Əziz poeziya sevərlər!
İyun ayının 24-də qəlbi və nəfəsi şeirlə döyünən, hamımızın istəklisi olan şair AFAQ ŞİXLININ ad günü qeyd olunmuşdur. Lakin ad günü geniş auditoriyada deyil, öz istəkliləri arasında bayram edilmişdir. Əlbəttə, subyektiv səbəblər və əlverişsiz şərait şairin ad gününü cəmiyyət səviyyəsində keçirməyə imkan vermədi. Lakin həyat davam etdiyi kimi, yaradıcılıq da daima hərəkətdə və inkişafdadır.
Bəs necə oldu ki, AFAQ şair oldu?
Tanrı ilhamından göyərtdi bir dağ,
Şeir, söz bürcündə yarandı Afaq.
Onunçun Ay gəlib qəlbinə doldu,
Könlü coşub-daşdı, bir günəş oldu!
Hər insan ulduza bənzəyir sanki,
Hər kəs yer üzünü bəzəyir sanki.
Afaq bu dünyaya gələndə bəlkə,
Əl açdı göylərə sevincdən ölkə.
O bir çiçək oldu, çəməndə açdı,
Məşriq ulduzu tək səmada saçdı.
Vuruldu şeirə bu qaragöz qız,
Ürəyi söz ilə döyündü yalnız.
Şeirlə ovundu, şeirlə dindi,
Alışdı, köz oldu, günəşə döndü.
Süzüldü budaqda yaşıl yarpağa,
Düşdü yaqut gözlü lilpar bulağa.
Şəfəqi çağladı, buluda doldu,
Adı Afaq olan bir ŞEİR oldu.
Onçun o mələyi sevirik hədsiz,
Sinəsi söz ilə qoy olsun dəniz!
Sevilsin qəlblərdə nəsilbə-nəsil,
Dönsün zirvələrə, yaşasın yüz il !!!
Afaqı anadan dünyaya gələndə ONU İLK DƏFƏ ulduzlar, şeir bürcü təbrik etmişdi. Biz isə ürəyimizin bütün varlığı ilə SƏNİ TƏBRİK EDİRİK, AFAQ !
“Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin yaradıcı kollektivi
|