RAMAZAN BAYRAMINIZ MÜBARƏK!
Əziz müsəlman qardaş və bacılar!
Bir aylıq orucluq müddətindən sonra müsəlmanlar bu gün orucluq ayının son gününü başa vuraraq, təntənə ilə bayram etdilər. Müsəlman şəriət qanunlarına görə ramazan (ərəbcə - əs səum) ayı ay təqviminə görə 30 gün davam edir və şəriət qaydalarını yerinə yetirmək üçün nəzərdə tutulan bütün pəhrizlərdən istifadə etməyi tələb edir. Bu məqamlarına görə müsəlman pəhrizləri xiristian və digər dini qanunlardan fərqli olaraq hər cür yemək, içmək və digər təlabatları ciddi surətdə qadağan edir. Pəhrizlər ayı hesab edilən Ramazan ayı İslamın qanunlarına (fərdlər) daxil olan ən mühüm qanunlardan biri olub Allah tərəfindən müsəlmanlar üçüün göndərilən təkzibolunmaz qaydadır.
Böyük Rusiyanın ərazisində yaşayıb işləyən 20 milyondan çox müsəlman qardaş və bacılarımız Allahın müsəlmanlar üçün ənam olaraq məsləhət bildiyi Ramazan ayının bütün pəhrizlərinə ləyaqətlə əməl edərək, orucluq müddətini səbr və təmkinlə şərəfə mindirmişlər. Ramazan ayının pəhrizlər müddəti sona yetdiyinə görə Moskvada və o cümlədən Rusiyanın digər ərazisində yaşayan müsəlmanlar İyun ayının 25 – də Ramazan bayramını təntənəli şəkildə qeyd etdilər.
Bu münasibətlə Moskvada fəaliyyət göstərən “Şəhriyar” ədəbi- mədəni cəmiyyətinin bütün yaradıcı kollektivi müsəlman qardaş və bacıları səmimi qəlbdən təbrik edir, onlara Allahdan xöşbəxtlik, əminamanlıq, işlərində uğurlar və şəxsi həyatlarında daim təbəssüm və könül xoşluğu arzulayır. AMİN !
HÖRMƏRLƏ,
“Şəhriyar” Cəmiyyətinin yaradıcı kollektivi adından, cəmiyyətin sədri : Məmmədov V. T.
- Yorum yapmak için giriş yapın