Bakı şəhərində “Məhsəti” Jurnalının redaksiyasında şairə Afaq Şıxlının “Səni düşünürəm” adlı şeirlər kitabının təqdimetmə mərasimi keçirilmişdir
Noyabr ayının 10-da Bakı şəhərində “Məhsəti” Jurnalının redaksiyasında Moskvada yaşayan şairə, Beynəlxalq Yazıçılar və Publisistlər assosiasiyasının üzvü Afaq Şıxlının “Səni düşünürəm” adlı şeirlər kitabının təqdimetmə mərasimi keçirilmişdir.
Mərasimi jurnalın baş redaktoru şairə Fəridə Ləman açaraq gələn qonaqları bir-bir salamladı.
Tədbirdə bir çox tanınmış adamlar iştirak edirdilər. Onlardan: şair-jurnalist Mahmud Vəli, yazışı-publisist İsmayıl Umutlu, Dünya Gənc Türk Yazarlar Birliyi başqanı Əkbər Qoşalı, “Qarabay həqiqətləri” İctimai birliyinin sədri Əlövsət Qasımov, “Xəzər universitetinin prorektoru pedaqoji elmlər namizədi İsaxan İsaxanlı, Kitab evi ictimai birliyinin sədri filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədli, “Ədalət və həqiqət” qəzetinin təsisçisi Cəmil Zəbhullaoğlu, jurnalist publisist Dilman Musayev, “Cəmiyyət və qadın” qəzetinin baş redaktoru Mirvari Xəlilzadə və başqaları iştirak edirdilər.
Şairlərdən Xəyal Rza, şair qəzəlxan Vüqar Rahi, şair Elmar Şahmar, Zaur Qəriboğlu, Güləmayıl Murad və Afaq xanımın ən yaxın qohumları Mehdi Şıxlı, Fərrux və Reyhan Şıxlılar, Həqiqət xanım Binnətova, anası Mirvari xanim Şixlinskaya, bacısı tibb elmləri namizədi Məhin Şixlinskaya-Rüstəmova da şairəni təbrik etmək üçün tədbirə gəlmişdilər.
Kitab evi ictimayi birliyin sədri Salatın Əhmədli öz adından Afag xanıma “Vətən naminə” diplomunu, Fəridə Ləman isə “Məhsəti şairələr məclisinin” diplomunu təqdim etdilər.
Hər kəs şairə haggında öz fikrlərini paylaşdılar, şeirlər oxundu.
Sonda isə gonaglar bir daha şairə Afaq Şıxlını təbrik edərək, ona yeni-yeni yaradacılıq uğurları arzuladılar.
- Yorum yapmak için giriş yapın