PUBLİSİSTİKA
Yaradıcı ziyalılarımız Rusiyadakı Azərbaycan diasporasının həyatında mühüm rol oynayırlar Moskva şəhərində fəaliyyət göstərən “Şəhriyar” Ədəbi-Mədəni Cəmiyyətin sədr müavini, şairə Könül Ordubadlı Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvü kimi dost ölkədəki Azərbaycan diasporunun mədəni həyatında çoxsaylı tədbirlərin müəllifinə çevrilib. Son dövrlər xaricdə fəaliyyət göstərən Azərbaycan diasporunun tərkib hissəsi olan Rusiya azərbaycanlıları daha da təşkilatlanmış, mütəşəkkil qüvvəyə çevrilmişdir. 24/12/2011 - 13:04 - Oxunub: 1,812 |
|
Əşrəf Hüseynli: Sözün pərvanəsi Yazı masamın üzərində "Səni düşünürəm..." adlı bir şeir toplusu vardır. Həmin toplunun müəllifi şairlər torpağında dünyaya göz açmış, varlığı, qəlbi və həyatı sözün və şeiriyyətin sehrindən güc almış şairə Afaq Şıxlıdır. 22/11/2011 - 10:13 - Oxunub: 1,902 |
|
Əşrəf Hüseynli: Ana Tərtər (Əliş Əvəz poeziyası haqqında düşüncələr) Əziz gələm dostumuz Əliş Əvəzin Moskvadakı “Karpov” nəşriyyatında çapdan çıxmış şeirlər kitabı belə adlanır. Gözəl Azərbaycanımıza əsrarənglik, əlvanlıq və füsünkarlıq gətirən Tərtər çayı Əliş Əvəzi öz axarlığı, lacivərd gözəlliyi ilə hələ uşaq yaşlarından məftun etmiş, böyüyüb yaşa dolduqca onun həssas qəlbini poetik duyğularla cilalamiş və ona kükrək ilham bəxş etmişdir. Məhz həmin yaşarı ilham Əliş Əvəzə kəsərli qələm vermiş, onu çağdaş Azərbaycan poeziyasına töhfə etmişdir. 16/09/2011 - 12:55 - Oxunub: 2,662 |
|
Əliş Əvəz - 55! Qarabağ nisginli şair Təbrik edirik! 30/06/2011 - 11:11 - Oxunub: 1,928 |
|
Sözün, vətənin və millətin nəcib təəssübkeşi – İlham Bədəlbəyli Bu yaxınlarda eşitdim ki, Moskvada yaşayan, bizimlə bərabər qəribliyin yükünü çiyinlərində daşıyan qələm dostum, həmkarım tanınmış Azərbaycan şairi İlham Bədəlbəylinin rus dilində “Paradoksı” adlı yeni şeirlər kitabı çapdan çıxıb.Zəng edib dostumu təbrik elədim, mənim kitab payımı göndərməyini bildirdim. Bir neçə gün keçdikdən sonra İlham Bədəlbəyli kitabın bir nüxsəsini uzun-uzadı yazdığı avtoqrafıynan mənə verdi. 20/04/2011 - 19:55 - Oxunub: 1,737 |
|
Vasif Məmmədov: Rafiq Qurbanov Fenomeni “Hər xalq öz ictimai tarixinin gözəl səhifələri ilə, insan mədəniyyətinin xəzinəsinə bəxş etdiyi incilər, hadisələr, verdiyi böyük şəxsiyyətlər və dühalarla qanuni olaraq fəxr edir.” - Səməd Vurğun. Xalqımızın yetirdiyi böyük şəxsiyyətlərdən biridə 67 il ömür sürüb, bu dünyadan vaxtsız gedişi ilə hamımızı intizarda qoyan, gözəl insan, ləyaqətli vətən evladı Rafiq Qurbanovdur. O, dünyanı dərk etdiyi vaxtdan həyati problemləri, yaşadığımız cəmiyyətdə baş verən bütün obyektiv gerçəklikləri filosof gözləri ilə görə bildi. 14/06/2011 - 13:10 - Oxunub: 3,828 |
|
Nəsib NƏBİOĞLU: Qürbətdə keçən ömür ktyabr ayının 25-də Moskvada yaşayan həmyerlimiz-yazıçı, kinodramaturq, tarix elmləri namizədi Əbdül Hüseynovun 85 yaşı tamam olur |
|
Vasif MƏMMƏDOV: Ölməz sənətkar Nədənsə mili muğam ifaçılarımızın sənət yoluna nəzər saldıqda, bir sənətkarın ruhu qarşısında dinləyici kimi özümü borclu sayıram. O, muğamlarımızı müqəddəs bilən, ilk gündən ömrünün sonunadək onların ölməzliyini qoruyub saxlayan, səsinin təbii məlahətində muğam gözəlliyi və səlisliyi duyulan böyük sənətkar idi. Əvvəldən axıradək Allah vergisi olan səsini xaric nəfəslərdən hifz edən, ifaçılıq sanbalını həmişə saxlayan, ana südü kimi saf, təmiz xalq muğamlarımızı mühafizə edib həssaslıqla yaşadan, xalqın ürəyində yaşayan bir sənətkar ölməzdir. 20/04/2011 - 19:52 - Oxunub: 3,061 |
|
Əşrəf Hüseynli: BİR ADDIMLIQ ÖMÜR.. Şair Sultan Mərzilnin müxtəlif illərdə qələmə aldığı və 2006-cı ildə Bakıda nəşr olunmuş şeirlər kitabı belə adlanır. Fizikadan lirikaya gələn həmin bir addımlıq ömür minillik Azərbycan ədəbiyyatı xəzinəsinə dəyərli bir şeirlər kitabı töhfə etmişdir. Qarabağın dilbər guşəsində dünyaya göz açan Sultan Mərzili misilsiz Azərbaycanımızın sanki bütün gözəlliklərini və füsünkar təbiətini elə uşaqlıqdan qəlbinə köçürmüş və həmin əsraəngiz təbiət də ona həyatda coşqun ilham, şairlik bəxş etmişdir. 20/04/2011 - 19:50 - Oxunub: 8,271 |
|
Əliş Əvəz: Qədim türklərdə Şaxta Baba obrazı və yolka kultu Miladi tarixi ilə yeni ilin bayram edilməsi bütün dünyada xristian bayramı kimi qəbul edilməsinə baxmayaraq, onu əsasən müsəlman olan türkdilli xalqlar da bayram edirlər. Əslində bu bayram hazırda milad təqvimindən istifadə edən bütün xalqların bayramına çevrilmişdir. 20/04/2011 - 19:48 - Oxunub: 9,584 |
Səhifələr
- « первая
- ‹ предыдущая
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
- следующая ›
- последняя »