PUBLİSİSTİKA
ÇINGIZ ABDULLAYEV: “QIZLAR DRONQONU MƏNDƏN ÇOX SEVIRLƏR...” Tanıdığım tək-tük müəlliflərdəndi ki, yaratdığı qəhrəmanını qısqanır. Bunu yalnız bütün güclü adamlar kimi özünə gülməyi və incə yumoru ilə ətrafındakıları da güldürməyi bacaran müəllif – Xalq yazıçısı Çingiz Abdullayev edə bilər: “Oxucularım, xüsusilə də qızlar Dronqonu daha çox sevirlər, nəinki məni. Buna görə də Dronqonu qısqanıram”. Təbii ki, şərti qısqanmadır, düşünürəm ki, bu, çox uğurlu müəllifin daxili iftixarından doğan bir etirafdır. Axı özü də əksər müsahibələrində vurğulayır ki, yazıçı təvazökar olmamalıdır, hər bir yazan istəyir onu oxusunlar. Və o, bu arzusuna çatıb. 13/07/2014 - 10:46 - Oxunub: 1,090 |
|
VASIF MƏMMƏDOV - SEVGI TƏŞNƏSI Möhtərəm poeziya həvəskarları ! Hamınıza yaxşı məlumdur ki, SSRİ adlı möhtəşəm bir dövlət dağıldıqdan sonra, xırda məmləkətlər müstəqillik əldə edib, özəl həyata qədəm qoydular. Bütün bunlarla bərabər iqtisadiyyatda çətinlik və gərginliklər yaranmağa başladı. Elə məhz həmin gərginliklər müxtəlif millətlərdən olan insaları təsbeh muncuqları kimi, dünyanın dörd bir tərəfinə səpələdi. Onlardan biri də bizlərik. . . 21/06/2014 - 10:57 - Oxunub: 1,202 |
|
Dr. İsaxan İSAXANLI: AFAQ ŞIXLI DÜNYASINA BAXIŞ... 2011-ci ilin avqust ayı idi. Afaq xanımın yenicə işıq üzü görmüş “Səni düşünürəm” adlı şeir kitabının şərəfinə onların bağ evinə yığışmışdıq. İstedadlı şair Elman Tovuzun yazdığı ön sözü vərəqləyərək “Belə şeir kitabına ön söz müəllifi olmaq hamıya nəsib olmur, təbrik edirəm”, - dedim və Afaq xanımın əlimdəki kitabı ilə yanaşı, hələ mövcud olmayan gələcək kitabının şərəfinə badə qaldırdım. “Onda sıradakı kitabımın ön sözünü sən yazacaqsan”, - deyən şairə, o xəyali kitabın heç də xəyali olmadığına işarə etdi. |
|
“BURDAN KƏLBƏCƏRƏ ELƏ YAXINDI…” Şair Nəsib Nəbioğlunun 60 illik yubileyinə!Afaq Şıxlı |
|
Afaq ŞIXLI: SEVGI - ELƏ MÖCÜZƏDİR! Bəzən özümdən soruşuram: “İndiki zamanda bizi nəylə təəccübləndirmək mümkündür, görəsən?” |
|
Afaq ŞIXLI: “YAZI” HAVASI Qələm dostumuz Qulu AĞSƏSİN 45-ci doğum gününə... “ - Ədəbiyyatda sevmədiyim janr – novelladır. Sonu gözlənilməzliyə aparır. Vaxt ıitirib oxumuram. ...Həmişə zarafatcıl, söz altda qalmayan, gözlənilməzliklərlə dolu bir insan var. |
|
Gəncə-Qazax yolunda Nazim Hikmətdən nə istədilər? Nazim Hikmətin Azərbaycan səfərindən bəzi qeydlər... Gecə vaxtı, zil qaranlıqda Ulduzsuz, ağır dənizə qədər Günəşli buğda zəmisidir Bakı şəhəri Təpədəyəm. 21/04/2014 - 11:17 - Oxunub: 1,157 |
|
Südabə SƏRVİ: SÖZÜN OBRAZI (Faiq Hüseynbəylinin şeirləri haqqında) Təxminən 10 il qabaq ilk dəfə Yazıçılar Birliyində rastlaşdım onunla. Yadımdadır ki, atası şair Bilal Alarlı ilə birlikdə gəlmişdi. Faiq yenicə çapdan çıxmış kitabını bağışladı mənə. O vaxt Faiqin cəmi 20 yaşı olsa da, bu, onun sayca ikinci kitabı idi. Öyrəndim ki, yaradıcılığa hələ uşaqlıq yaşlarından elə uşaq şeirləri ilə başlayıb. |
|
QADINLARA QADINDAN... Bəzi qadınların səbirsizliklə gözlədiyi, bəzilərinin isə laqeydliklə qarşıladığı bayram gəlib. İndi yazacağım adi kəlmələr olacaq, hamımızın bildiyi, hamımızın gördüyü. Amma ürəyimdən gəlib və yazmaya bilmirəm. |
|
Afaq ŞIXLI. GÖYLƏR ŞAİRLƏRİNDİ! Qələm dostum FƏRQANƏ MEHDİYEVAya, Vətənimdən qürbətə dönərkən, yüküm kitab olur hər zaman - dostlarımın hədiyyə etdiyi və öz seçib aldığım kitablar... Bir yana baxanda, bundan gözəl nə ola bilər ki?! - Hər bir kitab onu yazanın ən əziz könül varıdır, bu sarıdan, mən özümlə əzizlərimin əziz tohfələrini götürürəm qürbətə. Onlardır, qışı bitib tükənməyən məmləkətdə mənə qüvvət verən, isindirib yaşadan. |
Səhifələr
- « первая
- ‹ предыдущая
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
- следующая ›
- последняя »