TARİX
M.Ə.Rəsulzadənin tədqiqatçılara məlum olmayan iki əsəri- İlk dəfə"İstanbul səyahəti həqqində Rəsulzadə Məhəmməd Əmin bəyin konfransı"Şirməmməd HÜSEYNOVM.Ə.Rəsulzadə – 130Bu barədə ilk dəfə Məlumdur ki, 1918-ci il iyunun II yarısında M.Ə.Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyəti erməni və gürcü nümayəndələri ilə birgə konfransda iştirak etmək üçün İstanbula getmişdir. Konfransın baş tutmamasına rəğmən M.Ə.Rəsulzadə və nümayəndə heyəti Azərbaycan həqiqətlərini Türkiyə ictimaiyyətinə, rəsmi dairələrinə şərh və izah etmək üçün çox geniş fəaliyyət göstərmişlər. Hətta 1918-ci il iyulun 3-də vəfat etmiş Osmanlı sultanı V Mehmedin dəfn və iyulun 4-də Sultan VI Mehmedin taxta oturması mərasimlərində iştirak etmişdilər. Sentyabrın 6-da M.Ə.Rəsulzadə və onun yoldaşları VI Mehmed tərəfindən qəbul edilmişdi. Azərbaycan və Qafqazdakı vəziyyət Sultana izah edildikdən sonra Sultan bildirmişdir ki, Azərbaycana lazım olan bütün yardımlar ediləcəkdir. M.Ə.Rəsulzadə özü bu barədə geniş və hərtərəfli məlumat vermişdir. Bu dövrdə İstanbul mətbuatında M.Ə.Rəsulzadə ilə bir sıra müsahibələr də dərc olunmuşdur. Məsələn, İstanbulda nəşr olunan “Yeni məcmuə”nin 25 iyul tarixli 54-cü nömrəsində “Milli məsələlər” rubrikası ilə onun müxbir Halim Sabit bəyin suallarına verdiyi cavablar dərc olunmuşdur. Bu vaxta qədər bu müsahibə tədqiqatçıların nəzər diqqətindən kənarda qalmışdır. Salı, 28 Ocak, 2014 - 16:59 - Oxunub: 2,627 |
|
Üzeyir Hacıbəylinin Əhməd bəy Ağaoğlu haqqında naməlum bir məqaləsi
Şirməmməd HÜSEYNOV
1918-ci il noyabrın 8-də “Azərbaycan” qəzetində “Bakı xəbərləri” rubrikası ilə verilmiş xəbərdə yazılırdı ki, M. Ə. Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Cümhuriyyətinin İstanbul konfransı nümayəndə heyəti Bakıya gəlmişdir." Cumartesi, 21 Eylül, 2013 - 14:32 - Oxunub: 2,941 |
|
Türkmənçayın kəsdiyi yerdən hələ də Azərbaycanın qanı axır İran parlamentinin Urmiyadan olan millət vəkili Nadir Qazipur keçən aylarda “Fars” xəbər agentliyinə müsahibəsində qeyd edib ki, əgər Azərbaycan sionistlərin yanında yer alaraq İran millətinə qarşı qəsdin iştirakçısı olarsa, onda Azərbaycan əsilli deputatlar Türkmənçay müqaviləsinə yenidən baxılmasını nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edəcəklər. Cumartesi, 9 Şubat, 2013 - 13:09 - Oxunub: 4,099 |
|
10 Fevral: Azərbaycanın Parçalanma Günü Fevralın 10-da Azərbaycanı rusların və farsların əliylə ikiyə bölən “Türkmənçay” müqaviləsinin bağlanmasından 184 il ötür. |
|
ƏŞRƏF HÜSEYNLİ: M Ü H A R İ B Ə Qarabağda gedən ədalətsiz, işğalçı və quzğun siyasətli müharibə 35 mindən çox cavanlarımızın nakam ömrünə, arzu və istəklərinə son qoydu. Otuz beş min Azərbaycan gözəli öz gələcək həyat bahadırlarını itirib gözləri yolda, ürəkləri həsrətdə qaldı. Həmin qəhramanlar bizim xalqımızın genefondu və gələcək nəslimizin yaradıcıları idilər. Cumartesi, 11 Şubat, 2012 - 12:41 - Oxunub: 3,351 |
|
Stalin Üzeyir bəy üçün Əsgərin ariyasını oxuyub Ağcabədidə dünyaya gələn şuşalı Cuma, 23 Eylül, 2011 - 10:05 - Oxunub: 2,067 |
|
Mir Abbas AĞDABANLI: Ağdaban müsibəti: narahat ruhlar, didərgin insanlar Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndinin ermənilər tərəfindən bir gecənin içində darmadağın edilməsindən 19 il ötür. Erməni Silahlı Qüvvələri 1992-ci il aprelin 7-dən 8-ə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndini vəhşicəsinə yandırıblar, kənd erməni quldurları tərəfindən yerlə yeksan edilib. Ermənilər kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr veriblər, 67 nəfər öldürülüb, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Çarşamba, 20 Nisan, 2011 - 20:07 - Oxunub: 2,044 |
|
Nəsib NƏBİOĞLU: İyirmi ildir Kəlbəcərsizəm “Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikamızda həmişə çox hörmətə, ehtirama layiq olubdur. Azərbaycanın çox yerlərindən, o cümlədən paytaxtımız Bakıdan da insanlar həmişə Kəlbəcərə ziyarətə gediblər. O dağların, meşələrin gözəlliyindən müəyyən qədər bəhrələnmək üçün, eyni zamanda bu gözəlliyi seyr edib ölkəmizin nə qədər gözəl bir məmləkət, diyar olduğunu bir daha dərk etmək üçün ziyarət ediblər. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Çarşamba, 20 Nisan, 2011 - 19:58 - Oxunub: 2,510 |
|
Cəmil HƏSƏNLİ: Vəli Axundov: işıqlı on il Tarixin unudulmaz səhifələri |