Moskvadan soraqlar
Onların yaratdığı ictimayi qurumların hər biri öz milli mədəniyyətini qoruyub saxlamağa və təbliğ etməyə çalışır. Bu sahərə azərbaycanlı həmyerlilərimiz də əllərindən gələni edirlər. 2000-ci ildən Moskvada fəaliyyət göstərən "Şəhriyar" Ədəbi Mədəni Cəmiyyəti də öz sıralarında elm, ədəbiyyat, incəsənət, mədəniyyət sahələrində çalışan ziyalıları birləşdir, ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ edir, tarixi həqiqətlərimizi işıqlandırır, Rusiya və Azərbycan arasında dostluğa və qarşılıqlı anlaşmaya kömək edir.
Gənc şair Könül Ordubadi Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda doğulub, amma onu da tale minlərlə, milyonlarla soydaşlarımız kimi vətəndən uzaqlara, qürbətə atıb, Moskva şəhərində qərarlaşdırıb. Könül xanım bir neçə şeir kitablarının müəllifidir. O, şair olmaqla bərabər, fəal ictimayətçidir, ziyalıdır, vətənpərvər insandır. "Şəhriyar" Cəmiyyətinin üzvü olan Könül xanım həm də Azərbaycan Yazıçılar Birliyinin, Beynəlxalq Yazıçılar və Publisitlər Assosiayasının, Rusiya Yazıçılar Birliyinin, Bədii Söz Akademiyasının və başqa nüfuzlu beynəlxalq qurumların üzvüdür. Könül xanımın bir neçə şeirini oxuculara təqdim edirik.
Hörmətlə:
Sultan Mərzili,
"Şəhriyar" Ədəbi Mədəni Cəmiyyətinin poeziya və nəsr üzrə katibi, Moskva
Ardını oxu: Tezadlar.az"
- Yorum yapmak için giriş yapın