RUS ŞAİRİ SERQEY KARATOVLA GÖRÜŞ
Yanvarın 29 – da “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin kollektivi tanınmış rus şairi Serqey Karatovla yaradıcılıq görüşü keçirmişdir. “Bakinskiy dvorik” kafesində baş tutan bu görüşün aparıcısı tarix elmləri doktoru, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiyasının üzvü, şair Əşrəf Hüseynli idi.
Gecədə Abbas Ağdabanlı, Vasif Məmmədov, Rövşən Əliyev, Muza Həsənovna, Əvəz İbayev və b. iştirak edirdilər.
Gecəni giriş sözü ilə “Şəhriyar” cəmiyyətinin təsisçilərindən biri və görüşün təşəbbüskarı, şair Mirabbas Ağdabanlı açdı. O, əvvəlcə şair Sergey Fyodroviç Karatovu və o cümlədən “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin təsisçilərindən biri Rövşən Əliyevi anadan olmaları günü münasibətilə səmimi qəlbdən təbrik etdi, onlara can sağlığı və yaradıcılığ sahəsində uğurlar arzuladı. Mirabbas Ağdabanlı sözünə davam edərək dedi ki, mən şair Sergey Karatovu 2013 cü ildən tanıyıram və keçən bu tanışlıq müddətində bizim aramızda yaranan yaradıcılıq əlaqələri gündən-günə möhkəmlənmiş və nəticədə səmimi bir dostluqa çevrilmişdir.
Mənə aydın olan bu olmuşdur ki, Sergey Fyodroviş sözün əsl mənasında mehriban xislətə, dərin düşüncəyə, etibarlı dostluğa və yüksək mədəniyyətə malik olduğu kimi, həm də güclü ilhama və həssas qəlbə sahib bir şairdir. O mənim iyirmidən yuxarı şeirlərimi Azərbaycan dilindən rus dilinə tərcümə etmişdir. Məhz onun tərcümələrindən sonra dərk etdim ki, Sergey nəinki, öz şeirlərinə, o eyni zamanda tərcümə etdiyi başqalarının şeirlərinə qarşı da olduqca diqqətli və tələbkardır. Bəli, bizim Əşrəf müəllimlə, şairə Afaq Şıxlıyla və Sergey Karatovla olan ardıcıl yaradıcılıq görüşlərimiz və səmimi münasibətlərimiz son nəticədə dərin dostluğa gətirib çıxardı. Bu gün Sergey Fyodroviç “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin ən yaxın dostlarından və tərcüməçilərindən biridir. Ona görə də mən bir daha səmimi qəlbdən ona möhkəm can sağlığı və yaradıcılığ uğurları arzulayıram. Abbas Ağdabanlı qısa təbrik sözlərindən sonra görüş iştirakçıları üçün çap olunmuş kitabından “Allahdı bilən” rədifli və başqa şeirlərini söylədi.
Gecənin aparıcısı Əşrəf Hüseynli də öz növbəsində şair dostu Sergey Karatovu və Rövşən Əliyevi ürəkdən təbrik etdi, onlara can sağlığı və ailə səadəti, yaradıcılığın keşməkeşli yollarında müvəffəqiyyət arzuladı. Təbrik nitqindən əlavə o, “Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış” rədifli şeri əzbərdən söylədi.
Sonra, o yazdığı şeirlərindən bir neçəsini oxumaq üçün şair Sergey Karatova söz verdi. Karatov əvvəlcə görkəmli Azərbaycan şairi Məmməd Araza həsr etdiyi şeirini və sonra da “Çiçəklər” adlı son günlərdə yazdığı şeirini məclis iştirakçılarına oxudu.
Aparıcı növbəti dəfə çıxış üçün sözü “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri, publisist Vasif Məmmədova verdi. Vasif Məmmədov ilk növbədə Sergey Karatovu və Rövşən Əliyevi döğum günləri münasibətilə qəlbən təbrik etdi, onlara həyatın qəmsiz və kədərsiz günlərini, ən fərəhli anlarını arzu etdi. Cəmiyyətin sədri sonra sözünə davam edərək qeyd etdi ki, “Şəhriyar” ədəbi-mədəni cəmiyyəti təkcə 2016 cı ildə cəmiyyət üzvlərinin əsərlərindən ibarət səkkiz kitab nəşr etdirə bilmiş və yadda qalan xeyli tədbirlər həyata keçirə bilmişdir. Təsadüfü deyil ki, ardıcıl tədbirlərin və çalışqnlığın nəticəsidir ki, cəmiyyətin üzvü olan şairlərdən Əşrəf Hüseynlinin, Afaq Şıxlının, Əliş Əvəzin, Sultan Mərzilinin, Maya Bədəlbəylinin, Yaşar Süleymanlının, Abbas Ağdamanlının və eyni zamanda “Şəhriyar” cəmiyyətinin yaxın dostu Sergey Karatovun əsərləri nəinki Rusiya məkanında, eyni zamanda Ukraynada, Azərbaycanda, Qazaxıstanda, Almaniyada və qardaş Türkiyədə nəşr olunan məşhur jurnallarda və qəzetlərdə çap olunmuşdur. Əlbəttə, bütün bunlar bizi sevindirməyə bilməz. Ona görə də mən öz adımdan bu gün burada iştirak edən və iştirak etmək imkanı olmayan “Şəhriyar” cəmiyyətinin bütün üzvlərini ürəkdən təbrik edir, onlara yorulmaz ürək, yüksək ilham və iti qələm arzulayıram.
Keçirilən görüşdə iştirak edən Rövşən Əliyev görüş iştirakçılarını səmimi qəlbdən təbrik etdi, cəmiyyətin yarandığı günlərdə gərgin proseslərdən, çətinliklərdən və sonrakı inkişafından söhbət açdı. Sonra o bildiyi bir neçə şeiri əzbərdən söylədi.
“Şəhriyar” cəmiyyətinin təsisçilərindən biri Əvəz İbayev də gecənin belə şən və səmimiyyətlə keçməsindən məmnun olduğunu bildirdi və eyni zamanda M.Ə.Sabirin əsərlərindən bir neçə şeirləri əzbərdən söylədi.
Görüşün sonunda aparıcı Əşrəf Hüseynli gecənin təşəbbüskarı Abbas Ağdabanlıya səmimi təşəkkürünü bildirdi və qeyd etdi ki, hazırda “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin ədəbi-bədii şurası tərəfindən “Ədəbi-bədii musiqili gecə” başlığı altında şəhər miqyaslı tətbir hazırlanır və yəqin ki, yaxın günlərdə biz hamımız həmin tədbirin iştirakçısı olacağıq.
“Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin mətbuat katibliyi
VIDEO
FOTO
- Войдите, чтобы оставлять комментарии