QUBADZADƏ İLQAR: BU DƏRƏNİN UZUNU ...(Bir mahnının iziylə)
Qarabağ döyüşlərinə könüllü getmiş və orada həlak olmuş qardaşım Mehmanın və bütün Vətən yolunda canindan keçmiş igid oğullarımızın xatirəsinə həsr edirəm.
1.
Algışlar!!! Təbriklər!!! Sevinc göz yaşlari!!!
Üç il “Avrovijin” müsabiqəsində rəngarəng, biri birindən gözəl mahnıları ilə bütün Qərb musiqi aləmini silkələyib, sonra isə dördüncü çixişı ilə müsabiqənin qalibi olan Azərbaycan müğənnilərinin bu müvəffəqiyyətləri heç də təsadüfi deyil. Başqa dildə oxunmasına baxmayaraq, bu mahnilarin seçimindən tutmuş, ifasına qədər olan hər bir hissəciyində böyük musiqi mədəniyyəti olan bir xalqin nəfəsi duyulur. Zəngin musiqi tarixi olan bu xalq yaşadığı sevinci də, çəkdiyi dərd-qəmi də öz mahnılarında canlandirir.Beşik başinda anaların laylası ilə başlayan, dağlarda - düzlərdə çobanlarin tütəyi ilə yayılan, toylarda aşiqlarin sazı-sözü ilə yaddaşlarda qalan Azərbaycan xalq mahnilari özlərində sehrli bir qüvvə gizlədirlər. Xalqımıza çətin günlərində dayaq, şad gunlərində qol-qanad olan bu mahnılar həyatın enişini – yoxuşunu bizim xalqımızla birgə keçib, bizim bu günümüzə qədər gəlib çıxıblar. Tarixin uzun yolları şübhəsiz ki, mahnilar üçün də itkisiz olmayib. Zəiflər tab gətirə bilməyib, sıradan çıxıblar.
Amma, ... əvəzində gəlib bizim dövrümüzə çıxanlar, əsl sənət incisi kimi illər keçdikcə daha çox rəğbət və məhəbbət qazanıblar. Özlərində, sözlərində babalarımızın, nənələrimizin ruhunu daşıyan, onların həyatindan söhbət açan bu mahnıların hərəsi bir almaz kimi bizim xalq folkloru xəzinəmizi daha da zənginləşdirib. Elə onlarin o qiymətinə görə də oğurluqda ad çıxarmış köçəri bir tayfa bizim qədrini bilmədiyimiz qiymətli çox şeyimizi oğurladığı kimi, bu mahnilarimiza da göz dikib. Bu mahnılardan biri barədə, mən deyərdim ki, ən gözəl musiqi incilərimizdən biri olan “Sarı gəlin” haqqında mən bəzi mülahizələrimi, onda gördüyüm bir sirri xalqımla bölmək istəyirəm. Bəlkə də, bəzi millətlərin “bu bizim mahnımızdir” deyib, istər – istəməz yenə də Azərbaycan dilində oxuduqları bu mahnı barədə mən səhv fikirdəyəm. Elə ona görə də öz həmvətənlərimlə, öz xalqımla, öz tariximizi, folklorumuzu sevən hər bir şəxslə dialoq aparmaq üçün bu mövzuya qoşuldum.
Əsrlərdən bəri əldən-ələ keçmiş, başı min bir bəlalar çəkmiş torpaqlarimizi geri almağa səsləyən, hər zəfərli döyüşdən sonra yaralı oğullarımızın yaralarını, uğursuz döyüşdən sonra isə analarımızın, dul qalmiş gəlinlərimizin qəlbini oxşayan “Sarı gəlin”...Xalqımızın bütün tarixi boyu keçdiyi yolu, ağrılı-acılı günlərini, Beyrəkle Banuçiçək məhəbbətini yada salan “Sari gelin”. Bu mahnıda olan ecazkar qüvvə hər bir azərbaycanlini uzaq keçmişə - Qaraca çobanın tonqallari başına, Qazan xanın ər məclisinə, Beyrəyin toyuna aparir. Göyçə gölünün ətrafındakı kəndlərdən Aşıq Alı ilə Aşıq Ələsgərin sazlarinin xoş avazini, xainlik qurbanı olmuş Şuşa qalasının yaralarini sarıyan Xan qızı Natəvanın Bakiya yönəlmiş həsrət dolu baxişlarini, Bülbülün Qarabağsız qaldığımız ilk günlərdən indiyədək daha qəmli səslənən “Sənsiz”ini, Koroğlunun başi pul saymağa qarışmış bu milləti oyada biləcək nərəsini canlandiran sehrli bir qüvvə var “Sari gəlin”də. Bu mahnının sehri həm də ondadır ki, məna etibarı ilə bir istəklinin öz sevgilisinə qoşduğu sadə bir mahnı olmasına baxmayaraq, bütöv bir millətin tarixi, qəhrəman oğulları, ismətli qızları, səfalı təbiəti,viran qalmiş obalari, itirdiyimiz dəyərləri haqqinda onlarin heç biri barədə bir söz belə açmadan dinləyiciləri onlar barədə düşünməyə vadar edir, onlarin qəlbində üsyan qaldırır.
2.
Üzdəniraq qonşularimizin dünyanın hər yerində nə ki yaxşı şey olsa onu “armyanski” adlandirmasi onların iç üzünü taniyan heç kim üçün sirr deyil. Onlarin bu yolla dünyada məşhur olmaq istəməsi yoluxucu bir xəstəlik kimi hər yerə yayılıb. Təbiətin füsunkar guşələrindən birində yerləşən Azərbaycan torpaqlarina XIX əsrin əvvəllərində qaçqın kimi gəlmiş, sonra onlar üçün ayrılan bölgədə bizə qonşu olmuş, indi isə onlara bağışlanılmış torpaqlarımızdan əlavə bizim yaşadığımız torpaqlarin da 20% -ni zəbt edərek, orada “1000 ilden artiq” yaşadiqlarını iddia edən bu “minnətdar” qonşular “böyük ermənistan” xəstəliyini bütün ölkələrə ”это наше армянское” virusu ilə yaymaq istəyirlər. Əlbəttə, bu yoluxucu xəstəliyin mənbəyi Azərbaycanın bir hissəsi olub, indi “ermənistan” adlandirilan sahəsində olduğundan, o xəstəlikdən ən çox zərər çəkən elə məhz məcburi qonşuluqda olan Azərbaycan xalqidir. Bizim ləziz dolmamıza, bastırmamıza “это наше аррмянское национальное блюдо” damğasi vuran bu həyasız koçərilər torpaqlarımızı almaqla yanaşı ruhumuzu da almaq istəyirlər.Ruhumuzun basılmazlığını görən hiyləgər düşmən başqa alçaqlığa əl atır. Ruhumuza qida verən musiqimizi “arrmyanski” virusu ile zeherlemek isteyir. Onlarin məqsədi odur ki, nə vaxtsa Koroğlunun, Babəkin, Nəbinin ve başqa minlərlə qəhrəmanlarımızın analarının oxuduqlari mahnılarımıza “arrmyanski natsionalnı pesnya” deyib bizi o mahnılardan iyrəndirsinlər, bununla da əcdadlarımızla olan ruhi və mənəvi əlaqələrimiz kəsilsin. Musiqi alətlərimiz kamança və balaban da “arrmyanski” damğası alırlar. Balabanı “armyanskiy duduk” adlandiran bu hazıra nazırlərin neçəsindən soruşmuşam ki, “duduk sözünün haradan yarandığını deyə bilərsənmi?” - hələ bir cavab verəni olmayıb. Təkcə biri məndən soruşdu ki,”bəs sən özün bilirsən nə deməkdir?” Dedim: “tək mən yox, lap bapbalaca azərbaycanlı uşağı da bilir. Çünki, bu onun dilinin sözüdür”. Düzdür, mən ona demədim ki, onu “silahlandirmayım”, amma ona qandırmaq üçün elə ürəyim uçurdu ki, “axı sənin o köntöy dilində “-ük” şəkilçisi yoxdur. Sən bədbəxt haradan biləsən ki, bu sadəcə olaraq ona üfürülən nəfəsi alətin özündə çevirdiyi səsin xalq arasında olan adıdır.”Düü-düü”, -”düdüləyən”,- düdük”. (Yeri gəlmişkən, bizimkilərin də çoxunun nə məna verdiyini bilmədikləri, indi müasir ada çevrilmiş tütək, əvvəldən düdüklə eyni sözdən yaranmış düütdəkdir. Əgər səhv eləmirəmsə, ölməz Cəlil Məmmədquluzadənin fleyta haqqinda “yan düdüyü” adlı bir hekayəsi var. Qoy “yan” sözünü eşidən ermənilərin qulağı şəklənməsin, bunun onların familyalarina aidiyyəti yoxdur. Fleytanın quruluşuna əsasən onu ifaçı yandan ( yəni böyürdən ) üfürür. Bu da ona sübutdur ki, düdük heç cür başqa dilde danişan milletin ola bilmez. Qorunan yer qoruq, bölünən hissə bölük, hörülən saç hörük olduğu kimi “dü-dü”səsi çixaran musiqi aləti də xalqımız tərəfindən əvvəllər düdük adlandırılan balabandir. Odur ki, onun da kamança kimi (onun da adının nədən yarandığını onlar deyə bilmədilər), yaranmasının bu parazitik həyat yolu seçmiş “qonşularımıza” heç bir dəxli yoxdur. Musiqi alətlərimizi özününki elan edən bu məxluqlar bir çox xalq musiqi əsərlərimizi də özlərininkiləşdirmək üçün dəridən- qabıqdan çıxırlar. Onlarin anormal iki başlı ilana oxşayan bu cəhdlərinin iki məqsədi var. Birincisi – dünyaya özlərini dinc, mədəni millət kimi tanıtmaq və gələcək planlarında olan yırtıcılığın onlar tərəfindən törədildiyinin inanılmaz olduğunu göstərmək. İkincisi və əsası isə yuxarıda qeyd etdiyim kimi – bizi qəhrəman əcdadlarımızdan, zəngin tariximizdən ayırmaq, bununla da mənəvi və ruhi qidadan məhrum etmək və bu yolla bizi zəiflədib bizə qalib gəlmək. Babəki iranlı, Nizamini fars, Koroğlunu quldur adlandıran bu ilanbaşların məqsədi odur ki, biz özümüzü heç nəyə qadir olmayan bir millət sayaq və ruhdan düşərək itirdiyimiz torpaqlari almaq barədə fikirləşməyək. Bir az qəribə səslənsə də, mən belə bir qənaətə gəldim ki, bu vücudlar əvvəldən məhz Azərbaycan və ya türk xalqına qarşı düşmənçilik xəyalında olmayıblar. Onların milli parazitik xarakterinin əsas xüsusiyyəti ondadır ki, çox sayda yığışıb məskən saldıqları yeri özününki eləmək üçün əvvəl gündən siğindiqları xalqın tarixini, mədəniyyətini, adət-ənənələrini və əsasən də onun zəif cəhətini öyrənməyə başlayırlar. Onlar üçün fərqi yoxdur. Əgər onlar Azərbaycanda yox, deyək ki, Çində məskən salsaydılar ( yəni XIX əsrin əvvəllərində) onda belə deyərdilər: “Böyük Çin səddini məşhur erməni arxitektoru vartapert terpavartın (mötərizədə də ermənicə nə isə uzun uzadi bir yazı və mütləq tarix ) planına əsasən tikmişlər. İtaliyada olsaydılar belə yazardilar: “Leonardo da Vinçi (qaragün şartapartyan) tez-tez qədim erməni torpaqlari olan Neapola səfər edirdi”. Çinle İtaliyanın bəxti gətirib, Azərbaycana o bəxt nəsib olmayıb. Bir sözlə, onların xarakterinde olan acgözlük və çox məharətlə üstü yaltaqlıqla bəzədilmiş yırtıcılıq, düşdükləri hər bir yerdə ətrafdakılar üçün orqanizmdə yaranan “xərçəng” xəstəliyi kimi ölümcül təhlükə yaradır. Bu xəstəlik Azərbaycanın 1/5–ni iflic edib, indi orada insan yaşamır.
3.
Onların uşaqlarına az qala “mama” sözündən əvvəl öyrətdikləri “qenotsid” anlamını onlar elə özləri onlara qalmağa dam altında yer vermiş xalqa qarşı eləyirlər. Moskvada fed. təhlükəsizlik bürosunda işləyən bir tanışımla Trifonovskaya küçəsində hələ tikilməkdə olan və adı “novo-Naxiçevanskiy” qoyulan erməni kilsəsinin yanindan maşınla keçirdik. Aramızda belə bir dialoq oldu :
-Volodya, smotri kakoe mesto oni otxvatili.Tselıy kvartal.
-Da puskay stroyat.
-Tı dumayeş vı pravilno sdelali, pomoqav im v konflikte ? Oni teper zaxvatili Rossiyu.
-Da ladno, kak zaxvatili ?
-Kak? Po prinsipu Lenina. Kak on qovoril ? Çtobı zaxvatit vlast v strane, nujno pervuyu oçered zaxvatit banki, a potom teleqraf. Banki i tak u nix v rukax bıli, a teper yeşşo i neskolko zamov ministra finansov armyane. A çto kasayetsya teleqrafa, on seyças ne populyaren. Zato populyarno televideniye. A tam pereklyuçi lyuboy kanal, tam odin iz dvux veduşşix armyanin, a to i oba. Vot seyças stroyat etot tak nazıvayemıy sobor, i yeşşo ne zakonçili. Mnoqo ne qovoryu, let çerez sorok , kakoy to armyanskiy arxeolog tam naydyot tabliçku, na kotoroy napisano –“eta tserkov postroyeno v 1141 qodu”. Potom soberyotsya sovet uçyonıx i pridut k mneniyu, çto qorod Moskva stroilsya vokruq etoy tserkvi. Pridut k mneniyu, çto sledovatelno – eto drevnearmyanskaya zemlya. A toqda vozrazit uje budet nekomu. Potomu çto, vezde u vlasti budut oni.
-Neet. Takoqo ne budet. U nas yest taynaya ustanovka, çto iz druqix natsiy, osobenno kavkazskix, k vlasti vışe opredelyonnoqo urovnya ne puskat.
(mən gülə-gülə dedim) : -- “A tı ne doqadıvayeşsya , kto dal takuyu ustanovku ? Oni je –armyane. Çtobı druqiye kavkaztsı im ne meşali. A oni sami davno uje ne petrosyanı, ne mkrtçyanı – vse İvanovımi , Petrovımi stali.
Bir neçə gunden sonra , o mənə deyəndə ki,” Tı vo mnoqom bıl prav”, mən çox təəccübləndim. Axı bu sadece olaraq menim versiyam idi ki,belə ola bilər.
Mətndən aralandığım üçün üzr istəyirəm. Bəli, məni bu məqaləni yazmağa ”Sari gəlin”in sözlərində mənim diqqətimi cəlb edən bir sirr vadar etdi.Yəqin ki , “Sarı gəlin” onu nə qədər sevdiyimi görüb sirrini mənə açdı. İnternetdə neçə-neçə müğənnilərin ifasında səslənən, neçə-neçə erməni tərəfindən korlanan bu mahnının necə yaranmasi barədə hərə bir şey yazır. Uşaqlıqdan vurğunu olduğum “Sarı gəlin”i internetdə onu oxuyan bütün müğennilərin ifasinda dinləmişəm. İki bənddən ibarət olmasına baxmayaraq böyük bir məhəbbət poemasını özündə yerləşdirən o müqəddəs mahnını təhqir etməmək üçün bircə erməni dilində qulaq asmıram. Düzdür, bir dəfə səbrimi basıb, içimi yeyə-yeyə qulaq asdım ki, görüm o kələkötür dildə bu cür inci necə səslənəcək. Gözlədiyim kimi də oldu, hər “vart”, “part” sözdən bir azerbayjan dilinden söz işlədirdilər.”Sarı”..., “ceyran”..., “maral”..., sonra da ...(!?) “neynim aman, aman”.
“Neynimə bax ey!!! “Sarı”nı “sar” deyə-deyə yazırlar ki, o söz onlarda da var. Mahnının orijinalında olmayan “ceyranı”, “maral”ı da deyək ki, onlar öz dillərinə əvvəllərdən qəbul ediblər. Bəs bu “neynim”i hansı darvazadan keçirmək olar? Erməni nə qanir ki,”neynim” sözü “neyləyim” sözünün qısaldılmış formasıdır. Ömrü boyu oğru, hiyləgər olmuş bu məxluqlar gənə kimi bu mahnıdan yapışmasaydılar onlar barədə heç söz açmağa da dəyməzdi. Amma,neyləyəsən ? Neynim aman , aman, Sarı gəlin?
4.
İndi keçək mahnının təhlılınə, onun indiyəcən açilmamış sirrinə. İnternetdə müxtəlif müğənnilər tərəfindən oxunan “Sari gəlin”in hər bir variasiyasından sonra onlarla kommentarilər yazilir. Əsasən tərif və təşəkkürlərdən ibarət olan bu kommentarilərin müəllifləri hərdən mahnının yarandığı yer, tarix və səbəblər barədə maraqli versiyalar yazırlar. Məsələn bir türk bu “türkünü” ərzrumlu bir gəncin vurulduğu bir xristian qızına bəstələdiyini iddia edir. Bizim müğənni Abbasın çəkildiyi klipdə isə XV əsrdə Konstantinopolu alan türk qoşunlarının sıralarında vuruşan bir azəri əsgərinin sari saçlı bizans gözəlinə qoşduğu mahnıdır.Ümumiyyətlə, hər bir versiyada mahnının yaranmasının əsas xüsusiyyəti olaraq onu vurğulayırlar ki, Sarı gəlin ya sarı saçli qızdır, ya da ki sarı paltarlı. Sarı saçlı olduğuna görə onu əsasən başqa millətin nümayəndəsi kimi qələmə verirlər. Yəni əsas maraq doğuran söz, mahnının “izyuminka”sı -“sarı” sözunü hesab edirlər
Amma... Bir nəfər də olsun “gəlin” sözü barədə bir söz yazmayıb. Bu məni çox maraqlandırdı. Axı nəyə görə “gəlın”? Düzdür, qıza ona vurulmuş oğlan tərəfindən “sarı qız” demək bəlkə də düzgün çıxmazdı, amma, “sarı gözəl ki, demək olardı. Bizim, dünyanın bir çox dilini bəzəyən zəngin söz xəzinəmizdə biri birindən gözəl minlərlə sözün içində o qıza yaraşan bir söz tapılmadımı ki, o ərə getməmiş qıza gəlin dedirlər ? Azərbaycan qadınlarının ən gözəl xüsusiyyətlərindən biri – toylarından bir gün də , on il də keçməsindən asılı olmayaraq bir - birinə gəlin deməsi mənə həmişə anamı xatırladan şirin bir uşaqlıq xatirəsi kimi gəlir... Bir dəqiqə !!!
...Toylarından keçmiş ...Toya qədər yox.
Mahnının bəzi variasiyalarında itən bir misraya sizin diqqətinizi cəlb etmək istəyirəm. “...qoy anan ölsün ay sarı gəlin”. Gəlin bu misranı təhlil edək. Şübhəsiz ki,nə qədər əzazil ana olsa da, heç bir qız öz anasının ölümünü istəməz. Ona görə də onu sevən oğlan heç vaxt cürət edıb qıza onun anası barədə belə deyə bilməz. Bu ancaq bir halda ola bilərdi ki,(o da çox inanılmazdır) qızın oğlana məhəbbəti o qədər güclüdür ki,o özü də onu müəyyən səbəblərə görə bu oğlana verməyən anasının ölümünü istəyə. Ancaq bu bizim xalqımızın milli xüsusiyyətinə əsasən öz sirrlərini bir biri ilə bölən, bir birinə tək ana –bala yox, həm də rəfiqə olan qadin və qızlarımıza heç cür tətbiq oluna bilmədiyi üçün, variant kimi də baxıla bilməz. Bəs oğlan necə,əsrlərlə yaşayan bir mahnı qoşmuş olduğu sevgilisini onun anasının ölümünü arzulamaqla dərdə salmaq istəyərdimi ? Məncə yox. Bu yerdə mətndən bir az aralanıb oxucunun diqqətini eyni dilli, müxtəlif ləhcəli xalqımızın bu mahnını oxuduğu iki variantına cəlb eləmək istəyirəm. Bildiyimiz kimi Azərbaycanımızın bir sıra rayonlarında anaya “nənə” deyirlər. Ona görə də özündə dərin, mahninin məğzini dəyişə biləcək bir sirr gizlənən misranı bəzi müğənnilər belə oxuyurlar –
“...goy nənən ölsün, ay sarı gəlin”
Bu misralara fikir verin, bəlkə mənə bu sirrin açarı kimi gələn sözü siz də eşidəsiniz :
-“...qoy anan ölsün, ay Sari gəlin”
-“...qoy nənən ölsün ay Sarı gəlin”
İndi sizə açacağım bu sirrin açarını bir də yoxlamaq üçün vikipediyada Sari gəlin yığıb nəticəyə baxdım. Kaş baxmayaydım. Çox savadsız bir nəfər tərəfindən rus dilinə səhvlərlə tərcümə olunmuş bu musiqi cəvahirimiz Azərbaycan dilində burada müzakirəyə qoyulmuş o iki misrasız yazılmışdı. Bu boyda səhv eləmək olmaz axı! Kim ona ixtiyar verib ki, el tariximizi əks etdirən bir mahnını necə gəldi yazib müzakirəyə qoysun ? Yeri gəlmişkən, yandeksdə olan “perevodçik na azerbaydjanskiy” hansisa bir vicdansız tərəfindən nalayiq sözlərlə doldurulub. Axı nəyə görə bizim dilimizi təmsil etmək belələrinə tapşırılıb ? Onu yazaq onlarin vicdanına, özümüz isə keçək mahnının əsrlərdən bəri gəldiyi yollarda itirdiyi bir sözə. O sözə ki, o Sari gəlinin statusunu dəyişib nəhayət ki, sirri bizə açır. Mən bayaq “anan” və “nənən” sözlərini boş yerə yazmamışdım. Yaddan çıxarmayın – söhbət gəlindən gedir, qızdan yox. İndi fikir verin:
-“...qoy anan ölsün,...”
-“...qoy nənən ölsün...”
-“...qaynanan (el arasında –“qaynənən” ) ölsün, ay Saı gəlin”.
“Qaynənən ölsün”.
“Ana-bala”, “bacı-qardaş”,”ər-arvad” anlamları kimi cütlükləri - daha doğrusu indi daha modda olan sozlə desək - “tandem”ləri götürsək, “gəlin” sözünün tandem yaradan ən keçilməz ikinci tayi “qaynana” sözüdür. Açar rolunu oynayan söz illərdən illərə keçərək “qoy anan” və “qoy nənən” şəklini almış “qaynana” sözüdür. Deməli Sari gəlin öz təravətini itirməmiş, cavan ikən dul qalmış, qaynanası ilə yaşayan çox güman ki, sarışın bir gözəldir.
5.
Əlbəttə, bu ancaq mənim fikirləşdiyim bir versiyadır. Bütün versiyalar kimi bu da yaşamaq ixtiyarına malikdir. Onun əsasında mənim bu mahnıya vurulmuş ürəyimin istəyi ilə beynim belə bir ssenari yazır :
“Ucqar dağ kəndinə sari saçlı gözəl bir qızı zor gucunə qaçırıb gətirən, elə də cavan olmayan bir “dağ qartali” (məsələn, Cahandar ağa yaşlarında) bir neçə gundən sonra dağda ov edərkən ona hücum edən ayını öldürsə də, aldığı yaralardan özü də bir neçə gündən sonra dünyasını dəyişir. Sevginin nə olduğunu başa düşməyə macal tapmamiş dul qalan sarişin gözəl qaynanasinin nifrətinə məruz qalır. Oğlunu itirmiş qarı gəlinin ayağınin ağır olmasını ona bağışlaya bilmir, ona gəlin kimi yox, qul kimi baxır. Gəlinin çəkdiyi bu zülmü görən gənc çoban imkan olduqca ona kömək edir. İllər keçir. Onların arasında olan bu səmımıyyət qarşılıqlı məhəbbətə çevrilir. Gəlinin adına pis söz gəlməsini istəməyən çoban qizi qaçırmır, atası -anası olmadığına görə el adəti ilə kəndin ağsaqqallarını qarının qapısına elçi göndərır. Bir yandan oğul dərdi, bir yandan da belə bir qul kimi işləyən qızı itirmək qorxusu qarını onlara rədd cavabı verməyə vadar edir –“Nə qədər ki, mən sağam, mənim gəlınım mənımlə qalacaq,”- deyir. Sabahı gün qızdan şübhələnən qarı onun su dalınca getdiyini görüb, özü də xəlvətcə onun dalınca bulaq başına gəlir. Gəlinin göz yaşlari axa-axa , tər bənövşəni üzüb saçina taxmağının , həyəcandan titrəyən barmaqları ilə sinəsinə atdığı saçını hörərək, sonra saçın ucunu hörə-hörə çobana qarının hökmündən gileylənməsinin şahidi olur. Dağlar qoynunda böyümüş şair təbiətli çoban dərdli-dərdli gülümsünərək oxuyur:
“Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər.
Sənı mənə verməzlər,
Qaynənən ölsn, ay Sarı gəlin.”
Sonra çoban onu sakitləşdirərək ürək-dirək verir. Sevgililər qərara alırlar ki, şər qarışanda qaçıb kənddən getsinlər, xoşbəxtliyə qovuşsunlar. Bunu eşidən qarı heç nə demədən evə gəlir. Gəlin evə girən kimi qaynanası qapı-pəncərələri bağlayır, o gündən gəlini çölə buraxmir. Neçə gündür yarını görə bilməyən, qarı tərəfindən el içində rüsvay olunmuş çoban, sürünü kənddən uzaqda yerləşən uzun bir dərəyə sürür, dərdini dağlara-daşlara danışır. Arxada qalıb anasini tapa bilməyən bir quzunun mələməyi çobanı kövrəldir. O quzunu sürüyə tərəf gaytarıb yanıqlı-yanıqlı oxuyur :
“Bu dərənin uzunu,
Çoban qaytar quzunu.
Nə ola bir gün görəm
Nazlı yarin üzünü.”
P.S. Əlbəttə, mən o vaxtlar yaşamamışam və bu ancaq bir versiya olaraq qalir. Amma, hər “Sarı gəlini” dinləyəndə mənə elə gəlir ki, həmin o dağ kəndini də, ondan xeyli aralı olan uzun dərəni də əl içi kimi görməyə imkan verən bir qayanın üstündəyəm. Oradan dərədə oturub başını çomağa söykəyib dərdli-dərdli oxuyan çobanı görürəm. Dönüb kənd tərəfə, qarının evinə baxıram. Qapı-pəncərə bağlıdır. Tarixi və hadisənın gedişini dəyişməyə nə səlahiyyətim, nə də ki,qüdrətim olmadığından,mənə ancaq ümid eləmək qalır ki, əsrlər keçib indiyədək qəlblərdə, dillərdə yaşayan “Sarı gəlin” qarının da qəlbinə yol tapıb.
7 Oktyabr 2011- ci il.
- Yorum yapmak için giriş yapın