YAZIÇI VARIS YOLÇIYEVLƏ GÖRÜŞ KEÇIRILDI
Bu günlərdə Moskvada – Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunda «Şəhriyar» Ədəbi-mədəni Cəmiyyətin təşkilatçılığı və «Nicat» - Azərbaycan İrsinin Dirçəlişi Cəmiyyətinin təşəbbüsü ilə yazıçı Varis Yolçiyevlə görüş keçirildi.
Tədbiri «Şəhriyar» Cəmiyyətinin sədri, görkənli ziyalı, publisist Vasif Məmmədov açaraq qonaqi təqdim etdi ve onun həyat və yaradıcılığı, beynəlxalq müstəvidə əldə etdiyi nailiyyətləri barədə görüş iştirakçılarına məlumat verdi. Sonra yazıçı Varis çıxış etdi, müasir dövrdə dünya ədəbiyyatının aparıcı tendensiyaları, müasir Azərbaycan ədəbiyyatı mövzusuna toxundu, romanlarının məramı barədə geniş bilgi verdi.
Görüşdə Moskvada yaşayıb-yaradan azərbaycanlı şairlər və ziyalılar – tarix elmləri doktoru Əşrəf Hüseynli, Maya Bədəlbəyli, Sultan Mərzili, Afaq Şıxlı, Abbas Ağdabanlı, Əliş Əvəz, Yaşar Süleymanlı, eləcə də gənc şeir həvəskarları Rodion Rodionov və Dilşad Zülfüqarova çıxış edərək öz şeirlərini oxudular.
Ədəbi Mədəni cəmiyyətin üzvlərinin əsərlərindən ibarət o taylı-bu taylı Azərbaycanın əziz şairi Məhəmmədhüseyn Şəhriyarın şərəfinə çıxarılmış möhtəşəm almanax da bu görüşdə təqdim edildi.
Olduqca səmimi və maraqlı keçən görüş Varisin imzalı kitablarını görüş iştirakçılarına hədiyyə etməsi və gözəl çay süfrəsilə yekunlaşdı.
Azərbaycan ədəbiyyatı sərhəd və hüdud tanımır! Bu təqdirəlayiqdir!
- Yorum yapmak için giriş yapın