Görkəmli alim, şair, publisist və içtimai xadim mərhum Yaqut Neymətovu bizdən 8 illik bir zaman kəsiyi ayırır. Ürəyi elm, mərifət, vətən sevgisi və yazıb-yaratmaq eşqi ilə döyünən şair təbiətli Yaqut Neymətov 12 iyun 2013-cı ildə ömrünün 60-cı ilinə az qalmış qəfil gələn ölümdən vəfat etdi.
O, həmin ilin yay günlərində iki gəncin xoşbəxtlik anlarının iştirakçısı olmaq üçün Moskvadan Bakıya toya dəvət olunmuşdu. Yaqut toyda iştirak etdikdən sonra oradan doğma yurdu Qardabaniyə getmək və ATA yurdunu ziyarət etmək istəyində idi. Lakin onun həyatına gələn qəfil ölüm, sonsuz arzularla yaşayan alimin bu arzularını yarımçıq qoydu. Deyilənə görə, toy yerində öz həmyerliləri ilə görüş zamanı Yaqut Neymətov Qarayazı elləri barədə soraqlaşmış, məmnunluqla gülümsəyərək başını yanında oturan masa yoldaşının çiyninə qoymuş və gözlərini yummmuşdur. Sən demə, bu Yaqutun əbədiyyət yuxusuymuş. İndi o vaxtdan düz səkkiz illik bir zaman kəsiyi ötüşür...
XOŞ GƏLMİŞSİNİZ!
GÜNDƏM
XƏBƏRLƏR
![]() NÜMAYƏNDƏ HEYƏTIMIZ TƏBRIZDƏ ƏNƏNƏVI ŞƏHRIYAR GÜNLƏRINDƏ IŞTIRAK EDIB İranın Mədəniyyət və İslam İrşad Nazirliyinin təşkilatçılığı ilə Təbriz şəhərində ustad Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 108-ci ildönümü ilə əlaqədar növbəti Şəhriyar Günləri keçirilib. Yaponiya, Hindistan, Pakistan, Tacikistan və digər ölkələrdən xeyli qonağın iştirak etdiyi tədbirə Azərbaycan nümayəndələri də qatılıblar. Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin sədri şair Vaqif Bəhmənlinin, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin təmsil olunduğu nümayəndə heyətimiz əvvəlcə Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə və İranın Mədəniyyət və İslam İrşad Nazirliyinin Şərqi Azərbaycan şöbəsinin rəhbəri Əli Əkbər Səfipurla görüşüb. Onlar Azərbaycandan apardıqları, Şəhriyarla bağlı kitabları təqdim ediblər. 22/09/2014 - 10:42 - Oxunub: 3,582 |
POEZİYA - YENİ SEİRLƏR
![]() ƏŞRƏF HÜSEYNLİ: K İ T A B Mən həyatımı kitabsız təsəvvür edə bilmirəm. Kitab oxumayan cəmiyyət cəhalətdən yaxa qurtara bilməz! Bəşəriyyət tarixdə hansı xoşbəxtliyi əldə edə bilibsə, fəqət ona kitabların sayəsində nail ola bilib. Kitab zəka, ziya və elm mənbəyidir. Bu gün bəşəriyyət internet əsrində yaşayır. Lakin unutmaq olmaz ki, əski qaynaqlarsız, mənbəə və kitablarsız internet də ola bilməzdi. Çünki internetin də mənbəyi məhz qaynaqlar, mənbəələr və günümüzdə olan məlumatlardır. Kitab hər insanın barlı-bəhrəli bağçası, lilpar gözlü bulağı, dərin dəryalara şığıyan çayı, ulduzlu səması, günəşli kainatıdır. Kainatla müqayisədə nöqtədən də kiçik olan kitablar, elə kainatın özü kimi sirlə və sehrlə doludur. Kitablar elə kainatın özüdür. Kainat, onda olan varlıqlar məgər sözə, kitaba çevrilib bizimlə danışan varlıq deyilmi? Məhz sevə-sevə oxuduğumuz kitablar bizi kainatın ahəngi-nizamına düzənləyir, kainatla birgə vəhdəti-vücuda gətirir. 05/03/2020 - 12:51 - Oxunub: 2,089 |
TARİX
![]() M.Ə.Rəsulzadənin tədqiqatçılara məlum olmayan iki əsəri- İlk dəfə "İstanbul səyahəti həqqində Rəsulzadə Məhəmməd Əmin bəyin konfransı"Şirməmməd HÜSEYNOVM.Ə.Rəsulzadə – 130Bu barədə ilk dəfə Məlumdur ki, 1918-ci il iyunun II yarısında M.Ə.Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyəti erməni və gürcü nümayəndələri ilə birgə konfransda iştirak etmək üçün İstanbula getmişdir. Konfransın baş tutmamasına rəğmən M.Ə.Rəsulzadə və nümayəndə heyəti Azərbaycan həqiqətlərini Türkiyə ictimaiyyətinə, rəsmi dairələrinə şərh və izah etmək üçün çox geniş fəaliyyət göstərmişlər. Hətta 1918-ci il iyulun 3-də vəfat etmiş Osmanlı sultanı V Mehmedin dəfn və iyulun 4-də Sultan VI Mehmedin taxta oturması mərasimlərində iştirak etmişdilər. Sentyabrın 6-da M.Ə.Rəsulzadə və onun yoldaşları VI Mehmed tərəfindən qəbul edilmişdi. Azərbaycan və Qafqazdakı vəziyyət Sultana izah edildikdən sonra Sultan bildirmişdir ki, Azərbaycana lazım olan bütün yardımlar ediləcəkdir. M.Ə.Rəsulzadə özü bu barədə geniş və hərtərəfli məlumat vermişdir. Bu dövrdə İstanbul mətbuatında M.Ə.Rəsulzadə ilə bir sıra müsahibələr də dərc olunmuşdur. Məsələn, İstanbulda nəşr olunan “Yeni məcmuə”nin 25 iyul tarixli 54-cü nömrəsində “Milli məsələlər” rubrikası ilə onun müxbir Halim Sabit bəyin suallarına verdiyi cavablar dərc olunmuşdur. Bu vaxta qədər bu müsahibə tədqiqatçıların nəzər diqqətindən kənarda qalmışdır. Salı, 28 Ocak, 2014 - 16:59 - Oxunub: 4,550 |
PUBLİSİSTİKA
![]() ŞƏFƏQ NASIR: QÜRBƏTDƏN GƏLƏN SƏSLƏR Bu günlərdə Moskvada fəaliyyət göstərən “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin nəşri olan bir Almanaxla tanış oldum. Üzqabığında Əməkdar rəssam Fəxrəddin Əlinin çəkdiyi portret yaddaşımızda izi-sözü qalan şairə munis duyğular oyadır. Görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın şərəfinə nəşr olunmuş bu kitabda ölkəmizdən kənarda yaşayıb fəaliyyət göstərən, ürəklərində vətən məhəbbəti ilə ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ edən soydaşlarımızın fəaliyyəti diqqətəlayiqdir. Cəmiyyətin sədri, publisist Vasif Məmmədov qurumun yaranması, təşəkkül tapması ilə bağlı yığcam məlumatında belə bir fakta diqqət yetirir. “Bu gün Rusiyada, o cümlədən onun paytaxtı Moskva şəhərində minlərlə azərbaycanlı soydaşlarımız yaşayır və çalışırlar. Təbii ki, burada yaşayan və müxtəlif sahələrdə çalışan qardaş və bacılarımız Rusiya dövlətinin ictimai-siyasi həyatından kənarda qalmırlar. Əksinə, millətimizin ziyalı zümrələri, həmçinin yaradıcılıqla məşğul olan adamlar Rusiyanın ədəbi mühitində yaxından iştirak etməklə böyük ədəbi inteqrasiyaya nail olurlar”. Bu halda onların bir cəmiyyətdə birləşərək fəaliyyətlərini sistemli və davamlı şəkildə qurması ürəkaçandır. 22/09/2016 - 13:20 - Oxunub: 4,143 |
MƏDƏNİYYƏT
![]() GÜLBƏNİZ BABAYEVA: VÜQAR ƏHMƏDİN YARADICILIĞINDA QARABAĞ MÖVZUSU Vüqar Əhməd çağdaş Azərbaycan ədəbiyyatında zəngin və çoxşaxəli yaradıcılığı, novatorluğu ilə seçilən sənətkarlardan biridir. Müstəqillik dövrü ədəbiyyatının yaradıcılarından olan Vüqar Əhmədin ədəbi fəaliyyəti mövzu, ideya, janr və üslub rəngarəngliyi ilə diqqəti cəlb edir. Vüqar Əhməd “Rus uşaq ədəbiyyatı və Azərbaycan" (Bakı, 1992), "Mircəfər Pişəvərinin həyatı, mühiti və yaradıcılığı" (Bakı, 1998), "Azərbaycan uşaq ədəbiyyatı" (Bakı, 2006), "Ədəbiyyatşünaslıq" (Bakı, 2007), "Anam mənim" (Tehran, 2008), "Şeyx Məhəmməd Xiyabani" (Bakı, 2010), “Qarabağ yuxusu və yaxud yuxuda qələbə” (2012), Cənubi Azərbaycan və Qarabağın tarixini əks etdirən “Qaradağlılar” roman-trilogiyası (2014), M.Ə.Rəsulzadəyə ithaf olunan “Son nəfəsədək Azərbaycan” romanı (2014), “Cənubi Azərbaycan poeziyası” (2014), Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. (M.Şəhriyarın farsca yazılan əsərlərinin poetik və filoloji tərcümələri (2016), “Ədəbi-elmi portretlər” (2017), “Cənubi Azərbaycan şeir antologiyası” (2018), “Plyus bədii yaradıcılıq” (ədəbi almanax) I-II kitab (2017-2018), “Koroğlu” (2020), 2 pərdəli, 5 şəkilli “Salehlər sultanı” librettosu (2022), (Hacı Zeynalabdin Tağıyevə ithaf olunmuşdur), 2 hissəli, 20 şəkilli “Yaşa, Azərbaycan” pyesi (Məhəmməd Əmin Rəsulzadəyə həsr edilmişdir. 04/08/2022 - 14:19 - Oxunub: 2,688 |
MÜSAHİBƏ
![]() VASIF MƏMMƏDOV: ŞƏHRIYARIN PARÇALANMIŞ AZƏRBAYCAN DƏRDI -VİDEO Bügünkü “Manşet”də Moskvada fəaliyyət göstərən "Şəhriyar" ədəbi-mədəni Cəmiyyətinin sədri Vasif Məmmədov Məhəmmdəhüseyn Şəhriyarın yaradıcılığı və cəmiyyətin fəaliyyəti ilə bağlı aparıcı İlham Tumasın suallarını cavablandırıb. - Bu gün Rusiyada, o cümlədən onun paytaxtı Moskva şəhərində minlərlə azərbaycanlı soydaşlarımız yaşayır və çalışırlar. Təbii ki, burada yaşayan və müxtəlif sahələrdə çalışan qardaş və bacılarımız Rusiya dövlətinin ictimai-siyasi həyatından kənarda qalmırlar. Əksinə, millətimizin ziyalı zümrələri, həmçinin yaradıcılıqla məşğul olan adamlar Rusiyanın ədəbi mühitində yaxından iştirak etməklə böyük ədəbi inteqrasiyaya nail olurlar. Bu halda onların bir cəmiyyətdə birləşərək fəaliyyətlərini sistemli və davamlı şəkildə qurması ürəkaçandır. - Şəhriyar elinə, оbasına, xalqına möhkəm tellərlə bağlı оlan, bu səbəbdən də sənətində qeyrətli vətəndaş mövqeyini daim nümayiş etdirən sənətkar оlub. Vahid vətən prоblemi оnun pоeziyasında daha böyük mə’na və ideya kəsb edib. Çünki parçalanmış Azərbaycan dərdi Şəhriyar yaradıcılığında aparıcı və ardıcıl səciyyə daşıyır. Və ən maraqlı hal оdur ki, ustad sənətkar bu məsələni faktik vəziyyət, tarixi reallıq səviyyəsindən təsvir edərək, kəskin e’tiraz və barışmazlıq inkişaf xəttində davam etdirir. - Şəhriyar "Heydərbabaya salam" əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq оla bilib. Bəzilərinin dediyi kimi, bu əsər qısa bir zaman fasiləsində yaranmayıb. 27/12/2016 - 20:19 - Oxunub: 4,438 |
«ŞƏHRIYARIN» QONAQLARI
![]() TÜRKIYƏDƏ KITAB YARMARKASINDA IŞTIRAK ETMIŞ YAZIÇI EYVAZ ZEYNALLININ TƏƏSSÜRATLARI Müasir Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən biri də yazıçı Eyvaz Zeynallıdır. O. 1950-ci ildə Ağdamda doğulmuşdur. Azərbaycan Pedaqoji İnstitunun dil və ədəbiyyat fakültəsini bitirmiş, bir müddət məktəbdə müəllim işləmişdir. 1993-cü ildə Ağdam rayonu ermənilər tərəfindən işğal olunandan sonra məcburi köçkün kimi Bakının Lökbatan qəsəbəsində məskunlaşmışdır. Bir müddək Ukrayna və Rusiyada yaşamışdır. Yaradıcılığa erkən yaşlarından başlayan E.Zeynallının ilk hekayəsi 9-cu sinifə oxuyarkən mətbuatda çap olunmuşdur. İlk kitabı 1990-cı ildə “ Yazıçı nəşriyyatında işıq üzü görmüşdür. Müəllifin əsərləri türk, rus, gürcü, macar, türkmən və s. dillərə tərcümə olunmuş, kitabları nəşr edilmişdir. Eyvaz Zeynallı hekayələri ilə bir sıra müsabiqələrin qalibi olmuşdur. O, bu yaxınlarda Türkiyədə kitab yarmarkasında iştirak etmişdir. Onun qısa təəssüratını oxuculara təqdim edirik. Sultan Mərzili 24/03/2017 - 12:35 - Oxunub: 3,417 |
![]() ŞAIR VÜQAR RAHI “Şəhriyarın qonaqları” rubrikasının bu dəfəki qonağı, gənc şair Vüqar Rahidir. Vüqar Rahi Azərbaycan ədəbi mühütündə azda olsa tanınan istedadlı sairdir. Onun “ Mənə bir az ondan danış” şeri son illərdə populyar və sevilən poezira nümunəsidir. Hazırda bu şerə bəstəkarlarımız bir neçə mahnı bəstələmiş və bir çox tanınmış müğənnilər tərfindən ifa olunmuşdur.Bir neçə şairlər bu şerə nəzirə yazmışlar. 17/01/2016 - 00:43 - Oxunub: 3,811 |
![]() ŞAIR-JURNALIST AQIL KƏNGƏRLI “Şəhriyarın qonaqları” rubrikasının budəfəki qonağı Azərbaycanda yaşayıb yaradan, şair-jurnalist Aqil Kəngərlidir. 08/01/2016 - 13:45 - Oxunub: 3,605 |
TƏQDİMAT
![]() Yaşar Süleymanlı: Şeirlər AZƏRBAYCAN!!! 15/11/2013 - 14:47 |
NƏSR
![]() YAŞAR SÜLEYMANLI : NİFRƏTDƏN BİR PİLLƏ YUXARI (hekayə) O, əynindəki ağ gəlinliyə baxıb yenə də hönkürüb ağladı. Rəfiqəsi onu sakitləşdirərək "Bəsdir, ay qız, dəli olma, heç bilirsən, indi sənin yerində olmaq istəyən nə qədər qız var" deyərək onun göz yaşlarını silməyə başladı. 12/05/2016 - 14:20 - Oxunub: 3,864 |
TƏRCÜMƏLƏR
![]() Afaq ŞIXLI: М.I.SİNELNİKOV-dan mənim tərcümələrim Əziz dostlar!Noyabr ayının 19-da dəyərli dostumuz, şair, publisist, tərcüməçi Mixail İsaakoviç Sinelnikovun 70 illik yubileyidir!Azərbaycanı, eləcə də bütün Şərq dünyasını ürəkdən sevən və sevərək tərcümə edən bu böyük şəxsiyyətin bir neçə şeirini sizə öz ana dilimizdə təqdim etməyi özümə borc bilirəm! Mixail İsaakoviç Sinelnikov 27 orijinal poetik toplunun, Xaqaninin divanı və Şərq poeziyası adlı seçilmiş poetik nümulərin, o cümlədən “Sin Tyurkskaya: Azerbaydjan Severnıy i Yujnıy v stixax russkix poetov” kitabının və onlarla digər kitabların müəllifidir. Çarşamba, 9 Kasım, 2016 - 15:20 - Oxunub: 3,570 |