GÜNDƏM
UKRAYNADAKI ŞEİR SİMPOZİUMUNDA AZƏRBAYCAN POEZİYASI GECƏSİ Bu günlərdə iştirakçısı olduğum Krımda keçirilən “Voloşin sentyabri “ 10-cu beynəlxalq şeir simpoziumu ədəbiyyatın hələ də ölmədiyinin və hələ də şeirə bağlı insanların var olduğunun birbaşa təsdiqi idi. Dünyanın müxtəlif ölkələrindən gəlmiş, məsafələrə, yollara baxmadan yalnız Poesiya adlı bir ocağın işığına toplaşmış yüzdən artıq şairlə bir arada olmaq, həvəslə etdiklәri çıxışları eşitmәk vә onları böyük bir ilgi ilә dinlәyәn sәnәtsevәrlәri görmәk, insana həyatın hər bir məhrumiyyətini və acısını unutduracaq bir güc verirdi. 23/09/2012 - 12:31 - Oxunub: 1,697 |
|
Рамиль Сафаров помилован указом Президента Азербайджана Dovlət rəmzimiz olan Azərbaycan bayragini ozunun seref ve ləyaqeti hesab edən və onu təhqir etmiş cinayətkar erməni zabitini qetlə yetirən - xalqimizin qeyrətli oglu Ramil Səfərov Azərbaycan prezidenti və Ali Baş komandanı İlham Əliyev cənablarının sərəncamı ilə azad edilib. Nəhayət ki, o, bu gün Vətənindədir ! Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: I. 1977-ci ildə anadan olmuş, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən azad edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti 01/09/2012 - 10:42 - Oxunub: 1,618 |
|
“QÜRBƏTI KİMSƏ SEVMƏZDİ, ŞAİRLƏR YAZMADAN ÖNCƏ....” Qarşımda bir kitab var... özü də adı kimi gözəl olan – “Ayrılıq heykəli”! |
|
İranın Şərqi Azərbaycan vilayətində zəlzələ qurbanlarının sayı 306-a çatıb, üç mindən çox insan isə yaralanıb. Frans press agentliyi səhiyyə naziri Marzieh Vahid Dastjerdinin Parlamentin bazar ertəsi iclasındakı çıxışına istinadən yazır ki, həyatını xəstəxanada itirən qurbanların sayı təxminən 50-dir. Üç mindən çox insan isə yaralanıb. Şərqi Azərbaycan vilayətinin rəsmiləri bazar ertəsindən ölkədə iki günlük matəm elan olunduğunu bildirib.Avqustun 11-i, İranın şimalında, Azərbaycan və Ermənistanla sərhəddə, dağlıq ərazidə 6.4 və 6.3 gücündə zəlzələ nəticəsində təxminən 300 min əhalisi olan region zərər çəkib.Zəlzələ nəticəsində İranın şimal qərbində 100-dən artıq yaşayış məntəqəsinin dağıdıldığı xəbər verilir. BBC Azəri 18/08/2012 - 11:58 - Oxunub: 4,925 |
|
“Mən başqa ölkədə yaşasam da, ürəyim hər zaman Azərbaycanla döyünür” Nilufər Şıxlı : “Hekayələrimin və romanlarımın qəhramanları öz həmvətənlilərimdir” Müsahibim çox gənc olmasına baxmayaraq qürbət diyarda tanınan , sevilən yazıçı xanımdır. Yazılarında vətəni - Azərbaycanı tərənnüm etməkdən yorulmayan Nilufər Şıxlı 1991-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1995 ildə, 4 yaşında ikən, Bakı şəhəri 12 saylı orta məktəbin birinci sinfinə gedib. 1999-cu ildə valideynləri ilə birlikdə Moskva şəhərinə köçüb. 2006-cı ildə Moskva şəhəri 1937 saylı iqtisadiyyat təmaüllü orta məktəbin nəzdindəki gimnaziyanı gümüş medalla bitirib. Həmin ildə Moris Torez adına Moskva Dövlət Dilçilik Universitetinin Humanitar və Tətbiqi elmlər fakültəsinə qəbul olunub. 2011-ci ildə universiteti bitirərək həmin fakültənin aspiranturasına daxil olub. Çoxsaylı şeirlərin və hekayələrin müəllifidir. Hazırda iki roman üzərində işləyir. Eyni zamanda rəssamlıqla məşğul olan gənc xanım dörd xarici dil bilir. 01/07/2012 - 22:00 - Oxunub: 1,978 |
|
“Bu, bizim şərəfimiz və fəxrimizdir” Əşrəf Hüseynli: “Azərbaycan, artıq, bütün dünyada qəbul olunur, onun dövlət siyasəti, dövlət rəhbəri şərəflə tanınır” - Mən on iki ildən çoxdur ki, Azərbaycandan uzaq ölkələrdəyəm. Avropanın və Şərqin bir sıra ölkələrində olmuşam. Rusiyanı özümçün ən münasib ölkə seçdim. Bunun da səbəbləri var. Mən təbiətcə elə bir adamam ki, əgər bir millətin dilini, mədəniyyətini mənən dərk edə bilmirəmsə, ora mənim üçün qəfəs timsalındadır. Mən fars və ərəb dillərinə yaxın olmağıma baxmayaraq, həmin ölkələrdə də özümü rahat hiss edə bilmədim. Rusiya isə keçmiş Sovetlər məkanına daxil olan bir məmləkət kimi, mənən mənim düşüncələrimə daha yaxındır. Bir sözlə, biz bu məkanda böyüyüb boya-başa çatmışıq. Milliyyətindən, dinindən və dilindən asılı olmayaraq həmin məkanda, coğrafi birlikdə yaşayan nəsillər bir-birini daha asan başa düşürlər, nəinki avropalılar, ərəblər və farslar. Lakin burada bir qürbət sözü var. Siz həmin sualı yerində işlətmisiniz. Əlbəttə, Vətən dediyin məfhum insanın ana beşiyidir, anasının anasıdır. Böyük şairimiz Abbas Səhhət daha gözəl deyib : Vətəni sevməyən insan olmaz, Olsa ol şəxsdə vicdan olmaz. 29/06/2012 - 22:03 - Oxunub: 2,844 |
|
"DAK Azərbaycanın mövqeyini lazımi səviyyədə müdafiə edir" Dünən Dünya Azərbaycanlıları Konqresi (DAK) Birlik Qurultayına Hazırlıq Təşkilatı Komitəsi Belçikanın paytaxtı Brussel şəhərində baş tutmuş qurultayla bağlı mətbuat konfransı keçirib. Konfransda DAK-ın idarə heyətinin üzvü Səttar Rəhimli, DAK-ın fəxri sədri, Böyük Britaniyada Edinburq Universitetinin fəlsəfə elmləri doktoru Qulamrza Səbri Təbrizi, DAK- ın yeni seçilmiş sədri Mirəşrəf Fətiyev, Azərbaycanın İrandakı keçmiş səfiri Əlyar Səfərli, DAK-ın idarə heyətinin üzvü Cavad Derəxti və digərlərı çıxış ediblər. 28/05/2012 - 20:39 - Oxunub: 1,851 |