GÜNDƏM
MOSKVADA AZƏRBAYCAN POEZIYASI GECƏSI 01 fevral 2013-il tarixdə Moskva şəhərində “Şəhriyar ədəbi-mədəni cəmiyyətininin üzvlərinin, o cümlədən yaradıcı gənclərin, ədəbiyyat və poeziya sevər qonaqların birgə iştirakı ilə poeziya gecəsi keçirildi. |
|
Moskvada Azərbaycan səfirliyində QANLI 20 YANVAR günü ilə bağlı tədbir keçirildi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı mübariz Bakılıların qətliyamı kimi tarixə qanlı hərflərlə yazıldı. |
|
Sovet şairinin filosof oğlundan şeirlər “Rafiq Qurbanov qəribə taleli alimlərimizdəndir. Böyük alim, istedadlı şair tərcüməçi, xalq dilinin zərgəri Osman Sarıvəllinin oğlu olsa da, qohumları, dostları və sevənləri çox olsa da özü xoşbəxt adam deyildi. Ona işi gətirməyən, bədbəxt adam da demək olmazdı. Belə fikir daha yanlış olardı. O, daxilən tək idi”.
Bu fikirlər Rafiq Qurbanovun yaşıdı olan Fikrət Qocaya məxsusdur.
Taleyinə imperiya paytaxtında yaşamaq düşən, ədəbiyyatı yox, fizikanı seçən, həyatını-yaradıcılığını fəlsəfəyə həsr eləyən, üstəlik, yad millətdən olan xanımla ailə quran bu qəribə adam haqda Moskvada yaşayan azərbaycanlıların isti xatirələri var. Təmiz insan idi deyirlər. Müdrik idi, yumor hissi vardı - belə xatırlayırlar.
17/01/2013 - 12:46 - Oxunub: 1,977 |
|
Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibə vermişdir Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də “Rossiya-24” telekanalının aparıcısı Evelina Zakamskayaya müsahibə vermişdir. AzərTAc müsahibənin mətnini təqdim edir. - Salam, cənab Prezident! |
|
21 Azər yaddaşı BU IL 21 AZƏR (1945-CI ILIN 12 DEKABRI) INQILABININ – XALQIMIZIN BU ŞANLI-QANLI TARIXI GÜNÜNÜN 67 ILLIYI TAMAM OLUR.Unutqanlıq pis nəsnədir. İctimai həyatda isə o ikiqat pisdir. Çünki ən sonda cəmiyyətin manqurtlaşmasına gətirib çıxaran bir vasitə olar. Manqurt üçün vətən hissi yad olduğundan onun varlığı “ağzı otlu heyvan” səviyyəsindən aşağıdır. 10/12/2012 - 10:12 - Oxunub: 5,322 |
|
Moskva Mirzə Ələkbər Sabirin 150 illik yubileyi keçirildi 06.12.12. tarixində Moskvanın Millətlər Evinin böyük zalında “Şərhriyar” ədəbi-mədəni məclisinin təşkilatçılığı ilə Azərbaycanın məşhur satirik şairi Mirzə Ələkbər Sabirin 150 illik yubileyi keçirildi. Gecəni tədbirin təşkilatçısı “Şəhriyar” ədəbi məclisinin sədri Vasif Məmmədov açdı. O, Sabir yaradıcılığından, onunla bağlı mütəfəkkirlərin fikirlərindən sitatlar gətirərək ümumi məlumat xaraterli cıxış etdi. 09/12/2012 - 11:06 - Oxunub: 4,846 |
|
MOSKVA ŞƏHRIYAR ƏMC-nin ŞAIRLƏRININ MDDU-nun RUS TƏLƏBƏLƏRILƏ GÖRÜŞÜ Noyabr ayının 21-də Bakı Slavyan universitetinin Moskva Dövlət Dilçilik universitatinin nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti mərkəzində, Moskva Şəhriyar Ədəbi Mədəni cəmiyyətinin şairlərinin rus tələbələrilə görüşü keçirildi. |
|
Şairə Afaq Şıxlı Rusiya Yazarlar Birliyinin üzvü seçildi Beynəlxalq Yazarlar və Publisistlər assosiasiyasının Moskva bölməsinin nümayəndəliyinin verdiyi xəbərə görə, noyabrın 17-i Moskva ədəbi ictimaiyəti üçün cox ələmatdar bir gün olmuşdur. Moskvada yaşayan Beynəlxalq Yazarlar və Publisistlər assosiasiyasının, Avrasiya Yazarlar birliyinin, Rusiya Poeziya akademiyasının müxbir üzvü tanınmış şairə Afaq Şıxlı Rusiya Yazarlar Birliyinin üzvü seçilmişdir. Bu xoş hadisəylə bağlı Moskvada yaşayan yazıçılar, şairlər, gublisistlər bu təntənəli tədbirə toplaşmışlar. |
|
MOSKVADAN “GÖRÜNÜŞ NÖQTƏSİ” Moskvada Jurnalistlər Evində tanınmış iş adamı, ziyalı, xeyriyyəçi və ictimayi xadim Mirəşrəf Fatiyevin “Toçka obzora” (Görünüş nöqtəsi) kitabının təqdimatı keçirlmişdir. Təqdimatda müəllifin iş yoldaşları, dostları, Moskvadakı Azərbaycan cəmiyətlərinin nümayəndələri iştirak etmişlər. 30/10/2012 - 15:18 - Oxunub: 1,560 |
|
MOSKVADA KİTAB SƏRGİSİ Moskvada açılan bu ilki kitab sərgisi keçən ilkindən xeyli xoş idi, çünki ötən il sərgidə Azərbaycanın yeri boş idi. Sovetlərin vaxtından VDNX-a kimi yadda qalan keçmiş Xalq Təsərrüfatları Nailiyyərləri Sərgisi deyilən pavilyonlarda indi müxtəlif sərgilər keçirilir. Azərbaycan bu sərgiyə əliboş gəlməmişdi, o səbəbdən də əlidolu qayıtdı. Bu nüfuzlu beynəlxalq tədbirdə MDB məkanında ən yaxşı nəşr olunmuş kitablar üçün münsiflərin qəraraı ilə mükafatlar da verilirdi. 06/10/2012 - 12:35 - Oxunub: 1,804 |