Nilufər
Moskva Şəhriyar ədəbi-mədəni cəmiyyətinin yeni üzvü
Bu günlərdə Moskvada yaşayan 21 yaşlı gənc şairə və yazıçı Nilufər Moskva Şəhriyar ədəbi Mədəni cəmiyyətinin üzvü seçilmişdir.
Qeyd edək ki, Nilufər, Rusiyada universiteti 20 yaşında bitirmiş və namizədlik dissertasiyası üçün aspiranturaya daxil olmuş ilk azərbaycanlı qızıdır. Bu hal bəlkə Azərbaycanda da az təsadüf olunan bir haldır.
Məlumat: Nilufər 1991-ci ilde Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1995 ildə, 4 yaşında ikən, Bakı şəhəri 12 saylı orta məktəbin birinci sinfinə getmişdir.
1999 ildə valideyinləri ilə birliktə Moskva şəhərinə köçmüşdür.
2006 ildə Moskva şəhəri 1937 saylı iqtisaydiyyat təmaüllü orta məktəbin nəzdindəki gimnaziyanı gümüş medalla bitirmişdir.
Həmin ildə Moris Torez adina Moskva Dövlət Dilçilik Universitetinin Humanitar və Tətbiqi elmlər fakültəsinə qəbul olmuşdur.
2011 ildə universiteti bitirərək həmin fakultənin aspiranturasına daxil olmuşdur.
Çoxsaylı şeirlərin və hekayələrin müəllifidir. Hal-hazırda iki roman üzərində işləyir.
Rəssamlıqla məsğul olur. Dörd xarici dil bilir.
- Yorum yapmak için giriş yapın