90 YAŞLI YUBİLİYAR
7 Noyabr 2015 ci il tarixdə Moskvadakı “Şuvalov” restoranında Böyük Vətən müharibəsi veteranı , yazıçı, şərqşünas, tarix elmləri namizədi, Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü Əbdül Hüseynovun 90 illik yubileyi təntənəli surətdə qeyd edildi. Yubileyi gecəsini Moskvada fəaliyyət göstərən “Şəhriyar” ədəbi – mədəni cəmiyyətinin yaradıcı kollektivi hazırlayıb həyata keçirib.
Tədbirin əvvəlində Əbdül Hüseynovun yaradıcılığı ilə bağlı qısametrajlı film-kadrlar nümayiş etdirilib və dünya şöhrətli vokalist Müslüm Moqamayevin oxuduğu “Mavi dəniz” mahnısı səsləndirilmişdir.
Yubileyə həsr olunmuş gecəni giriş söz ilə “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri Vasif Məmmədov açmışdır, qocaman yazıçı Əbdül Hüseynovun həyat yolundan,içtinai fəliyyətindən və yaşam taleyindən tədbir iştirakçılarına maraqlı məlumat verməklə yubiley gecəsini açıq elan etdi.
Əbdül Hüseynovun bədii-publisistik yaradıcılığı və tariximizin maraqlı dövrlərinə həsr olunmuş roman və povestləri barədə tarix elmləri doktoru, Beynəlxalq yazıçılar və publisistlər birliyinin üzvü Əşrəf Hüseynli ətraflı məlumat verdi.
Yubiley gecəsində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfirliyinin müşaviri Vüqar İmaməliyev, Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev, ÜAK – nin məsləhətçisı Manaf Ağayev, Azərbaycan və Rusiya Yazarlar Birliklərinin üzvü. şairə Maya Bədəlbəyli, Moskva Azərbaycan qadınları “Nicat” təşkilatının həmsədri, şairə Afaq Şıxlı, gənc şairə Dilşad Zülfüqarova, Texnika elmləri doktorları Zahid Qocayev, texnika elmiləri namizədi Füzuli Fərəcov, Moskva vilayət Milli-Mədəni Muxtariyyətinin rəhbərləri Qalib Ağayev və Elşən İbrahimov, şair - publisist Sultan Mərzili və Əliş Əvəz, Moskvadakı 157 saylı məktəbin metodisti Elmira İsmayılova və həmin məktəbin məlliməsi Sevil İsmayılova, filologiya elmləri doktoru, Moskva Beynəlxalq Əlaqələr institunun professoru Abuzər Bağırov və şərqşünaslar Eldar Quliyev, Əlipənah Abışov söz alaraq yubiliyar haqqında təbrik nitqi söylədilər.Bundan başqa yubilyara hədiyələr bağışlandı və onun şərəfinə yazılmış rəsmi təbrik məktubları oxundu.
Təbrik çıxışlarından sonra yubiley gecəsinin iştirakçıları üçün hazırlanmış könsert proqramı həyata keçirilmişdir:
Tədbirə xüsusilə rövnəq və əhval-ruhiyyə gətirən musiqiçilər qrupu , yubiliyarı təbrik üçn söz alan şair, filosof Mirabbas Ağdabanlı, şair – tarzən Nizami Həsənov, aşıq-şair Valeh Salehoğlu və Nazim Qurbanov tədbirin gedişində həm də öz sazı və şeirləri ilə də yüksək əhval-ruhiyyə yaratdılar.
Sonra yubiliyara – 90 yaşlı qocaman yazıçı Əbdül Hüseynova söz verildi. O, yubileyin hazırlanıb həyata keçirilməsində təşəbbüs göstərən “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinə, onun təşkilatçılarına, eləcə də yubiley tədbirində iştirak etmək üçn oraya gələnlərə və ona qarşı sayqılı olanlara səmimi minnətdarlığını bildirdi. Yazıçının həyat yoldaşı Nelli Hüseynova da çıxış edərək yubiley iştirakçılarına və tədbirin təşkilatçılarına səmimi minnətdarlığını bildirdi.
Tədbirdə “Şəhriyar” cəmiyyətinin sədri, publisist Vasif Məmmədov yekun sözü söyləyərək yubiley gecəsinin həyata keçirilməsində təşəbbüsə qoşulan “Verso – M” tikinti kompaniyasının Baş direktoru Mehrac Babayevə, “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin texniki redaktor Cəlil Xudaverdiyevə və eləcə də “Şuvalov” restoranının əməkdaşlarına xüsusi minnətdarlığını bildirdi. Bununla da böyk romanlar müəllifi Əbdül Hüseynovun 90 illik yubileyinə həsr olunmuş gecə sona çatdı.
Şəhriyar ədəbi-mədəni cəmiyyətinin mətbuat mərkəzi
FOTOREPORTAJ
- Войдите, чтобы оставлять комментарии