MOSKVADA ILK “TÜRK XALQLARI KONSERTI"
Moskva ictimai təşkilatı “Türk Cəmiyyəti” və “Türk Tələbələr Birliyi” Moskva hökuməti yanında Millətlər evində “Türk xalqları konserti” keçirdi. Forma və məzmun cəhətdən bu konsert keçmiş sovetlər birliyi məkanında ilk və hələlik yeganə bir tədbir oldu.
Konsertdə Moskvada yaşayan on yeddi türk xalqlarının nümayəndələrinin artist və sənətçiləri, özfəaliyyət qrupları öz dillərində milli musiqilərini ifa etdilər.
Konsert Türkiyə və Azərbaycan musiqiləri ilə başladı və tatar, özbək, türkmən, başqırd, altay, qazax, noqay, tuva, yaqut, kumık, çuvaş, qaqauz, qaraqalpaq, qaraçay-balkar, qrım-tatar və digər türk xalqlarınin musiqi nömrələri ilə davam etdi. Sonda rus artistlərinin ifasında insanları dostluğa çağıran mahnı səsləndi.
Konserti araya gətirən bütün sənətçilərə təşəkkür vəsiqələri təqdim olundu. Tədbirin təşkilatçıları gələn il Moskvada Türk xalqları festivalı planlaşdırdıqlarını açıqladılar.
Əliş Əvəz,
Moskva
- Yorum yapmak için giriş yapın