MOSKVAADA KİTAB SƏRGİSİ
Moskavada 24cü Beynəlxalq kitab yarmaka-sərgisi açılıb. Sərgi keçmiş sovetlərin vaxtında “VDNX” kimi tanınmış ərazisində, yeni tikilmiş geniş bnada keçirilir. Sentyabrın 7-də başlanan sərgi 12-nə kimi davam edəcək. Sərgidə rusiyanın müxtəlif regionlarının kitab nəşriyyatları, MDB-nin nəşriyyatları və bir sıra avropa nəşriyyatları da iştirak edirlər.Mən gedəndə sərginin dördüncü günü olsa da adam çox idi, moskvalılar kitab sevgisini tam unutmayıblar.
Kitablar poliqrafik səviyyəsindən asılı olaraq 50 rubldan 1500 rubla qədər müxtəlif qiymətlərdədir, orta hesabla 150-300 rubla olan kitablar daha çoxdur. Azərbaycan pulu ilə təxminən 4-7 manat arası. Nəşriyyatlar dərsliklərdən tutmuş rus və dünya klassiklərinin kitablarını, ən müxtəlif maraq dairəsində kitabalar nümayiş etdirirlər. Kitab müəlliflərilə görüşlər də sərgiyə marağı artırır. Rusiyanın pravoslav kilsə nəşriyyatı geniş yer tutub və dini-teoloji mövzuda çox sayda kitablar nümayiş etdirilir. Bu ilki fəxri qonaq kimi İtaliya geniş təmsil olunub. Mən Azərbaycan, Türkiyə və Ermənistanın kitab nəşriyyatları ilə də maraqlandım. Təəssüf ki siyasi və mədəni əhəmiyyətli bu sərgidə Azərbaycanı təmsil edən yox idi. Türkiyə bölməsində ölkənin tarix və mədəniyyətindən bəhs edən nəfis şəkildə nəşr olunmuş kitablar diqqətimi cəlb etdi. Müsair və klassik türk ədəbiyyatı bir neçə tanınmış şair və yazıçılarla təmsil olunub. Kamal Atatürk haqqında kitablar, tanınmış türk yazarlarında F.H.Dağlarca, N.Hikmət, S.Ali, O.Pamuk, Atalıoğlu və sairələrin əsərlərindən nümunələr. Türkiyəni təmsil edən ikinci köşkdə ərəb və rus dilində təmiz danışan gənc nurçular dini ədəbiyyatı təbliğ edirdilər.
Azərbaycan mətbuatından bizimlə müqayisədə çox geri qalmış, acından ölən və qaçıb dağılan kimi təsəvvürmümə gələn ermənilər bu sərgiyə nə ilə gəlmişdilər? Gümanımda yanılmamışdım. Əvvəla ermənilər müxtəlif yerdə üç köşk götürmüşdülər. Ikincisi, rus, erməni və ingilis dilində ermənilərin və erməni əslilli U.Saroyan kimilərinin kitablarını, ermənistan tarixi, etnoqrafiyası, erməni rəssamların əsərləri kifayət qədər nəfis şəkildə nəşr olunaraq nümayiş etdirilirdi. Ən əsası isə erməni təbliğatının əlinə düşən fürsətdən maksimum ifadə etməsi idi. Sərgi köşkünün bayır divarına yanbayan iki böyük “xəritə” asılıb. Biri “müasir” Ermənistanın xəritəsi, biri də orta əsrlərə aid ediləsi ermənicə yazılmış “qədim” Esrmənistan xəritəsi. Xəritələr demək olar ki eynidir, amma təsvir olunan “ölkələr” fərqlidir. Müasir Ermənistanın xəritəsi “Ermənistan – Arsax” birləşik dövlətinin xəritəsi kimi təsvir olunur və işğal ertdikləri torpaqlardan əlavə Xocavənd rayonunun və köhnə Şaumyan rayonunun Azərbaycanın nəzarətində olan hissələrini də “öz” xəritlərinə yerləşdiriblər, lakin ştrixlərlə Azərbaycan tətəfindən işğal olunmuş kimi göstərirlər. Xəritədə adlar üç dildə yazılıb, ermənicə, ingiliscə və azərbaycanca. Məsələn, ermənilər Gəncəni - “Qanzak” kimi, Yevlağı - “Ablah” kimi yazılıb.
Ermənliərin “qədim” xəritəsind isə Ağrı dağı, Urmiyə gölü, Van gölü, Göyçə gölü də daxil olmaqla Qara dəniz sahilindən 1-2 km aralı başlamaqla Kür boyunun sağ sahili ilə uzanaraq düz Xəzər dənizinə çıxır və dənizin bir xeyli məsafəsini də qarmalayaraq İran və Türküyə hüdudları da daxil olmaqla geniş bir ərazini tutur.
Sultan MƏRZİLİ,
Moskva.
- Yorum yapmak için giriş yapın