İranın Şərqi Azərbaycan vilayətində zəlzələ qurbanlarının sayı 306-a çatıb, üç mindən çox insan isə yaralanıb.
Frans press agentliyi səhiyyə naziri Marzieh Vahid Dastjerdinin Parlamentin bazar ertəsi iclasındakı çıxışına istinadən yazır ki, həyatını xəstəxanada itirən qurbanların sayı təxminən 50-dir. Üç mindən çox insan isə yaralanıb. Şərqi Azərbaycan vilayətinin rəsmiləri bazar ertəsindən ölkədə iki günlük matəm elan olunduğunu bildirib.Avqustun 11-i, İranın şimalında, Azərbaycan və Ermənistanla sərhəddə, dağlıq ərazidə 6.4 və 6.3 gücündə zəlzələ nəticəsində təxminən 300 min əhalisi olan region zərər çəkib.Zəlzələ nəticəsində İranın şimal qərbində 100-dən artıq yaşayış məntəqəsinin dağıdıldığı xəbər verilir. BBC Azəri
- Prezident İlham Əliyevin göstərişi ilə İrana göndərilən humanitar yardım təhvil verilib
- Millət vəkili Qənirə Paşayeva zəlzələylə əlaqədar Təbrizə səfər edib
- Daha bir Azərbaycanlı olimpiya çempionu mükafatını zəlzələ qurbanlarına bağışladı
Prezident İlham Əliyevin göstərişi ilə İrana göndərilən humanitar yardım təhvil verilib
Prezident İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyi tərəfindən İran İslam Respublikasının zəlzələdən zərər çəkmiş bölgəsinə göndərilən humanitar yardım bu ölkənin Qızıl Aypara Cəmiyyətinə təhvil verilmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyi tərəfindən İran İslam Respublikasının zəlzələdən zərər çəkmiş bölgəsinə göndərilən 25 avtomobildən ibarət humanitar yardım İran Biləsuvarında bu ölkənin Qızıl Aypara Cəmiyyətinə təhvil verilmişdir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, humanitar yardıma 3000 ədyal, 1000 yataq dəsti, 460 çadır, 40 ton un, 20 ton düyü, 9 ton çay, 10 ton qənd, 19 ton yağ, 10 ton makaron, meyvə şirələri, içməli su və digər zəruri ərzaq məhsulları daxildir.
Millət vəkili Qənirə Paşayeva zəlzələylə əlaqədar Təbrizə səfər edib
Millət vəkili bildirib ki, o, Güney Azərbaycanda zəlzələdən zərər çəkmiş insanlarla görüşüb: “Təbrizdəki Baş Konsulluğumuzda oldum, onlar da zəlzələdən zərər çəkənlərə əllərindən gələn yardımı edirlər. Qardaş-bacılarımız Azərbaycanın bu cür duyarlılığını, dərhal yardım təklif etməsini yüksək qiymətləndirirlər. Bu, hamımızın acımızdı, nə fərqi var o tay, bu tay”.
Q. Paşayeva deyib ki, zəlzələ nəticəsində 300 nəfərin həyatını itirməsinə, 3000-dən artıq yaralı olmasına baxmayaraq, İranın bütün ərazisində matəm elan olunmaması məyusluq yaradıb: ”Sadəcə, Şərqi Azərbaycan əyalərində matəm elan olunub. Bu nə münasibətdir, anlamıram. Türkiyədə gələn yardım da geri qaytarılıb. Baxmayaraq ki, həmin bölgədə insanların yardıma ciddi ehtiyacları var. Amma yardımdan imtina edilib və geri qaytarılıb”.
Daha bir Azərbaycanlı olimpiya çempionu mükafatını zəlzələ qurbanlarına bağışladı
London Olimpiadasında qızıl medal qazanan İran güləşçisi, milliyətcə azərbaycanlı olan Hamid Mohammad Sourian qazandığı mükafatı Güney Azərbaycanda bir neçə gün əvvəl baş vermiş zəlzələdən ziyan çəkmiş soydaşlarımıza bağışlayıb.
ANN.Az-ın verdiyi xəbərə görə, yunan-Roma güləşçisi Hamid Mohammad Sourian 55 kq çəki dərəcəsində finalda məhz Azərbaycan təmsilçisi Rövşən Bayramovu məğlub etmişdi. Londondakı Azərbaycan “derbisi”nin nəticəsində Rövşən gümüş, Hamid qızıl medal qazanmışdı.
Qeyd edək ki, iki gün əvvəl İranın yunan-roma güləşi üzrə 96 kiloqram çəkidə olimpiya çempionu, miliyətcə azərbaycanlı Qasem Rezai də qızıl medala görə pul mükafatını Güney Azərbaycanda zəlzələdə zərər çəkənlərə yardım fonduna bağışlamışdı.
- Войдите, чтобы оставлять комментарии