Sultan Mərzili: “Mahnılar” - “Rəmiş qağa, tarı köklə, gitara dözməz...” ( hekayə)
- Ən səfeh adam bilirsiniz kimdi?
Kasıbı bura qatmayın! Kasıb ağılda varlıdan üstün də ola bilər. Bilirəm, deyəcəksiniz ki, əgər ağılı varsa - niyə kasıbdı? Cavabı Allah müsəlmanına çoxdan göndərib: elmi istə¬yənə, çalışana, var-dövləti isə öz istədiklərinə verir. İstəmək burada sevmək anlamında deyil, məsləhət bilin¬məkdir. İndi Allahı rahat buraxıb yenə xalqa tərəf üz tutaq. Bizim çoxbilmiş xalqın bir sözünü bir batman balla yemək olmur. Mənalar var hər sözündə! Elə bil zənginləşmiş urandı. Amma hələlik bunu da burada qoyaq sualımıza keçək.
Ən səfeh adamlar - dahilərdi! Dayanın, söhbət əsl dahilərdən gedir, yalançılardan getmr! Yalançı dahilər ağıllı adamlardır, onlar səfeh ola bilməz. Bir də var istisna dahilər – yalançı da deyil, səfeh də deyil, ağıllıdır, həm də istisna olaraq xalq da onun dahiliyini anlayır. Axı, adi adamı qınamalı da deyil, o öz adi ağlı ilə dahini necə anlasın?! İndi day spor eləməyin. Onsuz da mübahisənizin xeyri yoxdur, səs çoxluğunuz olmayacaq. Onda soruşun: Niyə? Uşaq vaxtı o saat cavab verə bilərdim, amma adam yaşlandıqca tormozlanır elə bil, hər şeyə düşünüb sonra cavab verməli olur, çünki cavabı verəndən sonra düşünsən, səni elə bir yerə aparıb qoyarlar ki, daha uzun müddətli düşünməli olarsan. Qorxutmuram, söhbədir, edirəm. Onsuz da vaxtında xoxan-xortdanlardan qorxu kisəmizi ağzınacan doldurmuşuq. Indi xırdalıyaq.
Niyə dahilər səfeh olsunlar ki?! Çünki, biz özümüz ən ağıllı adam kimi öz xeyrini güdənləri qəbul edirik, elə deyilmi? Ağlı varsa, hər şeyi pula çevirir! Havanı, suyu, torpağı, daşı-qayanı, hamısını pul edə bilir, satır qoyur cibinə, yerə basdırır, banka yatırır, nə bilək, min cürə təlabat var. Amma bu dahi bədbaxt, öz ağlını, qızıl kimi vaxtını, ömrünü-gününü düşünüb elə şeylərə sərf edir ki özündən başqa hamını faydalandırır. Bu ya çarmıxda zarı¬yır, ya xəstə düşüb dərmana pulu çatmır, ya da məsxərəyə qoyulur. Bu yaxınlarda, Sankt Peterburq şəhərində də canlı bir dahi peyda oldu, yəhudi əsilli rus alimi Qruqoriy Prelman. Bu adam elə bir çətin riyazi məsələni həll elədi ki, yüz il müddətində bütün dünya riya¬ziy¬yatçılarının gücü çatmayırdı. Özü də bu kəşfinə, yainki hünərinə görə Fransa Elmlər Aka¬demiyasının təsis etdiyi bir milyon dollarlıq mükafatdan imtuina etdi. Hətta ölkə padşahı dediki, a kişi get pulunu götür, az deyil ha, özü də kasıb oğlansan, ananın təqaüdü hesabına dolanırsan. Yenə getmədi. Getmək yox e, elə “hə” desə gətirib evində verəsiydilər, bəlkə qorxub ki, öldürərlər, can dünya malından şirindir ona görə, ya bəlkə daha vacib hesab etdiyi işləri varmış. Kim bilir. Halbuki, camaat beş manat üçün cib kəsir, adam bıçaqlayır, amma bu halalca milyon dollarından imtina edir. Onun həllni tapdığı tənlik zərrədən kai¬natın yaranması məsələsidi. Özü də bu adamayovuşmaz, kasıb oğlan belə bir atmaca atıb: “Zərrədən kainatın yaranması yolunu tapan adama nə mükafat düşər?” Məgər, bizim ağlı¬mızca, səfeh sual deyilmi? Və necə də belə səfeh adamlar dünyada var hələ? Deməli, dəmirin içinə kükürd, kömür qatıb döyüb polad edən kimi, dahilərin də ağlına bir az keçə yamamaq gərək əslində. Yəni, bir az dəlidən, biraz səfehdən, biraz bizim kimi ağıllılardan, bir az də bic-bəzzatlardan əxzlər gərəkmiş, yəni qırtdatmaq. Bunlar da sözümüzün canı deyil, bunlar hamısı sözü deməyə bəhanələrdi, yəni mahna-şahna. Görünür, köhnə kişilər bəhanəni mahnıyla, onu da Şahnaz üstündə nazlandıra-nazlandıra oxuyurmuşlar, ol səbəbdən belə olmuş! Klassiklərimiz demişkən.
İndi də burdan keçək mahnılara. Mahnı gözəl şeydir. Marksizm-Leninizm, yaxud cuhudizm-masonizmin dialektik baxımından, yaxud elə kəndçi baba yöndəmində kəllayı-dolayı baxımdan yanaşanda, görürsən ki doğrudan da insan sözü üzə düz deyə bilməyəndə mızıldanmalıdır. Mızıldananda utanmamaq üçün səsin avazını enririb-qaldırmalıdır, o bundan bir az cəsarət¬lə¬nəndə zəngulə və qünnələrə keçməlidir, və ilaxirə. Və-dən əvvəl vergül qoyulmur, amma mən bunu qoyuram, türkünməsəli, kim kimədir?! Bir vergüllk kef eliyək. Və belə bir kefikök halda mahnılarımıza keçək. Hələlik füşdüəksiz.
Qazanda hüquq təhsil içindən bişib çıxmış vəkil Lenin demişkən, siyasət doğrudan da çirkin şeydir, ha əl-üzünü yusan, ləkəsi düşəndə getmir. Atüstü onu da deyim ki, bu vəkil sonra bütün dünya kasıblarının Vəkili iddiasını zəbt eləmişdi. Yəni əslində hərəsindən birqəpik qopara bilsən, kasıbın kasıblığı sabitliyndə qalar, amma sən İsveçrədən belə gəzib, arxayın başla onun dərdinin əncam-çarəsi barədə düşünə bilərsən. Heç buna bülleten-mülleten gərək olmayıb. İndi bir məslə¬hət eləyirəm sizinən. Mən də Qarabağın vəkili statusunu özümə götürümmü, ya qoyum elə yerdə qalsın? Hələ dağlıq hissəsindən söhbət gedir.
Cammat, görən Sərkisyan qoyaar? Özümüzünkü¬ləri soruşmuram, bilirəm qoymazlar. Heç məni bu qulağımın dibindəki VAK- a çağıran yoxdur.Vsemirnıy Azərbayacanisqiy Konqress deməkdir. Rəhbərlərinin çoxusuynan görüçəndə öpüşürük, di gəl ki, bir toy iclasına çağıran yoxdur... Sağ olsunlar, bilirlər ki, əlim aşağıdır, nəmər salmaq imkanım yoxdu. Ona görə heç orda da Qrabağ dərdindən başqa hər şey danışılır. O səbəbdən də dünya Azərbaycanlıların yığncağında Dağlıq Qarabğdan dillənən olmur. Dillənənin də dili elə topuq vurur ki, mahnı oxusa ondan yaxşıdr. Şükürkü, bu sahədə səsimiz hələ batmayıb. Gəlin mahnı oxuyaq, şeir yazaq, şoular keçirək. Amma əvvəlcə yenə bir haşiyə çıxma¬lı¬yam. Vətəndən baş götürüb qürbətə üz tutduğum vaxt düz otuz üç ildir. Yəni ki, Həzrəti İsanın ömrü qədər bir zaman yoludur. Bu zamanda biz nələr görməmişik?!.. Bütün ictimayi təşkilatları, indi gur-guruldayıb dünyaya səs salmış, maşallah, inşallah, təşkilatların hamı¬sını rüşeym halında olanda görmüşük. Nə rüşeym, ləzgi demişkən, can qardaş, sperma halında olanda, mayalanma¬larını miroskopla müşahidə etmişik, kim həzz alıb, kim kimdən mayalanıb, ona kimi. Anato¬mi¬yaya keçməyək. Gözəlin göbəyinə baxanda içini, bağar¬saq¬larnı görəcəksənsə heç. Bu məsələni də burda yarımçıq qoyuram. Ümumiyyətlə, yarımçıq qoymaq bizim az qala milli xarakterimizdi. Sülh yarımçıq, müharibə yarımçıq, torpaq yarımçıq, xalq yarımçıq, yəni bu təhqir deyil haa, həqi¬qətdir, Güneyli-Qüzeyli, Qərbli, Köndələnli xalqım!.. Mız daha doğrusu, xalq bir adama məxsus ola bilməz...
Dağılmış Qarabağın şairi necə bir bayatı deməsin burda. Rəmiş qağa, tarı köklə, gitara dözməz:
Mən aşiqəm, yarm çıx,
Yarım bəzən, yarım çıx!
Baxt bizə kəm baxdı hey,
Qoydu belə yarımçıx..
Yetər bu şikayətlər! Gəlin şənlənək. Siaysəti-miyasəti bir yana ataq, qəşəng yarışlar, şoular keçirək. Gözəl avaroviziyon, yaxud yevroviziyon ərəfəsində. Qorxulu nağıllar kimi, hollivud filmiləri kimi kassadolduran şoular, çempionatlar. Qoy Ginnesin də atası yansın, anası da vayına otursun! Biz Qrandioznu, urus demişkən yarışlar keçirək. Məsələn, özünü asmaq, dostunu bıçaq¬lamaq çempionatı keçirək! Stadionlarda da yer qalmaz vallah, dünya axışıb gələcək, İspanların korridası qələtini qıracaq! Heyif, andıra qalmış, bu da siyasi məsələyə bənzədi. Ispaniya böhran ərəfəsindədir. Qafiyələndirsək, Tehran da böhtan ərəfəsində. Onda elə birbaşa mahnıya keçək:
- İrəvanda xal qalmadı!..- olmadı.
- Şuşanın dağları, başı dumanlı...- bu da yox!
- Mən gedirəm Ağdama, Muleyli! - elə bissimillah eliyəndə gördüm polis dəyənəyini silkələdi:
- Bura bax ə, korsan, görmürsən, atəşkəsdi?! - vaz keçdim.
- Şirvanın yolları, daşlı kəsəkli ...
- İndi də bohtana keçirsən?! O boyda xərc qoyulub, yol çəkilib gül kimi... Deyəsən şirvan¬ların sənə ağırlıq edir, bəri gəl görüm! - Yol məsələsində polis haqlıdır, qaçıb aradan çıxıram, əlüstü hesabla, idmandan bir-iki şirvanlıq xeyir görürəm. Başlayıram yeni mahnı oxumağa:
- Baxçamıza gəldi bahar, yaşıl xalı saldı bahar, gəl dedim, gəlmədi yar, gəlmədi yaar...
- Bura bax ey, kimin Baharını çağırırsan?!
- Kimin baharın çağıracam, öz baharmızı, gəlsin də! Görmürsünüz hər tərəf bağ-baxçadı, baharı gözləyir!
- Deyəsən, sən ərəb baharını çağırmaq istəyirsən? - polis şübhəli-şübhəli mənə baxır,- tez ol kişiliyini göstər! - Mən ötən dəfə dəyənəkdən qulağım zədələndiyindən, kar kimi kimliyi “kişilik” kimi başa düşürəm.
- Elə burda?
- Bə harda, istitiyirsən gedək otdelniyaya!
- Sahə demək istəyirsiniz?!
- İstəyirsən sahə olsun, istəyirsən vahə olsun, özü də ərəbistanda!
- Qardaşım polis, ərəbin baharından nə olasıdır bizə, hicablı-çarşaflı, onu da alıb evə apa¬randa yenə erkək çıxacaq!
- Baharın erkəyi-dişisi olmaz! Erkək də qurbanlıq olar, - polis hazırcavab adam imiş, amma dəyənəyi özündən də hazırcavab kimi göründü. Gördüm məndən mahnı oxuyan olmaz. Qarabağlı olmağına deyil ha! Meydanı xalqın dəyərli artistlərinə verib aradan çıxıram. Yaxşı ki, heç məni tanıyan da yoxdur. Bir yumuruca Dəlidağ dolusu kimi diyir¬lənib əriyə-əriyə gedirəm.
Suya dönüb nə Kürə çatanam, nə Araza, nə də Qarqara… Bəlkə birinizin yanağında damla yaş oldum, silin məni, göynətməyim üzünüzü….
Sultan Mərzili, Noyabr, 2011, Moskva
- Yorum yapmak için giriş yapın