NOVRUZ BAYRAMINIZ MÜBARƏK OLSUN!
ƏZIZ SOYDAŞLARIMIZ VƏ HƏMVƏTƏNLƏRIMIZ!
Novruzun 21 martda bayram edilməsi min illərin tarixi hadisəsidir.Başqa şərq xalqlarındq olduğu kimi, Azərbaycanlılar da Novruzun gəlişini böyük həvəslə, tükənməz sevinclə və dərin məhəbbətlə qarşılamışlar. Sözün əsil mənasıda Novruz Bayramı düya xalqlarının ən gözəl bayramlarından biridir...
Çünki bu gün, təbiət öz fəsilləri arasında təhvil- təslim astanasında, daha doğrusu yazın ilk gününə salamla təşrif gətirir. Elə bu münasibətlə "Şəhriyar" ədəbi -mədəni cəmiyyətinin yaradıcı heyyəti Sizi səmimi qəlbdən təbrik edir, Sizə ailə səadəti, işlərinizdə uğurlar, süfrənizə isə daima firavanlıq arzulayırlar.
Arzularımızın ən böyüyü isə Azərbaycan torpaqlarının düşmən tapdağından azad olmasıdır. Bu yolda xalqımıza Allahdan nicat, millətimizə isə mübarizə və qüdrət diləyirik.
Şəhriyar ədəbi -mədəni cəmiyyətinin üzvləri adından cəmiyyətin sədri:
Vasif Məmmədov
- Yorum yapmak için giriş yapın