MIXAIL SINELNIKOVUN şeirləri AFAQ ŞIXLININ tərcüməsində
MIXAIL SINELNIKOV - görkəmli rus şairi, tərcüməçi, tənqidçi.>
Afrika və Asiya dövlətləri universitatinin professoru.
Ədəbiyyat üzrə beş milli Şuranın üzvü: Azərbaycan, Gürçüstan, ermənistan, Tacikistan və Qırğızıstan.
SSRİ Yazıçılar birliyinin və Moskva Yazıçılar birliyinin üzvü.
Rusiya Elmlər Akademiyasının və Petrovski Akademiyasının həqiqi üzvü.
Türkiyə Mədəniyyət və Poeziya Akademiyasının akademiki (Çanaqqala).
21 orijinal poetik toplumun,
Xaqaninin divanı və Şərq poeziyası adlı seçilmiş poetik nümulərin,
və onlarla digər kitabların müəllifi.
Bu günlərdə şairin “Sin Tyurkskaya: Azerbaydjan Severniy i Yujniy v stihah ruskkih poetov” kitabı işıq üzü görüb. Şair Nəcəf Nəcəfov mükafatına layiq görülüb. Mükafatı, Moskva şəhərində, AYB-nin sədri Anar təqdim etmişdir.
VALIDEYNLƏRIMIN XATIRƏSINƏ!
Onların qocalığı
Dövrün qocalığıyla düşmüşdü bir zamana.
Üfüqlər qaralanda
Gəzişirdi əl-ələ bir atayla, bir ana.
Ağarmışdı saçları...
Dolaşaraq bağları,
Onlar yada salırdı Petroqradda yaşanan
o dəhşətli illəri,
sonra beşillikləri -
Ötüb keçən çağları...
Artıq, Orta Asiya olmuşdu vətənləri -
keçmişdən uzaqlarda, gözəl şərq təbiəti...
Bu dünyaya sığmayan,
xəyalpərəst və çılğın bir oğlan haqqındaydı
onların sön söhbəti...
İndi doğmadır mənə
qocaları ovudan o adi gəzintilər
şirin xəyaldır deyə!
... Son baharda getdilər
Tanrının dərgahına,
bürünüb səssizliyə...
1993
YUXU
Tükənmir yuxular yenə bu axşam,
Qızılı boşluqda bir dünyamı var?!
Qəqs edir rəqqasə, əllərində şam,
Uyur bu ahəngə bəyaz sütunlar...
Bu Qanqın suyumu dəlir göyləri?
Bu sitar səsimi inləyir belə?
Bu - mənim ömrümin dəqiqələri,
Pərvəriş tapmamış özünə hələ.
Budur Rusiyanın qəlbinə daman -
Görəcək rəqs edən çılpaq bütləri.
Özümdən aralı düşmüşəm yaman,
Bilmirəm nə zaman dönəcəm geri.
11.01.13.
SƏHRA
Səhranın özündən başqa nəyi var?!
Səhra qürur duyur tənhalığıyla.
Dünya yaranandan, dayanıb lal-kar,
Gözləri yol çəkir su sorağıyla.
Bəzən çiçəkləyir gələndə bahar
Çöllərin ömürsüz efemerləri...
Rəngi çəhrayıya ya boza çalar,
Canını yaxmamış günəş telləri.
Qayğısız yuxular çəkincə köçün,
Bir qum axınıtək keçincə zaman,
Bunu kəşf edirsən sən özün üçün -
Yalnız ruhu ilə zəngindir insan!
05.05.11.
***
Anladım ki, qocalıq – ötən illər deyilmiş,
Qalaq-qalaq həsrəti, dərdiymiş gedənlərin.
Ruhları uzaqlaşıb göy üzünə çəkilmiş,
Baxışları seyr edir bizləri, dərdin-dərin...
O görünməz gözlərdə elə bir cazibə var -
Vücuduna hopunca titrəyirsən, əsirsən.
Vidalaşmaq yerinə, unutmaqdan zamanla,
Var gücünlə onlarla görüşə tələsirsən...
2010
***
Sahil - qələbəlik, uğuldar, inlər...
Bir vaxtlar səninlə doluydu o da.
Yenə axışmada akvamarinlər,
Səma da seyr edir özünü suda.
...Elə bil. yarıda qırıldı sözlər,
Yaxın günlərimiz uzaq qaldılar.
Bir anda qaraldı bütün dənizlər,
Sünii işıqlar haray saldılar.
Ömrün qürubuna gedən günlərim
Solan üfüqlərin qarasındadı.
Sənlə bağlı olan düşüncələrim
İki itgin gəmi arasındadı...
1994
DILƏNÇILƏR
Qırılmış şüşələrlə dövrələnmiş hasarlar!
Qara dilənçilərsə yenə zillənib baxar -
Bəlkə, çüncdə-bucaqda
yerə düşən nəsə var?...
Ağzı “içinə batmış” bir qoca gülümsəyər,
Bir oğlan da rəqs edər,
Qayğısız qara köpək quyruğunu bulayar,
Zəhərsiz qoca gürzə yalandan fısıldayar,
Meymuncuğaz
əl açlb insan kimi dilənər...
1982
SƏS
Yalın bir yarğanla keçib gedərsən,
Günün qızmarında mürgüləyərsən...
Bir il ötər bəlkə... Bir gün səhrada,
Səni silkələyər zəif bir səda...
O səsdə dəhşətli qorxu yaşanmış,
O səs görünməyən odlarda yanmış.
O səs dinəndə də, o susanda da,
Məktubda, sözlərdə canlananda da
Qızılı günlərə heyran olurduq..
Qara kölgələri silib qovurduq...
O səs naqillərlə sızıb gəlirdi,
Çaylarda sular da çilvələnirdi!
Otlar təzə-tərdi, səma ağappaq,
Həyat – tükənməzdi, anamızsa sağ...
1981
KƏRPIC
Qalmıram beləcə divar daşıtək!
Bir qumlu sahilə uzanam gərək.
Qoy dəlsin köksümü bozarmış otlar,
Başımın üstdə ki, mavi səma var!
Hamar dalğalar da məni yuyacaq,
Ləpələr üzümü sığallayacaq.
Balıqlar uçacaq çaylara sarı,
Vardır onların da öz mahnıları....
Amma ki, yenə də əlçatmazdılar -
Mərmər zirvələrlə, bəyaz buludlar...
Mən – bir qara bulud, zülmətin yarı!
Saldığım: şəhərlər, gül bağçaları.
Pəncərə açıram üzü günəşə,
Bu gün də, sabah da... dünən, həmişə...
Titrəşir üstümdə sarı qamışlar...
Sümüklər torpağı qucaqlamışlar...
Mən heçdən dirildim illərdən bəri,
Qəlbimdə həkk olub mamont izləri.
Mən - Üstyurt çölündə dəli burulğan,
Nəhəng əjdahatək alovdan doğan...
Qırmızı bacalar çatır təndiri,
Çarəsiz... səssizlik tüstüləndirir...
Mən qumam, şəhərlər salınır məndən.
Ordular tapdayıb keçir sinəmdən.
Çəkicəm, alovam, şimşəyəm, odam.
Yollarda çığıram, qaçağan atam.
Bir ocaq külüyəm – keşmişə dönən.
Bir köhlən iziyəm – gələcək günə.
Nə vaxt ki, ilğımlar itər, yox olar -
Susuzluq yanğısı bir yuxu olar.
Karvanlar dizədək sulara batar,
Mənim kiçik şöləm ulduza çatar...
Məni yoğurmağa uzanır əllər,
Çevrəmdə hərlənir qızılı tellər.
Planetlər, uşaqlar dövrə vururlar,
Zamanın hökmünə məhkum olurlar.
Məni yadınızda tutasız gərək
Divar səhfəsində qırmızı hərftək!
Baxıram özümə hər iki üzdən -
Kömürəm, palçığam, həm də daşam mən!
1971
YƏHUDİ QIZI
Gecə... restoranda gülüb danışır
Əlində bir qədəh yəhudi qızı.
Dilində rişxəndlər bir-bir alışır,
Bəzən kinayəylə büzülür ağzı.
Susanda dişi bir qurd kimi baxıb,
Kədərli qürurla zillənir birdən.
Diqqəti cəlb edən bir üzük taxıb...
...Ətri məst eyləyir durduğu yerdən.
Nədir bu baxışlar... yuxusuz, yorgun,
Nə qədər uzaqdır bəşər şərindən!
Salxımıtək şipşirin, “kül” kimi solğun...
Sion dağlarıtək gözəl bir bədən!
Saat kimi dəqiq, öd kimi acı...
Gah siqaret çəkir, gah yemək yeyir.
Hardasa ... müqəddəs bir əl ağacı ,
Xaç və alışan kol gözümə dəyir.
Nəfəslər qarışıq, fikirlər oyaq...
Səssiz yalvarış var Tanrı lütfünə.
Ya qızıl buğadır , ya odlu dayaq ?!
Gümanlar içində itirik yenə...
1979-1980
- Yorum yapmak için giriş yapın