədilik yox edəcəkdir. Bir zaman gələcək ki, bəşəriyyət müharibəsiz, dava -dalaşsız, qan-qadasız, iblis və məkrsiz bir cəmiyyəttdə xoşbəxt yaşayacaqlar.
Mən buna inanıram. Allahımızın yaratdığı təkrarsız və kamal dünyası hər anda bunları baxan gözlərimizə , eşidən qulaqlarımıza və düşünən beyinlərimizə həkk edir. Təəssüflər olsun ki, bəşəriyyət bu gün həmin arzu və düşüncələrdən uzaqda olan bir quruluşda ömür sürməkdədir. . .
Gör nə qədər müharibə, dava olub yer üzündə,
Yazıq yerin sinəsində gör nə qədər yaralar var.
Gəlin gedən gözəllərin, anaların yaş gözündə,
Gör nə qədər solub sevinc, gör nə qədər susub bahar.
Gör nə qədər yer üzünə müharibə ölüm verib,
Bombaların od ağzında külə dönüb neçə şəhər.
Ağbirçəkli analar da gör nə qədər sitəm görüb,
Şəfəq saçan günəş kimi, bir anlığa sönüb bəşər.
Milyon-milyon nişanlı qız sevgilisin salıb yola.
Bir məktuba həsrət qalıb gözlərrində yaş, intizar.
Arzusunu, istəyini körpü salıb bir vüsala.
Dağlar kimi yol gözləyib neçə illər, neşə aylar.
Hansı evə yas salmayıb, hansı evdə iz qoymayıb,
Neştər dilli güllələrin qan sovuran yaraları,
Hansı qəlbə dağ basmayıb, hansı qəlbə köz qoymayıb?
Yer üzünün qatilləri-cəllad faşist orduları.
MÜHARİBƏ ! Acı fəryad, dəstə-dəstə qəm yığını,
Cəllad kimi divan tutub arzuların dənizinə.
Müharibə qanla yuyub cəhənnəmin ayağını,
Neçə-neçə qəbrstanlıq töhvə verib yer üzünə.
MÜHARİBƏ !Qara dünya, ağzı bağlı qara tabut,
Ağuşunda dilənçilik, ağuçundə talançılıq.
MÜNRİBƏ ! Kaftar qarı, mühribə qara bulud,
Amalında xərabəlik, niyyətində yalançılıq.
Mühribə Hitler adlı bir manyakın “ Mayn Kampf “ı ,
Hər cümləsi, səhifəsi ölüm yağan qanlı səhnə.
Müharibə hürriyyəti,. həm sevgini, həm insafı,
Bir meyit tək bürmələyib, bükür qoyur ağ kəfənə.
Müharibə düşmənidir kainatın, təbiətin,
Qəbrstanda nakamların miyon-milyon baş daşıdır.
Müharibə bəlasıdır hər ölkənin, hər millətin,
Yer üzündə yetim qalan körpələrin göz yaşıdır.
Mühribə istəmirəm ! Nə qədər ki, günəş yanır,
Göy üzündə nə qədər ki, səyyarələr, ulduzlar var.
Nə qədər ki, azadlığln sülh bayrağı dalğalanır,
Nə qədər ki, yer üzündə bəşəriyyət, insan yaşar.
Müharibə istəmirəm ! Çəmən-çiçək gülən yerdə,
Sarı bülbül yaz səhəri bir gül üçün oxuyanda.
Müharibə istəmirəm bu cahanda bir də-bir də,
Gül könüllər gecə-gündüz eşq, məhəbbət toxuyanda.
Müharibə kimə lazım, saz yanaanda, tar dinəndə?
Şeiriyyətin məclisləri bahar çağı düzələndə.
Müharibə sussun gərək kükrəyəndə söz sinəmdə,
Zirvələrdən şəlalələr cuna kimi süzüləndə.
Müharibə sussun gərək , dilsiz, sözsüz qayalar tək,
Ürək verib yer üzündə sevişəndə sevgililər.
Müharibə nəyə lazım, mənə lazım xoş gələcək.
Məclislərdə aşıb-daşsın, qoy öpüşsün piyalələr.
Qoy bəşərin həyatından yoxa çıxsın müharibə!
Bircə körpə təbəssümü , qəhqəhəsi gərək mənə.
Müharibə əvəzinə şeir yazmaq düşsün dəbə,
Tanrı versin ilham dolu şairanə ürək mənə.
ƏŞRƏF HÜSEYNLİ
Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının və Moskvadakı “ Şəhriyar “ cəmiyyətinin üzvü
- Yorum yapmak için giriş yapın