Vasif MƏMMƏDOV: BİR ÜRƏK ÇAĞLAYIR
Həqiqi sənətkarların yaradıcılığından, onların sənət yolundan yazmaq, olduqca məsuliyyətlidir. Bu gün müxtəlif səbəblər ucbatından vətəndən çox uzaqda həmyerlilərimizin məskunlaşdığı Moskva şəhərində bir sənətkar ürəyi çağlayir. Şair Nazim Əlioğlu ürəyi.
Hələ 70-ci illərdə kövrək addımlarını ataraq, poeziya aləmində bərkidikdən sonra özünə çağdaş poeziyamızın sənəkarları arasında həmişəlik cığır açmış Nazim Əlioğlu hazirda bu cığırla inamla addımayaraq yazıb yaradır.
Nazim Əlioğlu zamanın axarına düşərək gedən şairlədən deyildir. Ürəyinin səsi ilə yaşayıb yaradan, yüksək duyum və orjinal təfəkkür tərzinə malik olan, qeyrət ağrısını qəlbinin gücü bilən milli ruhdan, türk ruhundan bəhrələnən,sərbəst fikirli, istedadlı bir şairdir.
Onun poeziya dünyası rəngarəngdir, bənzərsizdir, bu müxtəliflik yalnız ona məxsusdur. Nazim Əlioğlunun şeirləri müasir dünyamızda baş verən həyat dəyişiklikləri ilə eyni səsləşir və üst-üstə düşür. Yəni bu proseslər onun təfəkküründən bir an belə ayrımır.Zahiri hayküyçülükdən, şablonçuluqdan, müvəqqəti parıltıdan uzaq olan sənətkarin özünə məxsus poetik mühiti vardır. Bu mühitin təsir gücü milli kökümüzdən bəhrələndiyi üçün daha geniş və əhatəlidir. Şeirin bütün janırlarından istifadə edərək məzmunlu, orjinal sənət əsərləri yaradan şairin poetin ustalığı onun yaradıcılığı boyu özünü göstərir. O, həmdə novator şairdir,yenilikçidir. Yazdığı səbəst şerlərinə cinas qafiəsini gətirmişdir. Şair şerin yapon hoqquları janrından məharətlə istifadə edərək qələmini sınamış,bugünkü reallıqlarla eyni səsləşən çox gözəl yeni məzmunlu,yeni deyimli şeirlər nümunəsi yaratmışdır. Bu şairin ustalığının ən bariz nümunəsidir. İndi onun yapon hoqquları janrında yazdığı bir neçə deyimlərə nəzər salaq.
Daş olmaq istəyirəm,
Nadan əlilə bir fağıra
Atılmaq qorxum olmasaydı.
Ehtiyacla güləşməyi öyrətdim,
Gözündə yaş, gülməyi öyrətdim,
Mənsizliyə öyrədirəm balalarımı.
İtin zingildəməyi
Adamın inildəməyi
Ağrıların səslə çəkilənşəklidir.
Ehtiyac daş daşıtdırar,
Divara dımaşdırır,
Mələdər sənətkarı da.
Kədərin okeanında üzdüyüm olur,
Həsrətin dənizində gəzdiyim olur,
Sevinc gölündən bir damcı istərəm.
İtin peşəsi qapmaq, hürməkdi.
Adamın peşəsi çalışmaq, yüyürməkdi.
Adamı həyat döyür,iti adam.
Sözün zirvəsində ötən şair,artıq ömrünün müdrüklük çağına qədəm qoysa da, arzuları tükənməzdir, sonsuzdur. Ən müqəddəs arzularından biri Qarabağımızın qara taleyinin aydınlığa çıxması, tağı düşmənlərdən azad olmasıdır:
Səni yağılardan ala bilməsəm,
Gözümü dünyaya yuma bilmərəm.
Vətən, sənə oğul ola bilməsəm,
Oğlumdan oğulluq uma bilmərəm!!!
Nazim Əlioğlu narahat şairdir onun ürəyi düyaya sığmır:
İnsanlıq gahyasda, gah da toydadır,
İçimdə hönkürən torpaq səsidir.
Demirəm ürəyim dünya boydadır,
Sinəmdə döyünən yer kürəsidir!!!
Deyən şairin dünyadan umacağı yoxdur, lakin maddi ehtiyacla üzləşdiyindən onun xırdaca yazı masasına ehtiyacı vardır. Bu təzadlı dünyamızda zəruri ehtiyacdan onun hılə yazılmamış şeirləri, taleyin yükü kimi ürəyindən asılmışdır:
Ehtiyac boğanlar, bir deyil mindi,
Harınlar deyər ki, əl çək əlimdən.
Dağ boyda ürəyi olanlar,indi,
Sınır ehtiyacın alçaq əlindən.
Yaranmış çətinliklərə dözən şair bəxtindən şikayət etmir,bunu Allah-taalanın ona bəxş etdiyi qismət payı bilir, ancaq mürvətsiz
Günahlandıraraq onların laqeydliyini zamanın növbəti gərdişi hesab edir. Nazim Əlioğlu müqəddəs mövzularda daqələmini sınamış, tutarlı sözünü deyə bilmişdir:
Danışıb qınasan yüz dəfə məni,
Yenə də halıma yanası sənsən,
Bütün anaların başına dönüm,
Nə yaxşı balamın anası sənsən.
Və yaxud:
Büdrəsə səməndər quıuna dönnəm
Kövrəlsə, gözünün yaşına dönnəm,
Qurbanı olaram, başına dönnəm,
Atadı, baladı, qardaşdı, qardaş.
Nazim Əlioğlu türk dünyasının dahi şairi Nazim Hikməti özünün idealı sayır, onun sənətdə varisi olması ilə fəxr edir. Nazim Hikmətə sonsuz məhəbbətinin təzahürü olaraq oğul balasının adını Hikmət adlandırmışdır.
Nazim Əlioğlu ictimai həyatda özünə yer tutan, nüfuz qazanmış Rusiya ictimayyətində tanınmış şairlədəndir. O Moskvada fəaliyyət göstərən”Şəhriyar” ədəbi ictimai məclisinin fəal üzvü olub. Ona bu sahədə yeni-yeni zirvələr fəth etməyi və yaradıcılıq uğurları arzulayırıq.
Vasif MƏMMƏDOV
“Şəhriyar Ədəbi Mədəni cəmiyyətinin sədri
- Yorum yapmak için giriş yapın