Afaq ŞIXLI: М.I.SİNELNİKOV-dan mənim tərcümələrim
Əziz dostlar!
Noyabr ayının 19-da dəyərli dostumuz, şair, publisist, tərcüməçi Mixail İsaakoviç Sinelnikovun 70 illik yubileyidir!
Azərbaycanı, eləcə də bütün Şərq dünyasını ürəkdən sevən və sevərək tərcümə edən bu böyük şəxsiyyətin bir neçə şeirini sizə öz ana dilimizdə təqdim etməyi özümə borc bilirəm!
Mixail İsaakoviç Sinelnikov Afrika və Asiya dövlətləri universitatinin professoru. Ədəbiyyat üzrə beş milli Şuranın üzvü: Azərbaycan, Gürçüstan, Еrmənistan, Tacikistan və Qırğızıstan. SSRİ Yazıçılar birliyinin və Moskva Yazarlar birliyinin üzvü. Rusiya Elmlər Akademiyasının və Petrovski Akademiyasının həqiqi üzvü. Türkiyə Mədəniyyət və Poeziya Akademiyasının akademiki (Çanaqqala).
27 orijinal poetik toplunun, Xaqaninin divanı və Şərq poeziyası adlı seçilmiş poetik nümulərin, o cümlədən “Sin Tyurkskaya: Azerbaydjan Severnıy i Yujnıy v stixax russkix poetov” kitabının və onlarla digər kitabların müəllifidir. Şeirləri mütəmadi olaraq bütün önəmli jurnallarda, “Liyeraturnaya qazete”da dərc olunur və dünyanın müxtəlif dillərinə (ingilis, alman, ispan, polyak, bolqar, azərbaycan, fars, qırğız, rumın, osetin, gürcü, vyetnam və s...) tərcümə olunub.
Çarşamba, 9 Kasım, 2016 - 15:20 - Oxunub: 1,564 |
|
SULTAN MƏRZİLİ: İSİKAVA TAKUBOKU (20.02.1886 — 13.04.1912)
Isikava Takuboku yeni yapon şeirinin yaradıcısı sayılır. Yaponiyan ən sevimli şairlərindən biri olan İsikava Takuboku cəmi 27 ildən az ömür sürsə də onun şeirləri, romanları, məqalələri və gündəlikləri XX əsr yapon ədəbiyyatının qızıl fonduna daxil olmuşdur.
İsikava Takuboku Yaponiyanın uzaq şimalında yerləşən İvate əyalətində Sibutami kəndində doğulmuşdur. Atası buddist məbədində ruhani olmuşdur. Morioka qəsəbəsində məktəbdə oxuyarkən Yesano Xirosinin şeirlərinin təsiriylə özünü ədəbiyyata həsr etməyi qərara alır. Burda o “Yeni poeziya cəmiyyəti” (Sinsiya) üzvləriylə tanış olur. Bu cəmiyyətin rəhbəri Yesano Xirosi, ruhu isə onun arvadı, məşhur şair Yesano Akiko idi.
1902-ci ildə 16 yaşlı İsikava Tokioya yola düşür, amma o burdan İvateyə qayıtmalı olur. Bu vaxtlar o yeni formalı şeirlər (sintaysi) yazmağa başlayır. Bu şeirlər o zamann ən yaxşı ədəbi jurnallarından bütün Yaponiyanın oxuduğu “Yeni poeziya cəmiyyəti”nin orqanı olan “Medzö”da (“Dan ulduzu”) çap olunur. Bu yeniyetməlik ehtirasıyla yazılmış romantik şeirlər sonradan toplanaraq 1905-ci ildə “Canatma” adıyla nəşr olunur.
Cuma, 19 Ağustos, 2016 - 10:26 - Oxunub: 1,812 |
|
100 IL ÖNCƏNIN ŞEIRLƏRI...
Osip Mandelştam
Ruscadan çevirdi: Afaq ŞIXLI
***
Zərif bir axşamdır. Alaqaranlıq.
Çırpınan ləpələr yorur dənizi.
İslaq külək əsib, hərdən bir anlıq,
Duzlu bir örpəyə bürüyür bizi.
Cumartesi, 23 Ağustos, 2014 - 09:37 - Oxunub: 2,336 |
|
HƏR ŞEYİ SƏNƏ YAZDIM...
Afaq ŞIXLI
Sevilib seçilən Türk yazarı SÜLEYMAN KARACABEYdən çevirmələr.
QALMADI
Yükləndi qatarım, köç gəldi çatdı,
Bu fani dünyada gözüm qalmadı.
Ömrümün günəşi üfüqdə batdı..
Tükəndi taqətim, dözüm qalmadı.
Çarşamba, 16 Temmuz, 2014 - 19:35 - Oxunub: 2,768 |
|
MIXAIL SINELNIKOVUN şeirləri AFAQ ŞIXLININ tərcüməsində
MIXAIL SINELNIKOV - görkəmli rus şairi, tərcüməçi, tənqidçi.> Afrika və Asiya dövlətləri universitatinin professoru. Ədəbiyyat üzrə beş milli Şuranın üzvü: Azərbaycan, Gürçüstan, ermənistan, Tacikistan və Qırğızıstan. SSRİ Yazıçılar birliyinin və Moskva Yazıçılar birliyinin üzvü.
Cumartesi, 19 Ekim, 2013 - 19:55 - Oxunub: 2,834 |
|
ЕВГЕНИЙ ЧИГРИН: NAMƏ
Açırsan naməni, xəyallanırsan
Sənə doğma olan duyğular seli...
Belə yaxınlıqdan susub qalırsan>
Isidir əlini kiminsə əli.
Perşembe, 27 Eylül, 2012 - 14:26 - Oxunub: 2,756 |
|
VLADİMİR FİRSOV. HƏYATİ VƏ ŞEİRLƏRİ
Görkəmli Rus sovet şairi Vladimir İvanoviç Firsov 1937-ci ilin aprelində Smolensk vilayətinin Zabolotye kəndində anadan olub. 75 il ömür sürüb. Ədəbiyyat İnstitunu bitirib. Yaradıcılığa şeirlərində təbiət və sevgi motivlərindən başlayıb, zamanla şeirlərində vətəndaş mövqeyi, fəlsəfi mənalar dərinləşib. Yaradıcılığa erkən yaşlarında başlayan Vladimirin ilk şeiri 10-cu sinifdə oxuyarkən 16 yaşında “Komsomolskaya pravda” kimi nüfuzlu bir qəzetdə dərc olunub.
Pazartesi, 11 Haziran, 2012 - 12:23 - Oxunub: 2,801 |
|
Anton Pavloviç Çexov. Sevinc
Gecə saat on iki idi.
Mitya Kuldarov həyəcanlanmış, saçları pırpızlanmış halda külək kimi valideynlərinin mənzilinə uçdu və sürətlə bütün otaqlara girdi. Valideyinləri artıq yatağa uzanmışdılar. Bacısı yerinə uzanıb oxuduğu romanın axırınıcı səhifəsini bitirməkdə idi. Gimnazist qardaşları yatmışdı.
- Sən hardan gəlmisən?- valideynləri təəccübləndilər. - Nə olub sənə?
- Eh, soruşmayın! Mən heç cürə gözləmirdim! Yox, mən heç cürə gözləmirdim! Bu… bu hətta mümkün deyil!
Mitya qəhqəhə çəkərək xoşbəxtliyindən ayaq üstə dayana bilmədiyindən kresloya çökdü.
|
Çarşamba, 11 Mayıs, 2011 - 12:12 - Oxunub: 2,821 |
|