Kiçik Azərbaycanın böyük siyasəti…
Bu gün Avropa və Amerikanın Rusiyaya qarşı hədələri, iqtisadi sanksiyaları, neft tələsi bir sıra ölkələri böhran halına salmışdır. Qonşu Gürcüstanın Abxaziya və Osetiya problemləri, mesxeti türklərinin tarixi vətəni olan Cavaxetiyada ermənilərlə problemləri və s. göz önündədir.
Öz tarixi torpaqlarında yaşayan 600 mindən çox soydaşlarımızın Gürcüstanın ən çətin vaxtlarında ölkəni parçalamağa çalşmaması, hətta heç bir kiçik muxtariyyət tələb etməməsi də Azərbaycan dövlətinin xarici, həm də qonşuluq siyaətinin nəticəsi idi. Soydaşalarımızın böyük bir qisminin yaşaydığı İran İslam Respublikasından açıq və gizli hədələr, təpkilər aldığı sirr deyil. Lakin bütün bunlara rəğmən Azərbaycan özünü çox təmkinli, yetkin, qosqoca bir dövlət kimi diplomatik cavab verə bildi. Dini, milli və siyasi münaqişələrə ehtiyatla və uzaqgörənliklə yanaşdı. Bu da istər-istəməz dövlətə, onun siyasi xəttinə, liderinə güvənli bir imic yaratdı. Hətta Ukrayna kimi regional super dövlətin bugünkü acınacaqlı vəziyyəti göz önündədir. Dünyada çox incə və həm də kobud siyasi oyunlar gedir. Bəşər tarixi heç vaxt bu qədər mürəkkəb və intriqalarla dolu olmamışdır. Belə bir şəraitdə Azərbaycanın uğurlu xarici və daxili siyasəti hardan qaynaqlanır?! Kiçik bir dövlət nəhənglər sırasında təpkilərə necə davam gətirir?!
\Zənimcə, bunların bir neçə əsas səb
əbi var. Bu, bəzilərinin xoşuna gəlsə də, gəlməsə də belədir. Müasir Azərbaycanın daxili və xarici siyasətinin bazisi, bünövrəsi SSRİ miqyasında və dünya masştabında gerçək bir siyasətçi olan Heydər Əliyev tərəfindən qoyulmuşdur. Superdövlət olan SSRİ-nin tanınmış siyasətçisi kiçik dövləti böyük siyasət aləminə müstəqil bir oyunçu kimi daxil edə bildi. Bu başlanğıc oldu.
İkinci səbəb Azərbaycan Respublikasının 1918-1920-ci illərdə qısamüddətli olsa da tarixində iz buraxmış Azərbaycan Demokratik Respublikasının, həmçinin son 500 ildə Azərbaycanda təşəkkül tapmış Səfəvilər, Afşarlar, Qacarlar dövlətinin varisləri kimi çıxış etməsidir. Bu fürsəti müəyyən iqtisadi və texniki resurlarına baxmayaraq, qonşu İran övləti öz əlindən qaçırdı və birinciliyi Azərbaycana verdi.
Üçüncü səbəb prezident İlham Əliyevin yeni yaranmış və sürətlə dəyişilən geosiyasi məkanda müstəqil siyasət yürüdə bilməsidr. Gənc dövlət başçısı yetkin bir siyasətçi olduğunu, Azərbaycanın dövlət qürurunu inamla qoruya bildiyini sübut etdi. Ən çətin anlarda sınaqdan uğurla çıxdı. Qış vaxtı Rusiyanın təbii qazın satış qiymətini qəfil qaldırması da onun qürurunu sarsıtmadı. Hətta düşmən ermənilər İlham Əliyev kimi prezidentə görə Azərbaycana qibtə etdiklərini gizlətmirlər.
Hələ Heydər Əliyevin vaxtından bünövrəsi qoyulan qardaş Türkiyə ilə strateji əməkdaşlığı, “bir millət-iki dövlət” tezisi postsovet geoməkanında Azərbaycanı da söz sahibi etdi. Türk dünyasının artan siyasi, iqtisadi, geosiaysi əhəmiyyəti Rusiyanın Avroasiya istiqamətdə meyillənməsinə səbəb oldu. Nəhayət, Rusiya siyasətçilərinə aydın oldu ki, Avropa və Amerika onlara xammal mənbəyi kimi, Avropa ilə Asiya arasında çərəp kimi baxmaqla kifayətlənirlər. Təbəssümlü Çin əjdahası hər an onun yağlı bir parçasını udmaq iştahıyla marıqdadır. İlk öncə slavyan birliyinə çalışan Rusiya çox tezliklə bu arzusundan kənara sıxsışdırıldı, təklənərək yalnız yeganə imkanı bir qüvvə kimi türk dünyasıyla birlikdə gördü. Əhalisinin xeyli hissəsi türk və müsəlman olan, həmçinin tarixi türk dövlətlərinin varisi kimi meydanda qalmış Rusiya üçün bu da yeni bir şansdır. Bu birliyin perspektiv üfüqündə Yaponiya kimi qüdrətli bir müttəfiqi də görmək olar. Uyqurstan Çin əjdahasının udub həzm edə bilmədiyi bir qurbandır. Burada Rusiyanın Çinə qarşı türk marağı ilə üst-üstə düşən Çin səddi qədər möhkəm və aydın bir strateji imkanları açılır.
Belə bir mürəkkb geosiyasi vəziyyətdə Azərbaycan dövləti daxildən və xaricdən təhdidlərə, basqılara baxmayaraq, iqtisadiyyatını möhkəmləndirdi və hərbi quruculuğunu kifayət qədər artıra bildi. Ölkənin iqtisadi, hərbi və siyasi möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması cəmiyyəti stabilləşdirməyə və dövlətin möhkəmlənməsinə gətirdi. Mürtəce qüvvələrin daxildəki son cəhdləri “Mili Şura” adında dövlətə təpki verəcək bir qüvvə yaratmaq cəhdləri fiaslkoya uğradı və qurum parçalanaraq kiçik şəxsi maraqlar səviyyəsində qaldı.
Kişiliklərin meydandan çəkildiyi zamanda bəzi əxlaqının necəliyi xalqa tam aydın olan qadınların qabağa verilməsi artıq mahiyyətcə şou səviyyəli ssenarilərin endşpilə keçdiyi final oldu. Belə hadisələrin fonunda işğalçı ermənilərin ötən yaydakı atəşkəs xəttini cəbhə xəttinə çevirmək cəhdləri artıq nizamlı və cəsarətli bir ordunun qətiyyətli və layiqli cavabı ilə hissediləcək ağrılı zərbələr aldı.
Təcavüzkar Ermənistan istisna olmaqla yaxın və uzaq qonşularla dostluq və əməkdaşlıq siyasəti, balanslı, təmkinli davranış ölkənin, onun liderini beynəlxalq və daxili məkanda nüfuzunu daha da artırdı. Yəni əslində məkan və həcmcə kiçik görünən Azərbaycan qüdrətli böyük dövlətlərin tarixi varisi kimi özünü göstərə bildi. Dirçəlməkdə və güclənmkdə olan türk dünyasının ideoloji, mədəni, siyasi və milli qaynaqlarından biri kimi ətrafında cazibə qüvvəsi, simpatiyası yarada bildi. Milyondan artıq qaçqın və köçkünləri, ən məhsuldar kənd təsərrüfatlı və sənaye əhəmiyyərli rayonların işğal və qarət olunmasına baxmayaraq, ölkə dirçəliş üçün özündə güc tapdı, yaralarını sağaltmaq üçün ciddi addımlar atdı. Yuxarıda qeyd etdiyimiz geosiyasi durum nəinki Qarabağ probleminin həllinə, hətta deyərdim ki, süni siyasi bir qurum olan, Qafqazda konfliktlər ocağına çevrilmiş Ermənistanın xəritədən tamamilə silinməsinə kimi geniş bir yol açır.
Gümrüdə yerləşən Rusiya hərbi hissəsinin əsgərini şübhəli qətldə suçalayaraq ermənilərin qaldırdığı hay-küylər də onların iç üzünü və Rusiya cəmiyyətinin gözünü açır.
Yekun olaraq Azərbacanın milli və strateji maraqlarının ayrılmaz və əhmiyyətli hissəsi olan Rusiayadakı Azərbaycan diasporlarının fəaliyyətindən bir-iki kəlmə qeyd etmək istərdim.
Bu ilin 17 yanvarında mənim də nümayəndə olduğum Moskvada keçirilən növbədənkənar VI qurultayda AzərRos kimi nüfuzlu bir təşkilatın rəhbərliyinə soxula bilmiş, antimilli və antiazərbaycan hərəkətləri ilə ictimaiyyətin qınağına səbəb omuş şəxslərdən azad ola bildi.
Onların qurultaya mane olmaq, kürsüdən qopmamaq naminə qurultayı pozmaq üçün etdikləri bir neçə təxribat cəhdlərinin qarşısı alındı. Qurultay yekdilliklə qəbul etdi ki, təşkilatın vəzifəsi Azərbaycan və Rusiya arasında mədəni dialoq körpüsü olamaqdır. Rusiya vətəndaşları olan azərbaycanlılar da cənab prezidentlər Vladimir Putini və cənab İlham Əliyevi həmişə dəstəkləyir, iki ölkənin dostluq və əməkdaşlığına çalışır. İki ölkə, iki xalq arasına nifaq toxumu səpənlər heç vaxt bizimlə bir ola bilməz. Və bütün bunlar gerçək bir ümid verir ki, cənab prezident İlham Əliyevin çıxışlarında xalqın və beynəlxalq aləmin diqqətinə çatdırlan məsələlər gerçəkləşəcək. Nəinki Dağlıq Qarabağ və onun ətrafındakı torpaqlar, hətta ermənilərin xəyanətlərlə ələ keçirdiyi bütün tarixi torpaqlarımız da bir gün azad olunacaq!
Sultan MƏRZLİ,
Azərbaycan Yazıçılar Birliyinin,
Beynəlxalq Yazıçılar və Publisistlər Assosaiyasının üzvü,
“Şəhriyar” Ədəbi Mədəni Cəmiyyətinin katibi,
Moskva
- Yorum yapmak için giriş yapın