PUBLİSİSTİKA
ŞƏFƏQ NASIR: QÜRBƏTDƏN GƏLƏN SƏSLƏR Bu günlərdə Moskvada fəaliyyət göstərən “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin nəşri olan bir Almanaxla tanış oldum. Üzqabığında Əməkdar rəssam Fəxrəddin Əlinin çəkdiyi portret yaddaşımızda izi-sözü qalan şairə munis duyğular oyadır. Görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın şərəfinə nəşr olunmuş bu kitabda ölkəmizdən kənarda yaşayıb fəaliyyət göstərən, ürəklərində vətən məhəbbəti ilə ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ edən soydaşlarımızın fəaliyyəti diqqətəlayiqdir. Cəmiyyətin sədri, publisist Vasif Məmmədov qurumun yaranması, təşəkkül tapması ilə bağlı yığcam məlumatında belə bir fakta diqqət yetirir. “Bu gün Rusiyada, o cümlədən onun paytaxtı Moskva şəhərində minlərlə azərbaycanlı soydaşlarımız yaşayır və çalışırlar. Təbii ki, burada yaşayan və müxtəlif sahələrdə çalışan qardaş və bacılarımız Rusiya dövlətinin ictimai-siyasi həyatından kənarda qalmırlar. Əksinə, millətimizin ziyalı zümrələri, həmçinin yaradıcılıqla məşğul olan adamlar Rusiyanın ədəbi mühitində yaxından iştirak etməklə böyük ədəbi inteqrasiyaya nail olurlar”. Bu halda onların bir cəmiyyətdə birləşərək fəaliyyətlərini sistemli və davamlı şəkildə qurması ürəkaçandır. 22/09/2016 - 13:20 - Oxunub: 2,181 |
|
POEZİYAMIZIN ƏŞRƏFİ Mən istedadlı şair Əşrəf Hüseynli ilə Moskvada tanış olmuşam və bu tanışlıqdan çox məmnunam. Əşrəf bəy kimi işıqlı bir insanla məni tanış etdiyinə görə, Moskavada yaşayan tanınmış mesenat, həmvətənlərinə daim qayğı göstərən Vətən oğlu, professor Hacı Mirəşrəf ağaya qəlbən təşəkkür edirəm. Biz Mirəşrəfin "Vnukovo"dakı malikənəsinin həyətində vətəni, türk dünyasını peyzajlarla tərənnüm edən DAK-ın ofisində -Azərbaycan salonunda tanış olduq. Tək Əşrəf müəllimlə yox - gözəl ziyalı, publisist Vasif Məmmədovla və Aşıq Abbasla da elə ilk dəfə orada tanış olmuşam. Əşrəf Hüseynlini də milli tariximizin təəssübkeş tarixçisi kimi, həmin malikanədə olan söhbətlərimizdən tanıyıram. Onun tarixi yaddaşı riqqətə gələcək dərəcədə məni valeh etmişdi. Onu da qeyd edim ki, Əşrəf Hüseynlinin öz dilindən orada eşitdim ki, o fəlsəfəyə dair “İnsan dünyanı necə dərk edir?” və “Səni axtarıram” şeir kitablarının müəllifidir. İki il bundan öncə isə biri-birinin ardınca, 16 cı əsrin görkəmli dövlət xadimi və Səfəvilər dövlətinin ən nüfuzlu nümayəndələrindən biri Miskin Abdalın həyat və fəaliyyəti ilə bağlı “Miskin Abdal nəslinin və Ərəb xilafətinin tarixi” və eyni zamanda “Qərənfillər” adlı şeirlər toplusunu nəşr etdirə bilmişdir. Sözün əsl mənasında həmin anlarda fəxredici hisslər keçirmişdim. 24/06/2016 - 09:50 - Oxunub: 2,059 |
|
ŞAIR ÖMRÜ – TANRI ƏMRI... Allahın bizlərə bəxş etdiyi mənalı və məzmunlu günlərdən biri də haqqında çox eşitdiyim, əsərlərini oxuduğum, nurlu bir ziyalı ilə tanış olduğumuz gün oldu. Heç bir mübaliğəsiz demək olar ki, görüşdüyümüz, poeziyasının işığına toplaşdığımız həmin müdrik və ziyalı insan daxilən ürfanla zəngin olduğu üçün onun qəlbindəki nur, işıq mənalı cizgilərlə dolu üzündə əks olunmuşdu. 24/06/2016 - 09:39 - Oxunub: 2,011 |
|
VÜQAR ƏHMƏD: ŞƏHRIYARIN FARS POEZIYASINDA YERI VƏ MÖVQEYI XX yüzillik fars poeziyasını, bütövlükdə İran ədəbiyyatını yeni mərhələyə, uca zirvəyə qaldırmış Şəhriyar yaradıcılığı Türkiyə, Ön və Orta Asiya, Pakistan, Əfqanıstan, Hindistan, Qafqaz və b. ölkələrdə ədəbi prosesə, onun inkişafına, həmin ölkələrin milli ədəbiyyatlarına ciddi təsir edib, milyonlarla insan, şeir həvəskarları, oxucular onun şeir bulağından su içiblər, ruhən, mənən qidalanıblar, zövq alıblar, bədii təfəkkürlərini zənginləşdiriblər. Şəhriyar poeziyası onlara şeiri daha da sevdirib, bu oxucular onun poetik peykinin orbitinə düşərək ədəbi bir şeir günəşinə bağlanıblar. 22/05/2016 - 10:49 - Oxunub: 4,184 |
|
YENƏ QƏLƏM, YENƏ VƏRƏQ, YENƏ MƏN... Afaq ŞIXLI: Onunla ilk dəfə Moskvada, Şəhriyar Ədəbi Mədəni cəmiyyətinin növbəti toplantısında tanış olmuşdum. Oxuduğu şeir indi də yadımdadır: Odlar yurdu, nə çox səni bölən belə, Vətənimizə həsr olunmuş bu gözəl şeiri dinlədikcə bir fikir keçdi ağlımdan – bu qərib eldə daha bir istedadlı, vətənpərvər və özünəməxsus dəst-xətti olan şair kəşf etdik. 21/05/2016 - 11:28 - Oxunub: 1,813 |
|
ZƏLIMXAN YAQUBUN YANIQ KƏRƏMISI Yardımlıda, Savalanla üz-üzə, vaxtılə Şah İsmayıl Xətainin ova gəldiyi, Şahnişin (Şah oturan) deyilən yaylada, arandan başlayaraq, hər yerdə gədiklərlə, dağların sırtıyla uzanıb Ərdəbilə doğru aşan El Yoluyla Güneylə aramızı kəsən sərhəddə doğru addımlayırdıq. 13/01/2016 - 09:37 - Oxunub: 959 |
|
Əflatun Amaşov: Həmrəylik şairi olan dost barədə düşüncələrim Fərq yalnız zamandadır. İllər bir-birini əvəzləyib. Hətta dövran da kökündən dəyişib. Yaş da o yaş deyil. Ancaq heç dəyişilməyib. 32 il öncə necəydisə, eləcə də qalıb. O zaman 25 yaşındaydıq. Moskvadaydıq. Təhsil alırdıq. İndi mən Bakıdayam. Əliş Əvəz isə həyatını təhsil aldığımız şəhərə bağlayıb. 14/07/2015 - 11:28 - Oxunub: 1,120 |
|
“Mənim kəndim” - Sultan Mərzili: “Xudu Məmmədov dedi ki, “Mərzili” təxəllüsünü o, götürmək istəyirdi” - LAYİHƏ Modern.az saytının “Mənim kəndim” layihəsində əyalətdə doğulub-böyüyən ziyalılar, ictimai və mədəni xadimlər, jurnalistlər kənd təəssüratlarını bölüşürlər. Bu dəfə hazırda Moskvada yaşayan tanınmış şair-publisist Sultan Mərzili doğulub-böyüdüyü Ağdamın Mərzili kəndi, orada keçən uşaqlıq illərindən danışıb. Bu müsahibə deyil, daha çox “ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir: |
|
MƏMMƏD ASLAN - ŞAIRLIK, VƏTƏNDAŞLIQ VƏ INSANLIQ ÖRNƏYINəsib NƏBİOĞLUMüasir poeziyamızın görkəmli nümayəndəsi, sevimli şairimiz Məmməd Aslanın dekabrın 24-də 75 yaşı tamam oldu. Doğum günü - yubileyi münasibətilə əziz şairimizi ürəkdən təbrik edirəm,ona cansağlığı arzulayıram,yaradıcılığında yeni-yeni zirvələr fəth etməyi diləyirəm! 30/01/2015 - 12:59 - Oxunub: 1,628 |
|
"ŞAIR NƏ QƏDƏR ÇƏTINLIYƏ DÜŞSƏ DƏ ÖZ SAF MƏHƏBBƏTINDƏN GERI ÇƏKILMIR" DÜŞÜNCƏLƏR Filologiya elimləri doktoru, professor, istedadlı şair-yazıçı Vüqar Əhmədin şeirləri haqqında poetik düşüncələr Mənə elə gəlir ki, şair Vüqar Əhmədi çoxdan tanıyıram, lap çoxdan. Harada, nə vaxt tanış olduğumu deyə bilmərəm. Bəlkə pedoqoji universiteti bitirib, Şamaxının ucqar kəndlərindən biri olan Dərəkənd orta məktəbinə dil-ədəbiyyat müəllimi təyin olunduğu vaxtlardan? 15/12/2014 - 09:56 - Oxunub: 1,354 |
Səhifələr
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
- следующая ›
- последняя »