MOSKVADA, AZƏRBAYCAN DIASPORUNUN MƏDƏNI MƏKANI SAYILAN “BAKI” KINOTEATRINDA “HEYDƏR ƏLIYEVIN AZƏRBAYCAN MÜSTƏQILLIYININ INKIŞAFINDA VƏ MÖHKƏMLƏNMƏSINDƏ ROLU” ADLI TƏDBIR KEÇIRILDI.
Ümumrusiya Azərbaycan Konqresi, Azərbaycan Slavyan Gənclər Assosasiyasının Rusiya nümayəndəliyi və Azərbaycan Mədəniyyətinin İnkişaf və İntibah Fondunun təşkilatçıliğı, İnteraz telekanalının informasiya dəstəyi ilə təşkil olunan gecə Azərbaycan və Rusiya dövlət himnlərinin səslənməsi ilə başladı. Sonra müstəqilliyimiz haqqında film nümayiş edildi.
ASGA-nın rəhbəri Səbuhi Abbasov tədbir iştirakçılarına ulu öndərimiz Heydər Əliyevin şəxsiyyəti, onun Azərbaycan tarixindəki rolu barədə məlumat verdi.
ÜAK-nın içraci direktoru İlqar Haciyev isə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan üçün, Azərbaycan xalqı üçün böyük əməyindən danışdı. Heydər Əliyevin gənclərə həmişə dəstək olduğunu vurğulayan içraci direktor, Heydər Əliyevlə Azərbaycan müstəqilliyi kəlmələrinin bir fiadə olduğunu xatırlatdı.
Tədbirdə, həmçinin, Rusiya federasiyasında fəaliyyət göstərən azərbaycanlılar da ASGA tərəfindən mükafatlandırıldı. Belə ki, 6000 dən çox gənc, Kütləvi İnformasiya vasitələri və qeyri-hökmət təşkilatları arasında aparılan sorğunun nəticələrinə görə, Azərbaycanın Rusiya federasiyasındaki səfiri Polad Bülbüloğlu “İlin səfiri” adına, Ümumrusiya Azərbaycan kongresi və şəxsən İçraci direktor İlqar Hacıyev “İlin dispor təşkilatı” adına layiq görüldülər. Azərbaycançiliğın Rusiyada yayılmasına görə Azərbaycan mədəniyyətinin inkişaf və intibah fondunun rəhbəri Şəmil Tağıyev, İnformasiya dəstəyinə və göstərilən təşkilati yardıma görə İnteraz Telekanalının redaktoru İqbal Rüstəmov və ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev mükafatlandırıldılar.
Tədbir çərçivəsində artiq bir aydır ki, davam edən “Heydər Əliyevin Azərbaycan müstəqilliyinin inkişafı və möhkəmlənməsində rolu” adlı müsabiqənin yekunları da açıqlandı. Müsabiqədə iştirak edən 200-ə yaxın gənc arasında birinci yerə - Ümumrusiya Azərbaycan Konqresi saytının baş redaktoru və Rusiya Hamı Üçün internet portalının redaktoru - gənc jurnalist və yazar Nilufər Şıxlı layiq görüldü. Gənclərə Heydər Əliyev fondu və ASGA tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olundu.
Tədbir bayram süfrəsi arxasında qeyri-rəsmi formada davam etdirildi.
- Yorum yapmak için giriş yapın