MOSKVADA GÖRÜŞ
23 sentyabrda Moskva şəhərində, Millətlər Evində Moskvada, günəşli və ilıq bir payız günündə "Şəhriyar" Ədəbi Mədəni Cəmiyyətinin təşəbbüsüylə AYB Mətbuat katibi şair Xəyal Rza və Türkiyədən İLESAN birliyinin başqanı şair Mehmet Nuri Parmaksızla çox gözəl və maraqlı bir ədəbi görüş oldu.
Görüşü tarix elmləri doktoru, Şəhriyar ƏMC-nin kordinatoru Əşrəf Hüseynli açdı, qonaqları salamlayaraq görüş iştirakçılarına təqdim etdi, onların yaradıcılığından geniş və ətrfalı məlumat verdi, şeirlərindən, həmçinin özünün və S. Mərzilinin şeirlərindən nümunələr oxudu. Bundan sonra Afaq Şıxlı, Sultan Mərzili, Mayya Bədəlbəyli, Nilufər Şıxlı, Yaşar Süleymanlı və başqalrı çıxış edərək qonaqları şeirlərlərlə salamladılar. Görüşdə iştirak edən Rusiyada Türkiyə diasporunun başqanı Yusif Şən də belə görüşlərin xalqlar arası qarşılıqlı anlaşma və dostluq üçün bir körpü olduğunu diqqətə çəkdi.
Abbas Alıyev və Nazim Qurbanovun sazla ifaları məclisə xüsusi av-hava verdi.
Görüşdə Moskva vilayətində fəaliyyət göztərən Azərbaycanlıların Milli Mədəni Muxtariyyəti təşkilatını təmsil edən Elşən İbrahimov çıxışında belə görüşlərin tez-tez keçirilməsinin vacibliyini və qarşılıqıqlı əhəmiyyətini qeyd etdi. Həşim Əliyev Moskva vilayət höküməti və Rusiyanın federal hökümətinin milli mədəni fəaliyyət üçün nəzərdə tuduğu dövlət proqamlarında iştirak etmək üçün qqarşılıqlı əmkdaşlıq etmək təklifini irəli sürdü.
Sonra qonaqlara söz verildi.
Xəyal Rza “Şəhriyar” cəmiyyətinin gənc üzvü şair-tərcüməçi Nilufər Şıxlıya AYB üzvülük vəsiqəsini təqdim etdi.
Xəya Rza son illərdə AYB da görülən işlər, yeniliklər, layihələr, Mehmet Nurinin başqanlıq etdiyi qurumla əməkdaşlıq haqqında, kitab nəşri və kitab oxunması problemlərinə də toxundu. Sonra o, azərbaycanca və türkcəyə çevridə şeirlərini oxudu. N.Şıxlının tərcümə etdiyi erməni təcavüzüylə qətlə yetirilən 2 yaşlı Zəhraya həsr etdiyi təsirli şeirinin rusca tərcüməsi də dinlənildi.
Mehmet Nuri Türkiyədə yaratdıqları və başqanlıq etdiyi İlESAM haqqında, onun Azərbaycanla bağlı və başqa istiqamətlərdə fəaliyyətindən söhbət açdı, arıdan misal çəkərək, məqsədin təkcə bal deyil, çiçəkdən-çiçəyə qonmaq olu ki, insanın da zəhmətində elə işin təkcə nəticəsindən deyil, elə öündən də zövq almağı vurğuladı. Sonra geniş oxucu kütləsinin rəğbətini qazanmış əruz vəznində yazılmış"Kələbək ömrü" şeirini oxudu."
Sonda qonaqlar kitabalrını avtoqrafla poeziya sevənlərə hədiyyə etdilər.
Görüş qonaqlarla xatirə şəkillər çəkilsiylə, yenidən görüşmək ümidiylə başa çatdı.
- Yorum yapmak için giriş yapın