XƏBƏRLƏR
NÜMAYƏNDƏ HEYƏTIMIZ TƏBRIZDƏ ƏNƏNƏVI ŞƏHRIYAR GÜNLƏRINDƏ IŞTIRAK EDIB İranın Mədəniyyət və İslam İrşad Nazirliyinin təşkilatçılığı ilə Təbriz şəhərində ustad Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 108-ci ildönümü ilə əlaqədar növbəti Şəhriyar Günləri keçirilib. Yaponiya, Hindistan, Pakistan, Tacikistan və digər ölkələrdən xeyli qonağın iştirak etdiyi tədbirə Azərbaycan nümayəndələri də qatılıblar. Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin sədri şair Vaqif Bəhmənlinin, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin təmsil olunduğu nümayəndə heyətimiz əvvəlcə Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə və İranın Mədəniyyət və İslam İrşad Nazirliyinin Şərqi Azərbaycan şöbəsinin rəhbəri Əli Əkbər Səfipurla görüşüb. Onlar Azərbaycandan apardıqları, Şəhriyarla bağlı kitabları təqdim ediblər. |
|
A.Mürsəliyev: Biz birlikdə işləyə bilirik və işləməliyik Azərbaycan diasporunun birləşməsinə yönəlmiş fəaliyyət öz bəhrəsini verməkdədir Moskva, 23 yanvar (AzərTAc). Ötən ilin sonlarında Moskvanın Birülyov rayonunda baş verən hadisələr Rusiyada Azərbaycan diasporunun möhkəmləndirilməsi və daha sıx birləşdirilməsi məsələsini gündəmə gətirmişdir. Bu ölkədə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, əzəli vətənləri ilə əlaqələrinin gücləndirilməsi, Rusiya cəmiyyətinə inteqrasiyası və digər vacib problemlərin həllində ölkəmizin Rusiyadakı səfirliyi ilə yanaşı, Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) də əhəmiyyətli rol oynayır. Rusiya Federasiyasının nüfuzlu diaspor təşkilatlarından olan ÜAK-ın bu istiqamətdə fəaliyyəti və yeni ildə qarşıda duran vəzifələr barədə Konqresin Moskva vilayəti üzrə regional nümayəndəliyinin icraçı direktoru, Rusiyada fəaliyyət göstərən “Günay” istehsalat-kommersiya şirkəti direktorunun müavini Araz Mürsəliyevlə müsahibəni təqdim edirik. 28/01/2014 - 16:52 - Oxunub: 2,724 |
|
Yazıçılar Birliyində Aydın Məmmədovun 70 illik yubileyi qeyd edilib Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) türkoloq-alim, ədəbiyyatşünas Aydın Məmmədovun 70 illiyinə həsr olunmuş tədbir keçirilib. |
|
AFAQ ŞIXLI VƏ TOFIQ MƏLİKLİ “DƏDƏ QORQUD OCAĞI” FONDU TƏRƏFINDƏN MÜKAFATLANDIRILDILAR Bitməkdə olan 2013-cü ilin sonu Moskva Ədəbi mühitindəki iki soydaşımıza çox önəmli mükafatlar gətirdi. |
|
POEZIYANIN DILI – DOSTLUĞUN DILIDIR! Yalanın bir neçə üzü olsa da, həqiqətin yalnız bir üzü vardır. Bu danılmaz bir faktdır ki, Azərbaycan və rus xalqları bütün dövrlərdə dəfələrlə üzbəüz qoyulsalar da, onlar həqiqəti aşkar edib ortalığa çıxara bilmiş, öz dostluqlarını qoruyub saxlaya və bu günümüzədək gətirib çıxara bilmişlər. |
|
Moskvada QADIN ŞAİRLƏRİN yaradıcılıq gecəsi “Qadın böyük qüvvədir!” - dediklərində, heç də səhv etmirlər. Çünki, qadın - əsil qadın – həqiqətən də ali və müqəddəs bir varlıqdır. Qadın – Anadır! Onun dünyaya gətirdiyi insan – bəşəriyyətin şahıdır. Öz vətənində yaşayan xoşbəxt Azərbaycan qadınından fərqli olaraq, qürbətdə yaşayanların çiynində daha bir neçə böyük məsuliyyət vardır. Vətəndən uzaqlarda öz milli mentalitetini yaşatmaqla, övladlarına doğma ana dilini öyrədib sevdirməklə, vətən torpağına məhəbbət aşılamaqla, tarixinin ağrılı-acılı səhifələrini tanıtmaqla yanaşı, o, həm də öz milli qürurunu qorumalı və öz Azərbaycan qadını obrazı ilə ömür sürdüyü yad torpaqda hörmət və rəğbət qazanmalıdır. 17/11/2013 - 14:30 - Oxunub: 1,779 |
|
Moskvada Azərbaycanın Xalq Şairi Nigar Rəfibəylinin 100 illik yubileyi qeyd olunmuşdur- Moskvada Azərbaycanın Xalq Şairi Nigar Rəfibəylinin 100 illik yubileyi qeyd olunmuşdur |
|
İyul ayının 2-də Bakı şəhərində, Dünya Türk Yazarlar Birliyinin növbəti qurultayı keçirilmişdir Ayın 1-4 ərəfəsində qurultayla bağlı müxtəlif tədbirlər və görüşlər təşkil olunmuşdur. Moskva |
|
Nəsib Nəbioğlu: “Abbas Abbasovun Azərbaycanla bağlı heç bir iddiası yoxdur” Moskvada yaşayan azərbaycanlı şair, Rəsul Rza və Yuri Dolqoruki adına beynəlxalq ədəbi mükafatlar laureatı Nəsib Nəbioğlu “Media forum” saytının suallarını cavablandırıb. Söhbətin mövzusu Rusiya-Azərbaycan münasibətləri, Rusiyada Azərbaycan diasporunun fəaliyyəti olub. |
|
Afaq ŞIXLI Azərbaycan Jurnalistlər Birliyinin üzvü seçilib Həsrətlə gözlədiyimiz baharın ilk günü soyuq və qarlı Moskvada yaşayan şairəmiz Afaq ŞIXLI üçün uğurla və sevinclə başlayıb. Kövrək şeirlərin, dəyərli publisistik yazıların və maraqlı hekayələrin müəllifi olan Afaq xanım Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub. 03/03/2013 - 10:34 - Oxunub: 2,340 |