ƏZİZ HƏMVƏTƏNLƏR, QARDAŞLAR VƏ BACILAR!
Bu gün yer üzünün hər üç nəfərindən biri İslam dininin təəssübkeşidir. İslamın müsəlmanlar üçün günümüzə qədər qoruyub saxladığı bir sıra dini ayinlər və bayramlar mövcuddur. Bu bayramlardan biri də hələ islamdan əvvəl mövcud olmuş qurban bayramıdır.
Qurban bayramı İbrahim peyğəmbərin öz yaradanı Allah qarşısındakı verdiyi vədi və sədaqəti ilə bağlıdır. O, Allaha verdiyi vədinə görə oğlu İsmayılı qurban kəsərkən, göylərdən Cəbrayil əleyhissəlam nazil olur və əlindəki dizi qara, gözü qara qoçu İsmayılın əvəzinə qurban kəsməyi ona məsləhət edir.
İbrahim peyğəmbərin əhdinə vəfa etməsi, yaradanına sədaqəti, verdiyi sözə əməl etməsi Allahın xoşuna gəlir.
İbrahim peyğəmbərin ilk qurbanlıq ayini tarixin uzun aşırımlarıdan keçib günümüzə qədər gəlib çıxmış və bu gün də müsəlmanların ən əziz bayramlarından biri kimi qeyd olunmaqdadır
ƏZİZ SOYDAŞLAR! Moskvadakı “ ŞƏHRİYAR” ƏDƏBİ-MƏDƏNİ CƏMİYYƏTİ müsəlmanların ən əziz bayramlarından biri olan QURBAN bayramı münasibəti ilə Sizləri səmimi qəlbdən təbrik edir, işlərinizdə müvəffəqiyyət, ailə səadəti, firavanlıq, gündəlik fəaliyyətinizdə uğurlar arzu edirik. Arzu edirik ki, süfrələriniz həmişə dolu, könlünüz xoş, ürəkləriniz isə İslam dininə, yaradanımıza və insanlığa sevgi ilə aşiyan olsun. Bayramınız mübarək, əziz müsəlman qardaş və bacılarımız!
ŞƏHRİYAR ədəbi-mədəni cəmiyyətinin üzvləri adından, cəmiyyətin sədri VASİF MƏMMƏDOV
- Yorum yapmak için giriş yapın