Könül Ordubadlı
Nə sən unuda bilmisən...
Bir ömrün yolunda qəfil görüşdük,
Tale yollarimiz ayri olsa da..
Üz-üzə dayandıq, göz-gözə gəldik
Xatirə yükündən gözlər dolsa da.
O dalgın gözlərdə özümü gördüm
Sankı həyatımı sən vərəqlədın.
"Sevirəm" dediyin sözünü duydum,
Üzümə sən baxıb, sən gülümsədin.
İllər yaman ötüb, çox qocalmisan,
Bu sevgim ölməyib qocalmayibdir.
Məgər bilmirsənmi sən sevdiyimi,
Gözlərim axtarıb, yorulmayıbdır.
Bilirdim şəhərdə yaşadıgını,
Hər dəfə yollarda mən axtarmışam.
Özümdən xəbərsiz, bu gün bu yolda,
Bir yetim, bir nakam sevgi tapmışam.
Yenə üz-üzəyik xatirələrlə,
Gözümdən bir damla qəmli yaş axdi.
Boylandım səninlə ötən illərə,
Sanki bir nəgməli könül dil açdi.
Utanma, yaxin gəl, kefimi soruş,
Yoxsa həqiqəti tanıyammadın?
İllər acisini unut, gəl bariş,
İllərin üstündən adlayammadın?
Üz -üzə dayandıq, göz-gözə durduq,
Taleyə, qismətə nələr yazılmış...
Nə eşqi unutduq, nə yuva qurduq
Niyə qismətimiz ayrı yazılmış?!
Sevmərəm səni
Nə qədər bagişla desən də bil ki,
Bir daha sevmərəm, sevmərəm səni.
Sən ki daşa çaldin məhəbbətimi
Bir daha sevmərəm, sevmərəm səni.
Istər şimşək olub çaxsan başıma,
Istər yagış olub yagsan başıma,
Istər mələk olub çixsan qarşıma,
Bir daha sevmərəm, sevmərəm səni.
Göz yaşın gözündə bir selə dönə,
Ümidlər saralıb xəzana dönə,
Məhəbbət sinəndə qargışa dönə,
Bir daha sevmərəm, sevmərəm səni.
Damarımda axan qanıma dönsən,
Qəlbimə yol tapıb yuxuma gəlsən,
Aglayan gözümün yaşına dönsən,
Bir daha sevmərəm, sevmərəm səni.
Atdıgım addımın izine dönsən,
Kül olan sevginin közünə dönsən,
Sevən ürəyimin gözünə dönsən,
Bir daha sevmərəm, sevmərəm səni.
Atilmiş əşyasan indi mənimçün,
Dar gələcək aləm, dünya səninçün,
Çəkdiyim əzablar bəsdir mənimçün,
Bir daha sevmərəm, sevmərəm səni.
QAYITMA ÖMRÜMƏ…
Azad bir quş idim qəfəsə düşdüm,
Zalım, gözlərindən nəfəsə düşdüm.
Səni sevmək üçün həvəsə düşdüm,
Qayıtma bir daha, ömrümə mənim!
Göz yashımı silsəm kipriyim aglar,
Ürəyim alışar, sinəmi dağlar.
Əllərim özümdən xəbərsiz yazar, --
Qayıtma bir daha ömrümə mənim!
Sənə bəxş etdiyim anlara heyif,
Aylara, illərə, günlərə heyif.
Sənə qurban gedən canlara heyif,
Qayıtma bir daha ömrümə mənim!
Ürək vərəqlərə köçüb döyünür,
Sətirlər alışır, ümidlər sönür.
Şeirlər yüklənib kitaba dönür,
Qayitma bir daha ömrümə mənim!
Kökləndi sinəmdə sınıq tarim da,
Oxundu dilimdən ahu zarım da,
Tükəndi ümidim, etibarim da,
Qayıtma bir daha ömrümə mənim!
GƏLMİŞDİM
Həsrətdən göz yaşın silə bilmədim,
Həyat bir oyunmuş, bilə bilmədim.
Ölüm ayağında ğülə bilmədim,
Qaçıb əzablardan sənə gəlmişdim.
Bir sevgi istədim qıymadın niyə?!
Baxıb gözlərimə düzünü söylə.
Sevmirsən? „ Sevmirəm!“ sözünü söylə,
Qaçıb əzablardan sənə gəlmişdim.
Ümidim- gümanim səninləydi bil,
Əyil üzümdəki göz yaşnı sil.
Mən yoxam, bir quru cəsədimdi bil,
Qaçıb əzablardan sənə gəlmişdim.
Gör necə diriyəm, heç səsim də yox,
Dünyanın sevincdən qəm-qüssəsi çox.
Sən yoxsan, dünyaya həvəsim də yox,
Qaçıb əzablardan sənə gəlmişdim.
Öldürdün sevgimi, qazdır bir məzar,
Sındır qollarimi, qəbirdə yazar.
Baş daşım üstündə „nakam“ adı var,
De ki əzablardan mənə gəlmişdi!
TALEYƏ GECİKƏN SON MƏHƏBBƏTİM
Demə ürəyimə od salaçaqsan,
Sevgimi qəlbimdən qoparaçaqsan,
Sən məni öldürüb, agladaçqsan
Taleyə geçikən son məhəbbətim.
Sən isti bir qucaq, mən soyuq məzar,
Könlüm səndən küsər, gileydən yazar.
Qəlbimə yol tapan izimdə azar,
Taleyə geçikən son məhəbbətim.
Mən səni qəlbimdə hey axtarmişam,
Ömür dəftərimdə varaqlamişam.
Yollara hey baxib soraqlamişam,
Taleyə geçikən son məhəbbətim.
Sevgi yollarinda səni gözlədim,
Sinəmdə saz tutub hey inildədim,
Nəgməyəm, şeirəm, özüm bilmədim,
Taleyə geçikən son məhəbbətim…
- Yorum yapmak için giriş yapın