В Москве отметили 18-ю годовщину оккупации Кяльбаджарского района
Перед началом мероприятия ее участники почтили память погибших в Кяльбаджаре и в Карабахе минутой молчания.
Выступивший затем председатель общества культуры «Шахрияр» Васиф Мамедли рассказал о трагических страницах современной азербайджанской истории. Было отмечено, что во время оккупации Кяльбаджара были убито 511 мирных жителей, 321 человек были взяты в плен или пропали без вести, изгнано с родных земель более 60000 человек. С 1999 года на территории Кяльбаджара проводится искусственное заселение района армянами. 132 азербайджанских села превращены в руины, исторические названия деревень переименованы на армянский лад, разрушены азербайджанские кладбища, исторические памятники.
Уроженец Кяльбаджара, поэт, член Союза писателей России и Азербайджана, секретарь Московского отделения Союза писателей Азербайджана Насиб Набиоглу в своем выступлении обратил внимание на то, что оккупация Кяльбаджара сопровождалась бесчеловечными преступлениями против местного населения. «Прошло уже 18 лет со дня оккупации, но мы никогда не смиримся с этой потерей и кяльбаджарцы будут стремиться к тому, чтобы последующие поколения не забывали об этом трагическом времени», - сказал поэт.
Другой уроженец Кяльбаджарского района Мир Аббас Агдабанлы с горечью рассказал о трагедии, которая произошла в ночь с 7 на 8 апреля 1992 года. Тогда армянские солдаты в селе Агдабан расстреливали стариков, младенцев, женщин, сдирали кожу с отрубленных голов пленных, выкалывали глаза у трупов, отрезали уши.
Выступавшие осудили вероломную политику Армении и подчеркнули, что, несмотря на требования, выраженные в резолюциях Совета Безопасности ООН о необходимости признания территориальной целостности Азербайджанской Республики, и освобождения без предварительных условий оккупированных территорий Азербайджана, Республика Армения игнорирует все нормы международного права. Говорилось о том, что рано или поздно все азербайджанские земли вернутся под юрисдикцию Азербайджанской Республики и каждый азербайджанец готов внести лепту в это справедливое общенациональное дело.
Затем участники мероприятия посмотрели видеофильмы, повествующие о кровавых преступлениях, совершенных армянами в Кяльбаджарском районе.
Ася Гаджизаде,
собкор АзерТАдж
Москва
Kəlbəcər rayonunun işğalının 18-ci ildönümü Moskvada qeyd edilmişdir
Moskva, 6 aprel (AzərTAc). Azərbaycan diasporunun nümayəndələri Kəlbəcər rayonunun erməni silahlı dəstələri tərəfindən işğal olunmasının 18-ci ildönümünü qeyd etmişlər. Tədbirdə diaspor təşkilatlarının rəhbərləri, yaradıcı ziyalıların nümayəndələri və əslən Kəlbəcər rayonundan olan, hazırda Moskvada yaşayan soydaşlarımız iştirak etmişlər.
Tədbir başlanmazdan əvvəl onun iştirakçıları Kəlbəcərdə və Qarabağda həlak olanların xatirəsini bir dəqiqə sükutla yad etmişlər.
Sonra “Şəhriyar” mədəniyyət cəmiyyətinin sədri Vasif Məmmədli çıxış etmişdir. O, müasir Azərbaycan tarixinin faciəli səhifələri barədə danışmışdır. Qeyd edilmişdir ki, Kəlbəcərin işğalı zamanı 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və ya itkin düşmüş, 60.000-dən çox sakin doğma torpaqlarından qovulmuşdur. 1999-cu ildən Kəlbəcər rayonunun ərazisində ermənilər süni şəkildə məskunlaşdırılır. Rayonun 132 Azərbaycan kəndi xarabalığa çevrilmiş, kəndlərin tarixi adları dəyişdirilərək erməni toponimləri ilə əvəz edilmiş, azərbaycanlıların qəbiristanlıqları, tarixi abidələr dağıdılmışdır.
Əslən Kəlbəcərdən olan şair, Rusiya Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi Nəsib Nəsiboğlu öz çıxışında diqqəti belə bir fakta cəlb etmişdir ki, Kəlbəcərin işğalı yerli əhaliyə qarşı insanlığa zidd cinayətlərlə müşayiət olunmuşdur. Şair demişdir: “İşğal günündən 18 il keçir, lakin biz bu itki ilə heç vaxt barışmayacağıq və kəlbəcərlilər çalışacaqlar ki, gələcək nəsillər bu faciəli dövrü unutmasınlar”.
Kəlbəcərdən olan digər soydaşımız Mirabbas Ağdabanlı 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə baş vermiş faciə haqqında ürək yanğısı ilə danışmışdır. O demişdir ki, həmin gecə erməni əsgərlər Ağdaban kəndində qocaları, körpələri, qadınları güllələyir, əsir götürdükləri insanların başlarını kəsib dərisini soyur, meyitlərin gözlərini çıxarır, qulaqlarını kəsirdilər.
Tədbirdə çıxış edənlər Ermənistanın xain siyasətini pisləyərək vurğulamışlar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması və işğal edilmiş Azərbaycan ərazilərinin heç bir ilkin şərt irəli sürülmədən azad edilməsinin zəruri olması barədə tələblərə baxmayaraq Ermənistan Respublikası beynəlxalq hüququn bütün normalarına etinasızlıq göstərir. Çıxış edənlər demişlər ki, Azərbaycanın işğal altında olan bütün torpaqları gec-tez Azərbaycan Respublikasının hüquqi tabeliyinə qaytarılacaq. Hər bir azərbaycanlı ümummilli əhəmiyyət kəsb edən bu haqq işinə öz töhfəsini verməyə hazırdır.
Sonra tədbir iştirakçıları ermənilər tərəfindən Kəlbəcər rayonunda törədilmiş qanlı cinayətlərdən bəhs edən videofilmə baxmışlar.
Asya Hacızadə
AzərTAc-ın xüsusi müxbiri
Moskva
- Войдите, чтобы оставлять комментарии