Xatirə: Şəhriyar” cəmiyyətinin yaradıcısı və həmsədri, fəlsəfə elmiləri doktoru, professor Rafiq Qurbanov (Rafiq Sarıvəlli)
Əziz həmvətənlərimiz!
Bu gün 11 iyun 1937 –ci il tarixində görkəmli alim- filosof, böyük humanist, rusiya Azərbaycanlılarının yaxın dostu, “Şəhriyar” cəmiyyətinin yaradıcısı və həmsədri, fəlsəfə elmiləri doktoru, professor Rafiq Qurbanov (Rafiq Sarıvəlli) anadan olmuşdur.
Rafiq Osman oğlu Qurbanov 1937 –ci ildə Bakı şəhərində anadan olub. 1953-cü ildə 199 saylı orta məktəbi qızıl medalla, 1960 cı ildə Bakı dövlət Universitetini əla qiymətlərlə bitirib, 1960-1961 – ci illərdə Azərbaycan EA – nın Kimya institunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1961-1964 – cü illərdə SSRİ EA- nın təbiət elmləri şöbəsinin fəlsəfə bölməsinin aspiranturasında təhsilini davam etdirib.1964-1969-cu illərdə Azərbaycan EA – nın Fəlsəfə və Hüquq institunda, 1970-1999- cu illərdə Rusiya EA – nın Fəlsəfə institunda işləyib.1969- cu ildə namizədlik, 1989- cu ildə isə doktorluq dissertasiyalarını müdafiə edib.1994 – 1996 – cı illərdə Türkiyənin Bursa şəhərindəki Uludaq Universitetində mühazirələr oxuyub. M.Lomonosov adına MDU-də, Moskva Fizika və Texnika institutlarında dərs deyib. Moskva Dövlət Pedoqoji Universitetində doktorluq dissertasiyası üzrə müdafiə şurasının üzvü olub. ABŞ fəlsəfə və hüquqşunaslar cəmiyyətlərinin üzvü olmuşdu. Moskvada “Şəhriyar” ədəbi ictimai məclisinin yaradıcısı və rəhbəri,Azərbaycan Yazıçılar birliyinin, eyni zamanda Beynəlxalq Jurnalistlər ittifaqının üzvü olmuşdur.
200 – dən artıq elmi işin, habelə “Fizikada fəlsəfi əlaqələr kateqoriyası” monoqrafiyasının müəllifidir.
2004 – cü il dekabrın 7 – də Moskvada vəfat edib.
- Войдите, чтобы оставлять комментарии