AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA!
ÇOXHÖRMƏTLİ CƏNAB PREZİDENT!
Sizin 50 illik yübleyiniz bizim üçün də sevincli və tarixi bir gündür. Moskvada fəaliyyət göstərən ziyalılardan ibarər "Şəhriyar" ədəbi-mədəni cəmiyyətinin üzvləri Sizə möhkəm can sağlığı və xoşbəxtlik arzu edirlər.
Tarixi vətənimizin, doğma Azərbaycanımızın çiçəklənməsi və müstəqilliyinin bərqərar olunması yolunda həyata keçirdiyiiniz dərin və məzmunlu siyasətinizi dəstəkliyir və Sizə bu yolda daha böyük uğurlar arzulayırıq.
Rusiya və Azərbaycan xalqlarının dostluğu Qafqazda və Yaxın Şərqdə sülhün bərqərar olmasının rəhnidir. Siz gənc, müdrik və ağıllı bir siyasətçi kimi xalqın məhəbbətini qazanmış, beynəlxalq aləmdə nüfuz sahibisiniz. Azərbaycanın müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpası və iqtisadi-siyasi gücünün artması yolunda bütün fəaliyyətinizi dəstəkləyirik.
Ad gününz mübarək, Cənab Prezident!
"Şəhriyar" ədəbi-mədəni cəmiyyətinin sədri,
Vasif Məmmədov
Moskva, 24 dekabr, 2011-ci il.
- Yorum yapmak için giriş yapın