MOSKVADA POEZİYA FESTİFALI
Dekabrın 11 də Moskvada Millətlər evində "Şəhriyar" Ədəbi Mədəni Cəmiyyəti "Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı" fondu ilə birlikdə Moskvada yaşayan gənc azərbaycanlı şairlərin şeir festifalını keçirmişlər.
Göstərilən tədbirdə Rusiyanın müxtəlif regionlarında yaşayan iyirmiyədək azərbaycanlı gənc şairlər poetik istedadlarını sınamışlar. “Şəhriyar” Cəmiyyətininsədri Vasif Məmmədov iştirakçıları slamalayaraq “Şəhriyar” ƏMC haqqında onlara qısa məlumat vermiş və iştirakçılara uğurlar azrulamışdır. Münsiflər heyətinin sədri, “Şəhriyar “ ƏMC nin poeziya və nəsr üzrə katibi şair tərcüməçi Sultan Mərzili də iştirakçıları salamlayarq belə bir tədbirdə iştirak edən hər bir gəncin həyatında əlamətdar olacağını vurğuladı. Poeziya ilə əlaqənin yalnız bir tədbir çərçivəsində deyil, davamlı və uğurlu olmasını arzuladı. İlk dəfə keşirilən bu Poeziya festifalının təcrübəsi gələcəkdə tədbirin daha maraqlı olmasına zəmin olacağını qeyd etdi.
Tarix elmləri doktoru Əşrəf Hüseynli və şair Mayya Bədəlbəyli dəiştitakçıları salamlayaraq böyük sənətə gedən yolda onlara uğurlar arzuladılar.
Sonra gəncələr öz şeirlərini oxudular. Gənc istedadlar poetik düşüncələrini vəbacarıqlarını münsiflər qarşısında nümayiş etdirdilər. Nəhayət çıxışlar sona yetdi və münsiflər məsləhətləşərək qalibləri elan etdidlər.
1 yerə Radion Radionov;
2 yerə Salman Mehdiyev;
3 yerə Dilşad Zülfüqarova layiq görüldü.
Qaliblər diplomla və həriyylərlə mükaftlandırıldı.
Münsiflər həmçinin bir neçə iştirakçını, Nailə Əfəndiyevanı, Tural Nasiri, Sevinc Qurbanova və ən gənc iştirakçı, 5-ci sinif şagirdi Salman Salmanovu diplomla qeyd etdilər.
Sultan Məmmədov
- Yorum yapmak için giriş yapın