VLADİMİR FİRSOV. HƏYATİ VƏ ŞEİRLƏRİ
Görkəmli Rus sovet şairi Vladimir İvanoviç Firsov 1937-ci ilin aprelində Smolensk vilayətinin Zabolotye kəndində anadan olub. 75 il ömür sürüb. Ədəbiyyat İnstitunu bitirib. Yaradıcılığa şeirlərində təbiət və sevgi motivlərindən başlayıb, zamanla şeirlərində vətəndaş mövqeyi, fəlsəfi mənalar dərinləşib. Yaradıcılığa erkən yaşlarında başlayan Vladimirin ilk şeiri 10-cu sinifdə oxuyarkən 16 yaşında “Komsomolskaya pravda” kimi nüfuzlu bir qəzetdə dərc olunub.
Lirika ilə şərə qarşı vətəndaş barışmağzlığının belə bir vəhdətində mövqe tutan şair 60-cı ilin ortalarında Moskvadan xeyli kənarda Rusiyanın məşhur dini ocaqlarından sayılan Serqiev Posad şəhəri yanında Semxoz qəsəbəsinsdəki bağ evində məskunlaşıb. Burda vətənsevər “radonejçilər” ədəbi dərnəyini yaradıb. Bu rusiyanın yaradııcı ziyalılarının bir-birinə qarşı sərt qarşıdurmaları dövrü idi. Bu zaman artıq iki cərəyan aydın seçilirdi: vətənpərvərlik və kosmopolitlik. İkincilər bir qayda olaraq qərb yönümlü olmaqla realizmə “modern-avanqardçılğı” qarşı qoyurdular. Vladimir Firsov poeziyada ənənəvi dəyərlərinin qoruyanların önündə gedənlərdən idi.
Müharibədən sonrakı dövrdə yaşayan şairin şeirlərində uşaqlıq xatirələri, kənddən şəhərə axınnla kəndlərin boşalıb dağılması ağrı-acısı, vətənpərvərlik duyğuları, fəlsəfi mənalandırma, düşüncə mühüm yer tutur. Onun şeirlərində həyata fəal münasibətindən yaranan dərin sətiraltı mənalar var.
Firsovun yaradıcılığı ənənvi rus poeziyasının ən yaxşı xüsusiyyətlərini özündə birləşdirib, o poetik sözün əsl peşəkarlarından biridir, şeirdə bəsit nəsihətçilikdən uzaq, aydın fikirlərini poetik ustalıqla ifadə edə bilmək bacarığı var, canlı dilin incəliklərindən yarınmaqla bədii obrazlar aləmi yaradır. Ona görə də onun şeirləri təsirli və oxunaqlıdır. Misraları aforizmlər kimi yaddaqalandır.
Şeirlərdən əlavə şair bir neçə poema da qələmə almışdır. Onlardan “Ölməzlik Respublikası”, “Əsrlərin gözüylə”, “İldırımlar üstünə qalxanlar” kimi poemaları var. Bu əsərlərində şairin vətən sevgisi, onun müqəddəsliyinə bağlılığı, vətəndaş mövqeyi, şərə qarşı yorulmaz mübarizəsi duyulur. Kəskin ruhlu şeirlərində vətəni sevməyənləri qamçılayır. Hələ ötən əsrdə şairin bəsirət gözü bir qərinəlik öncədən gələn bəlaları görürdü və xəbərdarlıq edirdi.
Firsovun şeir və poemalarında vətən sevgisi, ata-babaların qoyduğu ənənyə hörmət və ehtiram, öz tarixinə bağlılıq,“sivil” Qərbin qarşısında ikiqat əyilənlərə, öz yurdunun şərəfini qorumayanlara qarşı nifrəti qırmızı xət kimi keçir. O, özünü ədəbiyyatda görkəmli rus şairi Aleksndr Tvardovskinin davamçısı hesab edirdi.
80-cı illərdə “Drujba” jurnalını redktoru olan Firsov Rusiyada sovetlərin tarixində ilk dəfə olaraq çar ailəsinin öldürülməsi araşdırılan tarixi materialları, həmçinin çar ailəsinə çox yaxın təsiri olan şəxslərdən biri, Qriqoriy Rasputin haqqında materiallar vermişdi.
Vladimir Firsovun yaradıcılığı bir sıra mükafatlarla qiymətləndirlib. Onun yaradıcılığı Lenin Komsomolu mükafatına, Rusiya Federaiyasının dövlət mükafatına, Rusiya Dövlət mükafatına (2009) və s. layiq görülmüşdür.
Moskvda aprelin 27 də keçirilən Vladimir Firsova həsr olunmuş xatirə gecəsinə dəvət olunanlardan biri də mən idim. Ədəbi-bədii xatrə gecəsini tanınmış rus şairi, tərcüməçi və Firsovun istedadlı tələbəsi Vladimir Latıninin açdı. Firsovu əsl şair, vətəndaş mövqeyi olan rus ziyalısı kimi təqim edən Vladimir Latınin Firsovun həm də bir gözəl insan, müəllim, ustad olduğunu vurğuladı. Gecədə şairin dostları, şeirsevənlərlə birlikdə, “Vityaz” yeniyetmə gənclər birliyinin nümayəndələri də iştirak edirdilər. Şairin ilham pərisi, həyat yoldaşı Lüsya xanım da məclisdə iştirak edirdi. Rus poeziysını görkəmli nümayəndələrindən biri olan Firsovun yaxınları, dostları və pərəstişkarları onun yaradıcılığından bəhs etdilər, xatirələrini söylədilər. Şeirləri oxundu, sözlərinə bəstələnmiş mahnılar səsləndi.Gecədə şairin ölümüdən sonra Voronej şəhərində nəşr olunmuş “Qryaduişciy son” (Gələcək yuxu”) adlı kitabını təqdimatı oldu.
Öz layiqli övladlarının xatirəsini yad etmək, unutmamaq, gəlcək nəsillərə tanıtmaq doğrudan da Rus xalqına böyüklük verən xüsusiyyətlərindəndir.
Vladimir Firsovun şeirlərindən nümunələri öz tərcüməmdə oxuculara təqdim edirəm.
Sultan Mərzili,
“Şəhriyar” Ədəbi Mədəni Cəmiyyətinin poeziya və nəsr üzrə katibi, Moskva.
Vladimir FİRSOV
AĞCAQAYIN
Nədir, ağcaqayınım?
Bilirəm ki, soyuq
Küləkdən titrəyirsən...
Göz yaşını silərəm,
Əzizim, sən istəsən.
Sən meşədən uzaqda,
Yol üstə dayanmısan.
Hər zaman –
Yayda, qışda,
Beləcə tək-tənhasan.
İnsanın da başına
Belə gəlir taledən.
Həyat isə dövr edir,
Qalmayır get-gəlindən.
PƏRVANƏ
Miz üstündə titrəyən
Şamın odunu görüb,
Qondun əllərimə sən
Qanadlarını gərib.
Ey ilahi qüvvənin
Qüdrətindən yaranmış.
Şam sönsün, əllərimin
Istisiylə yan, alış.
Uyub dünya həddinə
Uzaq işığı seçdin.
Qanad açaraq yenə
Iz də qoymadan uçdun.
Uç ey əziz pərvanəm!
Çox qısadır bu həyat.
Gecələr hər işıq, şam,
Sığıncaq olmur, heyhat!
***
N.və S.Çibiryayevlərə
Hamıya yaramırsan,
Yaramaq da gərəkməz.
Dünya təlaşdadır nəsə satmağa,
Amma mənim üçün bu eyləyər bəs,
Gül açan, gül solan vaxta çatmağa.
Və bir də gələcək o meyvələri
Əllərim toxunub oxşasın bir az.
Paxıl insanların dərdi, kədəri,
O uzaq, o xoşbəxt anlara çatmaz,
Dincələr, ürək də ağrısı tutmaz.
***
Bizdən əzəl də
Sevgidən yazılıb.
Bizimlə də
Sevgidən yazılır.
Bizdən sonra da
Yazılar,
Təki ürəkdə qanı
Eşqin odu isidə.
Əsil məhəbbət olsa,
Dünya onu
Eşidər!
***
Yağışları sevirəm,
Göylərin maviliyini də.
Hərdən güclüyəm mən,
hərdən zəifəm.
Şikayət etmirəm,
Hələ ki yenə də,
Yazılır necə var, bu ömür səhifəm.
Kim eşidər sənin şikayətini?!
Yaşayıram, anlayıran özüm də.
Hər kəsin,
Öz qayğıları var,
Hər kəsin
Dərdi öz gözündə...
Hər kəsin
Oz dərdi, göynəyi.
Evinin çölü,
Evinin içi,
Rus məsəli var belə,
Canayaxın köynəyin.
Olur hərdən uğurun,
Məğlub çağın da olur.
Gülməyin,
Sevinməyin,
Ağlamağın da olur.
Hər kəsin öz ağrısı,
Dərdi-səri, dəmi var,
Məhəbbəti, sevgisi,
Sevinci var, qəmi var.
Nə qədər bənzəsə də
Bənzərsiz aləmi var.
İnansa da dostuna,
Hər kəsin öz dilində,
Söhbəti, şübhəsi var.
Bənzərsizdir insanlar!
Deyirəm, xoşbəxtlikdən,
Bir kibrit qutusunda
Çöpə bənzəmir onlar!
Yenə deyirəm bunu,
Hamını birləşdirən
Bir sözün olduğunu.
Nə təzədir, nə boyat,
Necə olur, qoy olsun,
O söz bu sözdür, “həyat!”
Deyir dostum da mənə:
- Möhkəm dur, geri qalma,
Həyatdır, zəif olma....
İKİ GÜNƏŞ
Lüsyaya*
Hər kəsəin cüt günəşi var,
İkincini görə bilsə.
O dağların arxasında
Qırx ilədək mürgülüsə.
Çətin illər
Ötüb keçər,
Uçub gedər sonsuzluğa.
Qürubu da udar gecə
Qaranlıqlar düşən çağla.
Ey taleyim, ey sevglim,
Sən doğuldun pəncərəmdən.
Səni gərək günəş bilim,
Mənim üçün doğuldun sən!
Sinəmdə bir diləyim var
Qoy bitməsin bu səhərim.
Əssə tufan, yağsa da qar,
Şəfəqlənsin xoş nəzərin.
Günlər ötər, illər ötər,
Dərd qəmi var çoxdan, azdan.
Sən nur çilə, bizə yetər,
Zülmət qaçar aramızdan.
Cüt günəşin var öz yeri,
Gah sevincdə, gah da qəmdə.
Pəncərəmdən baxar biri,
Biri sənsən, ürəyimdə!
*Şairin həyat yoldaşı
HAÇA
Uzaq,
qədim keçmişlərdən
Müqəddəs Rus,
Nələr çəkmiş, yaşamışdır!
Alıb haçanı çiyninə,
Necə ağır bir yük kimi
Əsrlərlə daşımışdır!
Aparır bu doğma nəhəng
Haçasını,
Pak vicdanla açacaq o
Müqəddəlik qapısını.
Nə ağırdı!
Amma yenə gücü çatar,
Tanrı buyurduğu yola
Yetmək üçün gümanı var!
O çatacaq məqsədinə,
Açılır yolların pası.
Çünki onun üstündədir, -
Məryəm Ananın duası!
- Yorum yapmak için giriş yapın